PDF Oxu

Müxalifət

  • 8

“İctimai Palata”nın cəhdləri yalnız “ayaqda qalmaq” üçündür

“İctimai Palata”nın cəhdləri yalnız “ayaqda qalmaq” üçündür

Radikal müxalifətin hər ayın başında siyasi hoqqabazlıqlardan çıxması artıq hər kəs üçün adi hala çevrilib. Düşərgənin gah bir, gah da digər məsələlərdə bir-birindən sərsəm fikirlərlə çıxış etməsi, eyni zamanda, müxalifətin nə qədər ciddilikdən kənar olduğunu sübut edir. Belə ki, "İctimai Palata"nın öz problemləri qala-qala səviyyəsiz "yol xəritələri" hazırlamaları ictimaiyyətin qınağına səbəb olub. Guya öz təbirlərincə, ölkədə "islahatların sürətləndirilməsi" ilə bağlı hazırladığı "yol xəritəsi" insanlarda onlara qarşı istehza yaradır. "İctimai Palata"nın qeyri-ciddi sənədi ölkənin ictimai rəyi üçün heç bir əhəmiyyət kəsb etmir. "Palata" mənsubları guya "demokratiyaya keçid haqqında" hansısa sənəd hazırladığını iddia edir. Lakin unudurlar ki, yaşadıqları, siyasi fəaliyyət göstərdikləri Azərbaycan demokratik ölkədir. Ona görə də bu gün ölkədə hansısa prosesdə keçidə ehtiyac varsa, bu da həmin radikal müxalifətin yeniləşməsinə, yeni dövrə uyğunlaşmasına keçid ola bilər.

Bu qurumda parlament partiyaları bir yana, heç müxalifətin digər qanadına daxil olan partiyalar yoxdu. O halda bu sənəd bütün müxalifətin mövqeyi kimi qəbul edilə bilməz. Eyni zamanda, "İctimai Palata"nın digər siyasi partiyalarla münasibəti normal deyil. Onlar özlərindən başqa heç bir qurumu tanımamaqla, başlarından böyük iddialar irəli sürürlər. O halda ki, "palata" özündən başqa heç bir siyasi qurumu tanımırsa, onların yarıtmaz sənədlərinə başqa hansı cür münasibət bəslənilməlidir?

Eyni zamanda, "İctimai Palata" ciddi qurum olsaydı, bütün bunları ona keçmək olardı. Axı bu qurumun oyuncaq olduğu, ciddi təsir rıçaqlarına malik olmadığı hamıya bəllidir. "İctimai Palata"nın gücsüz qurum olduğunu aprel-may aksiyaları da təsdiq elədi. "Palata"nın aksiyalarına yalnız öz satılıb-alınmış "fəalları" qoşuldu. Bəllidir ki, "İctimai Palata" cəmiyyətin dəstəyini nə ala bildi, nə də hakimiyyətə alternativ quruma çevrilə bildi. O halda, bu qeyri-ciddi qurumun hazırladığı sənəd də digər mülahizələr də istehza ilə qarşılanmalı, qınaq hədəfi olmalıdır.

Rəfiqə

Digər xəbərlər