Ötən gün Müsavat partiyasının qərargahında "İctimai Palata"nın növbəti qondarma sessiyası keçirilib. Sessiya həmişə olduğu kimi böyük qalmaqalla, və münaqişələrlə yadda qaldı. Bütün bunlar müxalifətin real mənzərəsinə yeni bir baxış olsa da, ənənəvi qaragüruhçuluğun növbəti seriyası idi.
Əsas isə o idi ki, radikal müxalifət düşərgəsində son müddətin ən riyakar üsul və metodologiyasını özündə cəm etmiş "İctimai Palata"nın başbilənləri bu dəfə də, yanlış addım atmaq haqqında qərar verməklə gündəmdə qalmağa çalışırdılar. Onların bir sıra konnektur maraqlarını reallaşdırmaq, siyasi arenada özlərinin mövcud olmayan imiclərini nümayiş etdirmək üçün belə addımlar atırlar. Bu sırada, həmişə olduğu kimi, müxalifətin radikalizm prinsiplərini daha çox özündə cəm etmiş Müsavat və AXCP (i)-ni xüsusilə qeyd etmək lazımdır. Çünki hər iki qurum bir yandan "İctimai Palata"nın "müstəqil" olduğunu bəyan etsə də, digər tərəfdən onun adından istifadə etməklə öz imtiyazlarını təmin etməyə çalışırlar. Bu isə 20 ilə yaxındır radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların əsas simalarının yenidən üzə çıxması deməkdir.
Dava-dalaşa aludə olmuş müxalifətçilər...
Fəaliyyətlərindəki heç bir ictimai məntiq olmadığından radikal müxalifətin cəmiyyət tərəfindən də dəstəklənməsi mümkün olmamışdır. Amma bütün bunlar, təbii ki, AXP üzvü Pənah Hüseynova, deyəsən, qətiyyən maraqlı görünmür. O, ancaq kim ona çəp baxdı, onunla konfiliktə girməyə məqam axtarır. Bu mənada "İP"-in məlum sessiyasında politoloq Zəfər Quliyevin indiki "yol xəritəsi" planının müəllifliyinin P.Hüseynova aid olmadığını, o plan köhnəlmiş olduğunu deməsi düşərgədə aləmi bir-birinə qarışdırıb. Z.Quliyevdən zəndeyi-zəhləsi gedən P.Hüseynov onun tərəfindən səslənən bu iradları eşidən kimi özündən çıxdı. Dərhal onun sözünü kəsərək, "kimin başı nədən çıxmır ondan danışır" deyən P.Hüseynov F.Quliyevə "sənin kimlərin sifarişi ilə işlədiyini hamımız çox gözəl bilirik" deməklə etirazını bildirib. F.Quliyevin P.Hüseynova əks reaksiya verməsi tərəflərin açıq şəkildə bir-birinə qarşı dayanması ilə nəticələnib. Nəticədə "İP"-in qondarma sessiyası növbəti dəfə qalmaqalla, dava-dalaşla yadda qaldı.
TAPDIQ QURBANLI