Qloballaşan dünyada gərginləşən münasibətlər və gərgin münaqişələr sistemində baş verən formasiyalar daha çox diqqət çəkir. Çünki mövcud beynəlxalq münasibətlər sistemində maraqlar müstəvisində baş qaldıran istənilən iddia artıq özünü nəinki mövcud olduğu coğrafi çərçivədə, onun hüdüdlarından çox-çox uzaqlarda da göstərə bilir. Bu bir yandan maraqlı tərəf üçün əlverişli olsa da, digər tərəfdən mövcud münasibətlərə mənfi təsiri ilə də yadda qalır.
Düşüncə və yanaşma müxtəlifliyi şəraitində belə halların özünü geniş aspektdə göstərməsi şüuraltı məntiqin yaranmasına da təsir göstərir. Bəlkə də, bunu 10-15 il öncə dərk etmək bir qədər absurd görünərdi. Düşünülərdi ki, yəqin bizlər və bizləri əhatə edən formasiyalar fəzadan asılı hala düşə bilər. Artıq həmin məqamın ştrixləri özünün bütün çalarları ilə ortadadır. Ortada olmayan bircə reallıq var ki, o da anlaşılmayan təfəkkürlərin bir ünvanda cəmləşməsidir. Bu, tamam başqa bir məsələnin predmeti olsa da, əsas günün mənzərəsidir. Görünməyən münasibətlər sistemində baxış yaratmaq, birgə addım atmaq kimi qərarların verilməsi, müasir dövrün tələbləri sırasında olsa da, anlaşılmazlıqları, təzadları, təzahürləri ilə düşüncə yartmaqdadır. Çünki elm və tenxnika inkişaf etdikcə daha qlobal düşüncələr sistemində mürəkkəb tendensiyalar ortaya çıxır ki, burada internetin rolunu danmaq qeyri-mümkündür. Okeanın o tayından, bu tayına mövcud olan münasibətləri qısa zaman kəsiyində həll etməyə çalışan, sosial şəbəkələrdə ünsiyyətlərini daha operativ şəkildə qurmağa çalışanlar boşluğu məhz bu yolla doldurmağa çalışırlar. Sadəcə olaraq, internet məkanında boş vaxtlarını keçirən tərəflər arsındakı qarşılıqlı yazışmalardan doğan, sosial təkliflərlə bir-birinə müraciətlər ünvanlayan subyektlər yekunda real addım atmaqda da idarə sərgiləmək niyyətində olduqlarını göstərməyə çalışırlar. Burada çatışmayan cəhət odur ki, bu, bəzən çılğın münasibətlərdən yaranan sistemsizlik müstəvisində qısa bir hərəkət trayektoriyasını əhatə edə bilər. Amma onun özünü uzun və mürəkkəb bir yolda isbat etməsinə heç kəs qarant ola bilməz. Axı bu, elə sistemdir ki, burada "həmsöhbət" olanlar bir-birilərinin canlı varlıqlarını görmək imkanlarından kənardırlar. Elə bu kənarlılıq da, onların ani bir hərəkət məqamını xarakterizə edən başlıca şərtdir. Şərtin nə olmasından asılı olmayaraq, bu günlərdə Avropanın mərkəzində, xüsusən də, Böyük Britaniyanın paytaxtı Londanda qeyd etdiyimiz virtual münasibətlər sistemində, yəni sosial şəbəkələrə daha çox aludə olmuşlar nə dərəcədə yanlışlığa yol verdiklərinin fərqində olmalı oldular. Hətta qoca sinyoralar şəhərində, Londonda mağazaların şüşəsini sındırıb içəri daxil olaraq divardan asılmış televizoru yerə çırpıb sındıran bir gənc öz-özünə "mən bunu niyə və nə üçün edirəm" sualını verməyib? Düşünülür ki, o özlüyündə bu barədə azacıq düşüncəyə dalsaydı, bunun adını nə qoymağın da cavabını verə bilərdi. Londonun çılğın gənclərinin talan cəngindən qurtulmasının ardınca bu işdə təqsirli olanlar sorğulanarkən onlar niyə belə etdiklərinə görə cavab verə bilməyiblər. Bax, problemin də məğzində bu dayanır ki, nə edəcəyini düşünmədən edəndə, gəncin Avropa və asyalısından, şərqlisindən, qərblisindən asılı olmayaraq, təzad ortadadır. Ortaya bir həqiqət də çıxır: dünyaya öz düzənlərindən dərs keçməyə çalışanlar internet məkanında sosial şəbəkələrə qadağa qoymaq haqqında məsələyə real yanaşmağa çalışırlar. Bizdə isə cəmiyyətdən özünü kənarda saxlamaqla ayrıca bir qövm olduqlarını isbat etməyə çalışan müxalifət məsələyə susqunluqla cavab verməklə kifayətlənir. Necə olur ki, ucqar Afrika ölkəsində baş verən göyərti satanın üsyanı onlar üçün daha cəlbedici görünür? Onların gözünə nəyin necə görünməsindən və nəyi hansı rəngdə görmək istəmlərindən asılı olmayaraq, Əli Kərimovla İsa Qəmbərov nədənsə susur. Susurlar ki, daima bizlərə nümunə kimi göstərmək istədikləri Avropa dəyərləri belə zərərli vərdişlərdən məntiqi yol axtarır. Çox güman ki, sonluğun acı məqamları içərisində narahat qəlblərində internasionalizm yenə də onların şüurlarını korlayır.
Tapdıq Qurbanlı