PDF Oxu

Müxalifət

  • 45

AXCP (i)-Müsavat cütlüyünün iç üzü arxivlər açıldıqdan sonra daha aşkar görünəcək

AXCP (i)-Müsavat cütlüyünün iç üzü arxivlər açıldıqdan sonra daha aşkar görünəcək

Xatırlatmaq yerinə düşərdi ki, AXCP (i)-nin qurultayında Müsavat Partiyası ilə "birləşmək" barədə qəbul etdiyi qərar siyasi dairələrdə geniş müzakirə olunmuşdu. Hələ bu qərar açıqlanarkən siyasi təhlilçilər belə bir qənaətlə çıxış etdilər ki, qəbul edilmiş məlum qərarın arxasında müəyyən qaranlıq məqamlar var və AXCP (i) ilə Müsavat partiyası könüllü şəkildə bu prosesə getmir.

Sadəcə, hər iki partiya buna məhkum idi. Bu, özünü hər iki partiya barədə səslənən ehtimallardan və proqnozlardan da doğrultmuşdu. Son günlərdə mətbuatda yayılan xəbərlər də bunu bir daha təsdiqləmiş oldu. Məsələn, hazırda ciddi maliyyə problemi ilə üzləşmiş AXCP (i) və Müsavatın Qərb dairələrinə bütün müraciətləri nəticəsiz qalıb. Hər iki siyasi təşkilata belə bir irad bildirilmişdi ki, onlar zamanında Qərbin tapşırıqlarını yerinə yetirsəydilər, bu gün heç bir maliyyə sıxıntısı yaşamazdılar və bu vasitə ilə Qərbdəki havadarlarından maliyyə yardımı ala bilərdilər. Onu da xatırlatmaq yerinə düşərdi ki, sonuncu parlament seçkiləri dönəmi AXCP (i) və Müsavatın parlament seçkilərinə birgə getmək barədə qərar qəbul etmələri və hər iki partiyanın vahid namizəd siyahısı müəyyənləşdirməsi də məhz Qərbən gələn sifarişin başlanğıcı idi. Bu partiyalar sadəcə qazanc əldə etmək üçün siyasi oyun oynayaraq, beş-on dollar qrant qazana bildilər.

Digər tərəfdən, o da məlumdur ki, Qərb dairələri ilə yaxından təmas quran fiqur sırasında məhz "Yurd" şefi Əli Kərimov dayanır. Məlumatda bildirilir ki, Əli Kərimov hakimiyyətə gəlmək üçün Qərbdən dəstək göstərilməsi müqabilində həmin dairələrə bir sıra müxtəlif vədlər verib. Həmin dairələrin Azərbaycanda maraqlarının təmin olunacağına boyun olan Ə.Kərimov Azərbaycanın Dağlıq Qarabağ məsələsində istənilən güzəştə gedəcəyi öhdəliyini də üzərinə götürüb. ALP və "Vətəndaş və İnkişaf Partiyası" ilə birlikdə "Azadlıq" blokunda təmsil olunan AXCP (i) birdən-birə ənənəvi müttəfiqlərindən imtina edib adıçəkilən blokdan çıxaraq Müsavatla əməkdaşlığa can atmasının da kökündə məhz bu faktor dayanırdı. ALP və "VİP"-lə Müsavat arasında kəskin qarşıdurmanın müşahidə edildiyi dövrdə AXCP (i)-nin də bu prosesə qoşulması, "cəbhəçilərin" Müsavat partiyasının ünvanına tənqidi, bir çox hallarda isə təhqiredici fikirlər səsləndirməsini nəzərə alanda, belə qənaətə gəlmək olar ki, AXCP (i) -Müsavat "birliyinin" arxasında məhz Qərb dairələrin çoxsaylı sifarişi, maliyyə amili dayanır. Bir-birinə qarşı barışmaz olan partiyalar və partiya "liderlərini" yalnız maliyyə amili birləşdirə bilər.

Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti dəfələrlə müxalifətin Dağlıq Qarabağ məsələsindən sui-istifadə etdiyinin, öz maraqlarının təmin olunması üçün milli maraqlarımıza zidd təkliflər irəli sürdüyünün, müxtəlif vaxtlarda erməni lobbisi ilə işbirliyində olan xarici dairələrlə yaxından təmas qurduğunun şahidi olub. Təsadüfi deyil ki, erməni lobbisi ilə yaxın, onun maraqlarına xidmət edən xarici təşkilatlar, siyasətçilər və ekspertlər Müsavatı və AXCP (i)-ni "qəhrəmanlarına" çevriliblər. Onların dövlətimizə qarşı irəli sürdüyü iddialar isə müxalifət mətbuatı tərəfindən geniş işıqlandırılır.

Maraqlısı odur ki, AXCP (i)-Müsavat "birliyi", bu partiyaların Azərbaycanın maraqlarına zidd addımı düşərgə tərəfindən də kəskin şəkildə tənqid olunur. Mərhum Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev də AXCP (i)-Müsavat birliyinin bir oyun olduğu qənaətindədir. H.Əliyev hesab edir ki, bir müddət əvvəl bir-birini söyən, təhqir edən insanların bu gün birlik adı ilə "Elçibəy-Rəsulzadə ideologiyası"ndan danışması absurddur və bu "birlik" bir aylığa hesablanıb. H.Əliyev Ə.Kərimovun daim Elçibəyin adından istifadə etdiyini də vurğulayıb: "Ə.Kərimov 20-30 ildir ki, Elçibəyin adı ilə hərəkət edir. Əgər o, yenə də Elçibəyin adı ilə səs qazanmaq istəyirsə, bu, alınmayacaq. Nə onun, nə də partiyada təmsil olunanların Elçibəyə sevgisi yoxdur. Bu insanlar alverçidirlər və bilirlər ki, onların sonu çatıb. Onlar birdəfəlik siyasi səhnədən gedəcəklər. Ə.Kərimov Elçibəy yoluna xəyanət etmiş şəxsdir və buna görə də onun cavabı verilməlidir. Mən Elçibəyin sağlığında və dünyasını dəyişməsindən keçən illər ərzində Ə.Kərimovun ona olan xəyanətlərini saya bilərəm. İlk növbədə, bəyin onlara qoyub getdiyi partiyanı nüfuzdan salıblar. Mən Elçibəyin arxivinin sahibiyəm. Elə məsələlər var ki, üzərimə çox gəlsələr, aça bilərəm".

Belə görünür ki, H.Əliyev artıq arxivi aça bilər. Çünki bütün mənalarda bu məqam yetişib.

RÖVŞƏN

Digər xəbərlər