PDF Oxu

Müxalifət

  • 11

Müsavat partiyasının yeni nizamnaməsində hansı müddəalar olacaq?

Müsavat partiyasının yeni nizamnaməsində hansı müddəalar olacaq?

Partiyanın nəzərdə tutulmuş qurultayında gedəcəyini yüz faiz yəqin edən Müsavat partiyasının başqanı ən son biclik "variantına" əl atmağı düşünüb. Belə ki, getməmişdən öncə, "bəlkə də qaldım" xülyasına dalan İ.Qəmbərov birdən-birə yeni nizamnamənin "prinsiplərini" digər müavinlərinə təqdim edib. O, bununla fikirləşib ki, bütün hallarda hansısa müddəanın gerçəkləşməsini reallaşdıra biləcək.

Müsavat partiyasının mətbuat xidmətindən sızan məlumata görə, Müsavat Divanının bazar ertəsi keçirilən toplantısında partiyanın qurultayına hazırlığın gedişi barədə məlumat, nizamnamə və proqrama dəyişikliklər haqqında təkliflər dinlənilib. Bəlli olub ki, aydan-aya, ildən-ilə qalan qurultayın gecikmə səbəbi, bilavasitə, İ.Qəmbərovun üzündən baş verib və əgər o zamanında başqanlıq postundan getsəydi. Hər şey öz yolunda olacaqdı. Divan üzvləri A.Hacıyev məsələsinə də toxunaraq, onun həbsində günahkar şəxsin Müsavat başqanı olduğunu bildiriblər.

Müddəalara gəlincə isə, bəlli olub ki, partiya rəhbəri növbəti dəfə siyasi blef edərək, orada yaş senzinin uyğulanmamasını göstərməyib. O, bununla hələ də başqanlıq postunda qalmaq iddiasını ortaya qoyub. Eləcə də əldə olunmuş informasiyalara görə, "yeni nizamnamədə" qeyd edilib ki, partiyaya seçilmiş başqan ömrünün sonuna kimi bu postda qalaraq, fəaliyyətini davam etdirməlidir. Belə ki, digər siyasi partiyalardan fərqli olaraq, bu təşkilatda "fəxri sədr", ya da "fəxri lider" statusu olmamalıdır. Həmçinin, ölkə müxalifətinin "ana müxalifət" partiyası olduğunu iddia edən İ.Qəmbərov bunu öz adına çıxarıb və həmin "əsası" əldə tutaraq, başqanlıq vəzifəsinin uzadılması tələbini irəli sürüb.

Lakin partiya Divanının uzun sürən müzakirələrindən sonra, İ.Qəmbərovun "yeni nizamnamə müddəaları" bir çoxları tərəfindən qəbul olunmayıb və onların əksəriyyəti ona imza atmaqdan imtina ediblər. Hətta bunun üstündə bir neçə qruplaşmada cəmləşən müsavatçılar öz qrup rəhbərlərinin başqan olacağını bir-birlərinin üzünə söyləyiblər. Görünür, Müsavat partiyasının qurultayı başlamamış partiyada ciddi deformasiyaların yaşanması təşkilatdaxili demoqrafik dəyişikliklərlə səbəb olacaq və nəticədə siyasi təşkilat tamamilə çökməyə məruz qalacaq. Daha dəqiq desək, yeni başqan seçilməmiş, Müsavatın ilk vəm son başqanı elə İ.Qəmbərov olacaq. Yəni o, siyasi təşkilatın təsisçisi kimi ilk və sonuncu başqan olaraq, partiyanın dağıdıcısı kimi də qara siyahıya düşəcək. Belə olan vəziyyətdə hər şey göz qabağındadır...


RÖVŞƏN

Digər xəbərlər