PDF Oxu

Müxalifət

  • 27

Leyla Yunusovanın qrant şüvənliyi

Leyla Yunusovanın qrant şüvənliyi

Ermənidən fərqlənməyən erməni mənşəli Leyla Yunusova kimdir?

Leyla Yunusovanın qrant şüvənliyiLeyla Yunusovanın qrant şüvənliyi

Qondarma "hüquq müdafiəçisi" Leyla Yunusovanın hər zaman Azərbaycana qarşı apardığı antitəbliğatı, onun ermənilərlə iş birliyinin olması, eləcə də, Ermənistan xüsusi xidmət orqanlarında yüksək vəzifə tutan şəxslərlə birbaşa əlaqələrinin mövcudluğu, bir daha təsdiq edir ki, o, həqiqətən də, erməni mənşəli "haxçik"lərdəndir. Etibarlı mənbədən də bildirilir ki, bu "xanım"ın erməni millətindən olan qayınanası Arşalyus Arsenovna Yunusova adlı biridir və onun yaxın qohumlarının böyük əksəriyyəti hal-hazırda Şuşada, Yerevanda və Ermənistanın digər şəhərlərində, bir qismi də Rusiyanın Krasnodar vilayətinin Armovir şəhərində yaşayırlar.

O da məlumdur ki, hələ 1990-cı illərin əvvəllərindən başlayaraq, L.Yunusova Rusiya Federasiyası Dumasının erməni deputatı Marina Salyan və Rusiyanın tanınmış hüquq müdafiəçisi, başından güllə yarası alaraq öldürülmüş Qalina Staravoytova ilə davamlı əməkdaşlıq edib, onlara Azərbaycanın dövlət sirləri ilə bağlı bir çox mühüm məlumatlar ötürüb. Xatırlatmaq yerinə düşərdi ki, Qalina Staravoytova erməni xalqı qarşısında xüsusi rəğbəti ilə qəbul edilən bir qadın idi. Eyni zamanda, AXC-Müsavat cütlüyünün iqtidarda olduğu zamanlar müdafiə nazirliyin analitik-informasiya idarəsinin rəhbəri çalışan olan L.Yunusova birinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində lentə alınmış foto və video materialları Rusiyanın və Ermənistanın hərbi kəşfiyyatına ötürmüş və külli miqdarda maliyyə vəsaiti əldə etmişdir. Bununla yanaşı, MN-in qida təchizatı ilə də məşğul olan L.Yunusova cəbhəyə göndəriləcək məhsulları bazarlara çıxararaq, oradan da qazanc əldə edirdi. Həmin vəsaitləri Almaniyadakı bank hesabına köçürən bu diribaş "xanım" hazırda həmin vəsaitləri rahat şəkildə yeməkdə davam edir.

Yuxarıda qeyd etdiyimiz kimi L.Yunusova Rusiya siyasi dairələri tərəfindən dəstəklənirdi və həmin dəstəyin nəticəsidir ki, qısa müddət ərzində Yeqor Qaydarın rəbərlik etdiyi "Rusiyanın Demokratik Seçimi" partiyası ilə rəsmi şəkildə əlaqələr qurur və Rusiya xüsusi xidmət orqanları ilə məxfi əməkdaşlıq münasibətlərinə siyasi don geyindirilir. Qeyd edək ki, bütün qeyd edilənlər hələ onun fəaliyyətinin hamısı deyil və bu barədə növbəti saylarımızda da məlumatlar verəcəyik.


112 kv. metrə sığmayan erməni sevgisi


Axır vaxtlar nəinki ölkə mətbuatına, eləcə də, beynəlxalq mətbuata "bir nömrəli məlumat" qismində sırınmağa səy göstərilən qondarma informasiya, yəqin ki, "hüquq müdafiəçisi" L.Yunusovanın ofisinin sökülməsi mövzusudur. Hansı ki, Şəmsi Bədəlbəyli 38 ünvanında yerləşən 112 kv. metrlik evin əvəzində bu "xanıma" bazar qiymətlərinə uyğun, hətta artıqlaması ilə, pul ödənişi, yaxud da şəhərin mərkəzində ev və ya daha gözəl şəraitli ofis təklif edilmişdi. Fəqət, sən demə "problem" bu deyilmiş... Çünki L.Yunusovanın əlinə yaxşıca fürsət düşmüşdü ki, vətəndaşı olduğu Azərbaycan dövlətinin daxili və beynəlxalq nüfuzuna növbəti dəfə zərbə vursun. Onu da nəzərə alsaq ki, hazırda "Eurovision" 2012 mahnı yarışması ilə bağlı paytaxt Bakıda yenidənqurma və abadlıq işləri aparılır və bütün dünyanın gözü buradadır o zaman hər şey aydın olur. Belə ki, dünyanın Azərbaycanın bu mötəbər yarışmaya necə hazırlaşdığına şahidlik etdiyi bir dövrdə ölkəmizin milli maraqlarına zərbə vurmaq və beynəlxalq arenada ölkəmizin maraqlarına zidd cəbhə açmaq yalnız düşmən xislətli, erməni qədər alçaq şəxslərə xas olan bir cəhətdir. Bu baxımdan, həmin mövqeni L.Yunusova kifayət qədər sərgiləməyə müyəssər oldu. O, öz mənfur hərəkətləri ilə bir daha sübut etdi ki, erməni xisləti onun qanında və canında yüksək səviyyədə inkişaf edib.


