PDF Oxu

Müxalifət

  • 24

İsa Qəmbərovun gizlin “iş” planı ifşa oldu

İsa Qəmbərovun gizlin “iş” planı ifşa oldu

Aylardır ki, düşərgədə mövcud süstlüyü pozmaq cəhdi ilə dəridən-qabıqdan çıxan Müsavat başqanı İsa Qəmbərovun son günlər qanı yaman qaralıb. Belə ki, üç həftə öncə, ona sifariş göndərən "Soros" və "Nauman" təşkilatlarının Almaniya və Kambocada İ.Qəmbərova yeni göstərişlər verəcəkləri barədə məlumat verilmişdi. Bu xəbərdən sonra sevinci yerə-göyə sığmayan İ.Qəmbərov uşaq kimi hətta ağlamışdı. Bəlkə də gülən olmasaydı, əyninə şortik geyinib küçələrdə çığır-bağır da salardı. Bu sevincini bölüşmək üçün partiyada qalmış üç-beş tərəfdarını yığıb, onlara yeni məsləhətlər və göstərişlər verən İ.Qəmbərovun hərəkətlərindən də onun hansı mətləbə görə bu dərəcədə xoşhal olduğu məlum idi. Amma onun bu sevinci həmişəki kimi, heç də uzunömürlü olmadı. Boynubükülü qalan İ.Qəmbərov bu məsələdə hansı səhvə yol verdiyini çək-çevir etsə də, düyünün ucunu aça bilmir ki, bilmir. AXCP (i) sədri Əli Kərimovla izdivaca girmiş başqan bu məsələnin də heç dadını almadı, elə arzu olaraq ürəyində qaldı. Başından qara yellər əsən başqan üçün 2010-cu il, demək olar ki, heç düşərli olmadı. Elə bu səbəbdən də, İ.Qəmbərov belə bir məqamda "Soros" və Almaniyada fəaliyyət göstərən daha çox radikal qüvvələrin təmsil olunduğu "Nauman" təşkilatının sifarişini canla-başla qəbul etməli olub. Amma yuxarıda qeyd etdiyimiz kimi, son məqamda yenə də, İ.Qəmbərovun başına bəla gəlib. Sentyabrın sonunda həmin təşkilatların sifarişi əsasında Almaniya və Kambocada hesabat verəcək İ.Qəmbərovun "İsa Qəmbərovun gizlin "iş" planı ifşa olduiş planı" alt-üst olub.

Belə ki, həmin vaxt bundan öncə almış olduğu pulların hesabatını verəcək İ.Qəmbərov, eyni zamanda, yeni göstərişlər və sifarişlər alacağı müqabilində xeyli miqdarda vəsait də qoparmağı planlaşdırmışdı. Amma onun növbəti dəfə də, muradı gözündə qaldı. Çünki "Soros" fonduna rəhbərlik edən Corc Sorosun İ.Qəmbərova qəzəbi tutub. O bildirib ki, Müsavat partiyası ancaq pul yeyən mexanizmdir. Ona görə də, bundan sonra bu partiyaya vəsaitin görüləcək "iş"dən sonra ayrılmasını bildirən C.Soros bu addımı ilə İ.Qəmbərovun belini birdəfəlik qırmış olub. Eyni zamanda, həmin qurumla qarşılıqlı əməkdaşlıq edən "Nauman" təşkilatı da, İ.Qəmbərovla "iş" görmək məsələsində son anda fikir dəyişikliyi edib. Bu üzdən də, İ.Qəmbərovun Almaniyaya məlum sifarişli dəvəti bəri başdan, onun üçün gözlənilməz sürprizlərlə yadda qalıb. Belə sürprizlərə alışmış başqan, nədənsə, bu dəfə özünə heç cür gələ bilməyib.

Qeyd edək ki, bundan öncə İ.Qəmbərov bir sıra donor təşkilatlarla qarşılıqlı əlaqədə olub və onlardan aldığı vəsaitin müqabilində müəyyən göstəriş və sifarişləri yerinə yetirib. Beləliklə də, son 20 ildə siyasi arenada ancaq bazar prinsipləri ilə qalmağa çalışan İ.Qəmbərov yeni metodlara tab gətirməyərək, sıradan çıxmaq üzrədir. Məlum səfərdən özü üçün çox şey gözləyən başqan üçün prosesin bu cür sonluqla bitməsini az qala göz yaşları ilə qarşılayıb. Yenə də, İ.Qəmbərov harada nə "iş"lər gördüyünün, hansı xətalara yol verdiyinin təəssüfünü çəkməkdədir. Onun üçün həlledici məqamda pul məsələsinin yoluna qoyulmaması, demək olar ki, İ.Qəmbərov üçün ölümlə eyni səviyyədə qiymətləndirilir.

Rəfiqə

Digər xəbərlər