PDF Oxu

Müxalifət

  • 9

Lalə Hacıyevanın itirdikləri və qazandıqları...

Lalə Hacıyevanın itirdikləri və qazandıqları...

Uzun müddət müxalifət düşərgəsində özünə lövbər salmış yetkililər kimi "MBH"-nin hazırkı lideri Lalə Hacıyeva da, ADP-dən necə getmişdisə, elə də qayıtmağı planlaşdırır. Onun bir müddət öncə Avropa ölkələrində müəyyən dairələrlə görüşlər keçirdiyi və səmimi ünsiyyətdə olduğu şəxslərdən yeni imtiyazlar müqabilində göstərişlər də aldığı bildirilirdi. Düşünülürdü ki, L.Hacıyeva bu imtiyazları və almış olduğu tapşırıqları "lideri" olduğu partiyaya, yəni ALP-yə yönəldəcək. Amma heç də hər şey düşünüldüyü kimi deyil, L.Hacıyevının istək və arzularına uyğun formada baş verməyə başladı. Çünki siyasətə həmişə zəngin gəlmişəm deyən, əslində isə, siyasi pərdə arxasında müəyyən donorlardan, xüsusən də, Avropanın liberal təşkilatlarından öz qurumunun adına uyğun olan digər mənbələrdən külli miqdarda pul qoparıb varlanan L.Hacıyeva sonradan liberal formada qazandığı pulların bir qəpiyini də xərcləmədən siyasətdən getdiyini bəyan etdi. O, bir daha siyasi düşərgəyə qayıtmayacağını bəyan etsə də, növbəti dəfə öz dediyini, özü də inkar edərək geri qayıdış planını açıqladı. Çünki L.Hacıyeva və düşərgədə onun kimi xislətdə olanların çoxu siyasətə sanki bir biznes strukturu kimi baxırlar. Ona görə də, bu adamların siyasətlə məşğul olmaları dükançının mal alıb-satması kimi bir şeydir. Əgər bu günləri onların "malına" xaricilər yaxşı pul verirsə, təbii ki, L.Hacıyevalar bu şansı qaçırmazlar. Ona görə də, hazırda dünyada liberal dəyərlərlə mühafizəkar prinsiplərin toqquşduğu bir ərəfədə L.Hacıyeva özünü Şərq aləmində dırnaqarası "liberalist" kimi göstərməyə çalışır. Bu çalışmaları isə müxalifətə yenidən dönüş və buradakı bir sıra şəxslərlə konfliktdən keçə bilər. Elə bu baxımdan da, L.Hacıyeva siyasi proseslərə aktiv şəkildə müdaxilə edəcəyini bildirməsinin ardınca müxalifətin ən çılğın nümayəndəsi P.Hüseynovun bostanını "daşlayıb". Onun iddiasına görə, hazırda P.Hüseynovun müxalifət düşərgəsində özündən başqa heç kəsi gözü götürmür. "Çünki bu adamın xisləti ancaq şəxsi prizmalarını əhatə edir" deyən L.Hacıyeva hazırda düşərgədə ona "özünü yığışdır" deyən bir kimsənin olmadığını da mesaj formasında lazımi ünvana göndərib. Eyni zamanda, əldə etdiyimiz bilgilər sırasında L.Hacıyevanın siyasi düşərgəyə qayıdaraq, burada bir təmizləmə prosesini həyata keçirəcəyini də açıqlaması bəzilərinin kefinə soğan doğramış olub. Bundan əlavə, ALP "lider"inin "müxalifətin yeni koalisiyası"nın yaradacağını da elan etməsi, konkret olaraq, Müsavat başqanı İsa Qəmbərovun əhvalını pozub. Çünki L.Hacıyeva İ.Qəmbərovun diqtəsi ilə yaradılmış "İctimai Palata"nın hələ yarandığı dövrdən bir oyuncaq təşkilat olacağını və onun heç bir işə yaramayacağını açıqlamışdı. Bu gün isə o özü aktiv proseslərə qayıtmaqla yanaşı, yeni birlik yaratmaq iddiasını ortaya qoyması "İctimai Palata"dakıların yay tərinə qərq olunmasına səbəb olub.


Tapdıq Qurbanlı

Digər xəbərlər