PDF Oxu

Müxalifət

  • 14

Radikal müxalifətin “ordu dərdi” Onlara məxsus mətbuat səhifələri erməni saytları ilə müştərək işləyirlər

Radikal müxalifətin “ordu dərdi” Onlara məxsus mətbuat səhifələri erməni saytları ilə müştərək işləyirlər

Son zamanlar radikal müxalifətin xəyanətkar mənsubları yenidən Azərbaycan ordusu, silahlı qüvvələr barəsində olmazın qərəzli fikirlər səsləndirməklə erməni dəyirmanına su tökməklə məşğuldurlar. Rahat ofislərində oturaraq, ağıllarına gələni ictimailəşdirən partiya sədrləri bununla öz erməni qardaşlarına xidmət göstərir, bilavasitə, şücaətli Azərbaycan ordusunu xalqın gözündən salmağa cəhd göstərirlər. Təbii ki, onların bu kimi mənfur hərəkətləri arxasında xəyanətkarlıqla yanaşı, murdar pul qazanmaq ehtirasları dayanır. Daha dəqiq desək, belə cəhdlərin bir tərəfi də əldə edilən erməni pullarıdır ki, bunu da məhz belə vasitələrlə qazanıb, haram xoşlarından keçirirlər. Təki pul olsun, daha kimin əlindən gəlirsə-gəlsin, istəyir lap erməni katolikosu 2-ci Qareginin əlindən gəlsin...

Müxtəlif erməni saytlarında verilən yalan xəbərlərə istinad edən radikal müxalifət mətbuatı orduda gedən davamlı inkişafa, modernləşməyə, güclənməyə tamamilə başqa prizmadan yanaşaraq, özlərini guya "ağıllı" göstərməyə səy göstərirlər. Lakin bu "ağıl" yalnız bir istiqamətə proqramlaşıb-ictimai rəyi çaşdırmaqla anti-Azərbaycan meyilli qüvvələrə nökərçilik etməyə. Təki gələn gəlir olsun. Daha qeyri- maraqlar onları ilgiləndirmir!

Radikal müxalifət mətbuatının üzünü açanlar orada daha nələri görmür? Məsələ ondadır ki, istər "Yeni Müsavat", istər "Azadlıq", istərsə də digər bu kimi radikal müxalifət qəzetlərinin hər biri Ermənistanın "Azq", "Hayastan", Haykakan" kimi qəzetlərindən qətiyyən fərqlənmirlər. Yəni erməni mətbuatı Azərbaycan barədə nə yazırsa, səhəri günü Azərbaycanın radikal müxalifət mətbuatında həmin xəbərlər yer alır. Və heç kim deyə bilməz ki, satqın müxalifət "bəylərinin" sümsük "jurnalistləri" erməni mətbuatı ilə müştərək iş birliyinə getmirlər. Müasir informasiya texnologiyalarının canı sağ olsun...

Onu da vurğulamaq lazımdır ki, belə hallar dəfələrlə təkrarlanmış, ictimaiyyətin ciddi qınağına səbəb olmuşdur. Çünki müxalifət mətbuatının şərəfdən, ləyaqətdən, əqidədən qətiyyən xəbərləri yoxdur. Onlar bütün mənəvi dəyərlərini satmağa hazırdılar. Hətta...

Belə yerdə hörmətli oxucuların yadına bir nüansı salmaq istərdim. Daha dəqiq desək, bir xatırlatmanı etmək yerinə düşərdi. Hələ 2003-cü ilin 15-16 oktyabr hadisələrində bir qrup öyrədilmiş radikal müxalifət sümsükləri xaotik vəziyyətin yaranmaması istiqamətində Bakı şəhərində sabitlik yaratmaq istəyən ordu hissələrinə qarşı aqressiya nümayiş etdirmişdilər. Yaxalıqlarında Azərbaycan bayrağı həkk olunan əsgərlərə hücum çəkən başıpozuq müxalifət sümsükləri heç nəyə məhəl qoymadan, qan tökməyə, azğın hərəkətlər törətməyə can atırdılar. Hətta videokadrlara da həkk olunmuş lent yazılarından görünür ki, hərbi avtomobili ələ keçirən müxalifət mənsubu, həmin maşını Azərbaycan əsgərinin (diqqət yetirin. AZƏRBAYCAN ƏSGƏRİNİN) üzərinə sürdü, onu ağır yaraladı. Bu, hazırda ağızlarına çullu dovşan sığışmayan indiki müxalifətin, müxalifət "liderlərinin" 2003-cü ildə törətdiyi vəhşiliyin bir nümunəsidir.

Bu gün onların birdən-birə durub Azərbaycan Ordusu barədə "dərd" çəkmələrinə də ehtiyac yoxdur. Çünki onların hər bir kəlməsi erməni ağzından çıxan "it dilindən" qətiyyən fərqlənmir. Ordunun inkişafına, tərəqqisinə qaldıqda isə, heç də narahat olmasınlar. Ali Baş Komandanlıq və Müdafiə Nazirliyi tərəfindən bütün lazımi tədbirlər reallaşdırılır və xalq da bunun şahididir. Daha xalqa radikal müxalifət mətbuatının erməni dəyirmanına su tökən tipli məlumatları lazım deyil. Ən azından onlar xalqın hiddətindən qorxmalı və bir daha belə xəyanətkar mövqe nümayiş etdirməli deyillər. Əks halda başlarını soxmağa kol da tapmayacaqlar.

RÖVŞƏN

Digər xəbərlər