PDF Oxu

Müxalifət

  • 26

Eldar Namazov nəyi sərsəmləyir?

Eldar Namazov nəyi sərsəmləyir?

Radikal müxalifətdə yaranmış mühitdə hər kəs özünü "lider" kimi təqdim etməklə, guya ağıllı olduğunu nümayiş etdirməyə cəhd göstərir. Mətbuata verdikləri açıqlamaları fonunda ağıllarına gələn hər şey barədə sərsəmləyən siyasi qurum və təşkilat rəhbərləri bu vasitə ilə bir addım önə çıxdıqlarını "dərk etsələr" də həmin addımların onları uçuruma doğru aparmasını, nə yazıq ki, dərk etmirlər. Həmin adamlardan biri də "Azərbaycan Naminə İctimai Forum"un rəhbəri Eldar Namazovdur. Belə ki, müxalifət mətbuatına müsahibə verən E.Namazov birdən-birə ərəb təfəkkürünə sığınaraq, tamamilə başından böyük "bəyanat" səsləndirib.

Heç bir məntiqə sığmayan açıqlamasından sonra, bir sıra ermənipərəst beynəlxalq təşkilatların yararsız hesabatlarına sığınan E.Namazov sərsəmliyir ki, guya son dövrlər bir sıra beynəlxalq təşkilatlar və Qərb dövlətləri Azərbaycandakı vəziyyətdən narazılıqlarını açıq şəkildə ifadə edirlər. Bununla, o, "Freedom House" təşkilatının rəhbəri Devid Kramerin dediklərini kakadu tutuquşuları kimi təkrarlayaraq, özünə düşərgədaxili dividend artırmağa cəhd göstərir. Məsələn, deyir ki, dünyada insan haqlarının vəziyyətinə nəzarət edən "Freedom House" təşkilatının rəhbəri Devid Kramer Azərbaycandakı vəziyyətin narahatedici olduğunu bildirib və ölkə hər an sanksiyalarla üz-üzə qala bilər. Maraqlıdır ki, adıçəkilən xarici təşkilat Avropada qətiyyən qəbul edilmir, eləcə də bu təşkilatın haqqı yoxdur ki, hər hansı bir dövlətin daxili işlərinə müdaxilə edib, oradakı vəziyyətə nəzarət etsin! Ona görə də E.Namazov siyasi qələt etdiyi zaman ən azından bu qələtin barıtını az qoymalıdır. Yoxsa baş verəcək hiddət partlayışından onun özü də zərər çəkə bilər.

Başqa tərəfdən, Azərbaycanda günü-gündən artan demokratik inkişafa da burun əyən E.Namazov nədənsə, siyasi fəaliyyətinin azadlığını demokratik baxışdan görmür. Yəqin bu da onun siyasi, bəlkə də fiziki korluğunun bariz nümunəsidir. Yaxşı olardı ki, bu adamın bir az, bəlkə də çox müalicəyə ehtiyacı var. Həm gözündən, həm də başından...

RÖVŞƏN

Digər xəbərlər