Leyla Yunusova erməni kəşfiyyat orqanlarının ştatdankənar işçisidir


L.Yunusova Azərbaycana qarşı, xüsusi olaraq, kəskin düşmən mövqeyi ilə seçilən, habelə, 1994-1995-ci illərdə Ermənistan Milli Təhlükəsizlik naziri olmuş David Şahnazaryan ilə yaxın (daha dəqiq desək, intim-R.N.) münasibətləri olmuş və tərəflər arasında intensiv yazışmalar qeydə alınmışdır. Məhz erməni aşnası Davidin yardımı ilə L.Yunusova 2004-cü ildə Ermənistanın Tədqiqatçı Jurnalistlər Təşkilatından 50000 avro məbləğində iki dəfə qrant almışdır. Həmin qrantların alınmasında digər erməni-L.Yunusovanın həm yaxını, həm də vasitəçisi kimi Karen Ohanyan da iştirak etmişdir. K.Ohanyan Gürcüstanın paytaxtı Tbilisidə bir neçə dəfə L. Yunusova ilə görüşmüş və Ermənistan xüsusi xidmət orqanlarının yönləndirdiyi təlimatlarını və əmrlərini ona şifahi qaydada çatdırmışdır. Belə nəzərə alamaq mümkündür ki, bu adam həm də Ermənistanın xüsusi xidmət orqanlarına işləyən ştatdankənar xəfiyyədir.

Yeri gəlmişkən, təəssüf hissi ilə demək lazımdır ki, bu gün Azərbaycan müxalifətinin dəstəyini qazanmağa cəhd edən L.Yunusova, əslində, nəinki ölkə iqtidarına, habelə, müxalifətə də zərbə vurmaqla məşğuldur. Ermənistanda olan aşnalarının təlimat və əmrlərinin gerçəkləşdirilməsində radikal müxalifətin imkanlarından geniş istifadə edən "xanım" üçün müxalifətçi donunda maskalanmaq, əslində, daha sərfəlidir. Bu sui-vasitə ilə o, həmçinin, radikal müxalifətin dəstəyini də əldə etmiş olur. Beləliklə, radikal müxalifət ünsürləri, avtomatik olaraq, erməni xüsusi xidmət orqanlarının Azərbaycandakı nümayəndələrinə çevrilmiş olurlar. Lakin anlamaq lazımdır ki, L.Yunusova bütün mənalarda sırf erməni casusudur və onun üçün həyatda heç bir dəyər, milli mənafe, dövlətçilik anlayışı mövcud deyil. O, Azərbaycan Respublikasının və xalqının ziyanına olan istənilən çirkin, xəyanət xislətli addımlar atmağa hazır olan bir mənəviyyatsızdır.


Məxfi orqanların

təlimatlandırılmış siçovulu


L.Yunusovanın hər zaman sıx ünsiyyətdə olduğu insanlardan biri də Nikolos Danilosyan adlı erməni casusu olmuşdur. N.Danilosyan SSRİ süquta uğramamışdan öncə- 1986-cı ildə diplomatik fəaliyyətindən sui-istifadə edərək, ABŞ-ın xüsusi xidmət orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etdiyinə görə, SSRİ-də "persona non-qrata" elan olunmuş, ölkə ərazisindən vətən xaini statusunda qovulmuşdur. Zamanında Danilosyanla davamlı olaraq görüşən "hüquq müdafiəçisi" Azərbaycandakı milli azlıqlarla bağlı mötəbər məlumatları ona satmış və etnik qarşıdurmaların qızışdırılması, ölkənin şimalında, cənubunda və digər bölgələrində yaşayan milli azlıqlar arasında nifaq salmağın yolları istiqamətində gizli təlimatlandırılmışdı. Təbii ki, L.Yunusovanın əsas məqsəd Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının pozulduğunu süni şəkildə iddia etmək, səs-küy, haray-şüvən qoparmaq və Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatlar qarşısındakı yüksək nüfuzuna xələl gətirmək olub. O, bununla, bu çirkin niyyəti ilə, bilavasitə, o, ermənilərin milli maraqlarına xidmət etməklə, düşmən xalqın dəyirmanına su töküb. Və təbii ki, hazırda ermənilərin əsas iddiası "Azərbaycan hakimiyyətinin milli azlıqlara dözümsüz münasibət bəsləməsi və bu səbəbdən də, Dağlıq Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla birgə yaşamaq istəməməsi və muxtariyyət tələb etmələrinə" əsaslanır. Bu kimi fikirlərin cəmiyyətdə, ictimaiyyət arasında yer eləməsi istiqamətində L.Yunusova və onun direktoru olduğu "Sülh və Demokratiya İnstitutu"na erməni lobbiçiləri, milyonçuları tərəfindən külli miqdarda valyutalar köçürülmüşdür. Digər tərəfdən, məlum olmuşdur ki, Fransanın erməni lobbisi tərəfindən idarə olunan Artelis Servis Limited və Hayqrov Konsaltinq Servis Limited qeyri-hökumət təşkilatlarının əməkdaşları Laura Qaymesyan və Tomas Ledikalsın sifarişləri əsasında bu "xanım" davamlı şəkildə, Azərbaycandan bilavasitə casus məlumatları yaymışdır. Araşdırmalar da göstərir ki, bu təşkilatlar Virciniya adalarındakı offşor zonada qeydiyyatdan keçiblər.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər