PDF Oxu

Müxalifət

  • 14

Etibar Məmmədov siyasi səhnəyə qayıtmaqla nəyi “dəyişmək” istəyir?

Etibar Məmmədov siyasi səhnəyə qayıtmaqla nəyi “dəyişmək” istəyir?

AMİP "lideri" Etibar Məmmədov uzun sükutdan sonra siyasi səhnəyə qayıtmaq üçün yeni planlar reallaşdırmaq cəhdini göstərməkdədir. Belə cəhdlərdən biri onun bir zamanlar ölkənin müxalifət düşərgəsində təmsil edilən, lakin sonradan həmin düşərgəni tərk edən insanlarla görüşündən başlayıb.

Bir sıra müxalifət mətbuatı yazıb ki, guya belə görüşlərin predmeti ölkədəki ictimai-siyasi durumun müzakirəsindən ibarət olub. Maraqlıdır, nəyə görə siyasəti tərk etmiş bir adam. Sonradan geri qayıdaraq, yenidən siyasi məsələlərə münasibət bildirir? Axı bütün mənalarda E.Məmmədovun dövrü tükənib. Bəlkə də ilk cəhd AMİP "liderinə" siyasi baxımdan hərəkətə gəlməyə stimul verə bilər. Çünki onun siyasi təfəkkürü heç də müxalifətin təfəkküründən fərqlənmir. Etibar Məmmədov bir sıra müxalifyönlü isimlərə öz dəvətini qəbul etdirə bilib. Üstəlik, bu görüşlərin davamlı xarakter alması üçün birlikdə razılıq da əldə olunub. Lakin ictimaiyyət bu cür razılıqların çox şahidi olub. Digər tərəfdən, ilk cəhdin "uğurluluğu", hətta onu da deməyə əsas verir ki, siyasi proseslərdən kənara çəkilməyən qüvvələr AMİP "lideri" ilə hər hansı məsələlər ətrafında müzakirələri lüzumsuz hesab etmir, onunla təmasları "lazımlı" hesab edirlər. Bunu biz yox, E.Məmmədovun sifarişi ilə yazan qəzetlər yazır...

E.Məmmədovun şəxsi qərarı əvvəl-axır belə olmalıydı. Yəni o, bütün mənalarda "siyasətə" qayıtmağına işarə etməliydi. AMİP "lideri" gec-tez hamının sığındığı "siyasi səhnəyə qayıdış" barəsində daxili qərarını verməliydi. Çünki siyasətə onunla bir vaxtda gələnlərin heç biri səhnəni təhvil verib getmədi, səhnədə öz artistlik rollarını oynamaqda davam etdilər.

E.Məmmədovun "geri dönüş" ambisiyasını belə sıralamaq mümkündür: 1-Müsavat başqanı İsa Qəmbərovla təmaslar,

2- o və bir qrup müxalifətçi ilə ictimai-siyasi proseslərin müzakirəsi,

3- beləliklə, özünü təcrid etdiyi müxalifətin içərisinə dönüş.

İlk cəhdin "uğurluluğu" E. Məmmədovun müxalifətdaxili əməkdaşlıqda yerini bərpa edir, ən azından, onu siyasi qüvvələrin hafizəsinə gətirir, inteqrasiya proseslərində mövqeyinə istinad üçün əsas yaradır, ikitərəfli və çoxtərəfli əməkdaşlıqlara yolunu asanlaşdırır. AMİP "lideri" bundan sonra başlanğıc üçün Müsavatla, ardınca isə digər siyasi partiyalarla "əməkdaşlığını" sürətləndirmək imkanı əldə edir. Sonda onu da qeyd etmək olardı ki, onun "siyasi səhnəyə qayıdışı" heç bir dəyişikliyə səbəb olacaq faktorlardan deyil. Çünki E.Məmmədov AMİP-ə sədrlik etdiyi dönəmlərdə də, sonrakı dövrlərdə də müxalifət elə həmin müxalifət olaraq qalıb. Çox yəqin ki, bundan sonra da belə olacaq.


R.RƏSULOV

Digər xəbərlər