PDF Oxu

Müxalifət

  • 11

“Azadlıq” və ya oğru elə bağırdı ki, doğrunun bağrı çatladı

“Azadlıq” və ya oğru elə bağırdı ki, doğrunun bağrı çatladı

Günlərin bir günü telekanalların birində yüngül, əxlaqsız həyat tərzi keçirən qadınlar haqqında verilişə baxırdım. Hərə bir bəhanə ilə bu yola düşdüyünü izah edirdi. Qədim peşənin sahiblərini qınayan- qınayana idi. Rəsmi statistik rəqəmlər də səsləndi ki, filan qədər qadın bu yoldadı, filan-beşman. Bir anlıq nə düşündüm? Filan sayda qadın bu yoldadırsa, deməli, filan qədər əks-cinsin nümayəndələri, bəlkə də daha çox onların müştəriləridirlər. Hər halda bu qadınlar atlar, eşşəklərlə yox, kişilərlə bu yoldadırlar. Pis çıxsa da, yazmaq bir jurnalist üçün çətin olsa da, hərdən belə məsələlərə də toxunmaq ehtiyacı duyulur. Bu ehtiyacı isə "Azadlıq" qəzetinin 22 sentyabr 2011-ci il tarixli nömrəsi doğurub.

Belə ki, yazmağa yazı, deməyə söz, işləməyə material tapmayan adıçəkilən mətbu orqanının əməkdaşları fahişələrin məsələsini böyük təmtəraqla qəzetin ön səhifəsinə çıxarıblar. Özümdən böyüklərdən və özümdən kiçiklərdən dəfələrlə üzr istəyirəm ki, bu məsələyə reaksiya verirəm. Amma məcburam, çünki susduqca bunlar lap ağını çıxarırlar. Ana belə gəldi, bacı belə getdi... Atalar yaxşı deyib ki, oğru elə bağırır ki, doğrunun bağrı çatlayır. Qohum-əqrəbasının qızları ilə əylənən sizin qəzetin kommersiya direktoru Azər Əhmədov deyildimi? Bunu da bütün jurnalistlərə sizin əməkdaşlar özləri gülüb, əylənə-əylənə deməyiblərmi? Həmin fahişəxanaların daimi müştərisi sizin baş redaktor Qənimət Zahidov olmurdumu? Orta Asiyada heç kimə lazım olmayan, oralardan deportasiya olan SPİD xəstəsi qadınlarla qalxıb-oturan, elə-günə, obaya biabır olub, afişa olan sizlər deyilsinizmi? İndi qalxıb qəzetin ilk səhifəsinə fahişələrdən anons qoyub, içərisində yazı yazırsınız. Mənəvi haqq deyilən bir söz var. Bu mənəvi haqqı özünüzdə görürsünüzmü? Qohum-əqrəbanın azyaşlı qızını yoldan çıxarmaq, onu gələcəyin fahişələrindən birinə çevirməyə cəhd eləmək taleyini sual altına qoymaq özü fahişəlikdən də betər bir iş deyilmi? Həmin o anda ana-bacınız, arvadınız, qızınız niyə yadınıza düşmür? Öz gözünüzdə tiri görməyib, özgənin gözündə xırda çöpü nə yaxşı görürsünüz?

Uşaqlıqdan müşahidə qabiliyyətim yaxşı idi, eşidib- gördüklərimi yaxşı yadımda saxlayırdım. O vaxtdan bir sözü qulağımda bərk-bərk sırğa eləmişəm ki, bir söz deməmişdən qabaq yaxşıca fikirləş ki, qarşındakı adam sənə nə cavab verə bilər. Sözümün canı odur ki, sözügedən yazı bu sözlərlə başlayır: "Mən Qarabağda canımın yarısını ona görə qoymamışam ki, gəlib evimin içində fahişəxana açsınlar. Bu fahişəxanaların hamısını polis himayə edir". Bu iki cümlə adı çəkilməyən I Qarabağ müharibəsi iştirakçısı tərəfindən səsləndirilib. Bu cümlələri, əminəm ki, müxbir özü təxribat yaratmaq məqsədilə yazıb. Bu hal heç kimə başucalığı gətirmir, əksinə olaraq, müxbirin, redaksiya heyətinin savadsızlığından, səviyyəsizliyindən xəbər verir.

Belə səviyyəsiz mövzuda Qarabağın adını çəkməyə utanmırsınızmı? Qarabağ AXC-Müsavat cütlüyünün küçədən keçən, səriştəsiz, dövlət idarəçiliyinin nə demək olduğunu bilməyən kadrlarının başıboşluğundan işğal edilmədimi? Onda indiki lideriniz 25-26 yaşlı uşaq, iki eşşəyin arpasını bölə bilməyən Əli Kərimov dövlət katibi deyildimi? Bazar alverçisi, meyvə-tərəvəz satan Pənah Hüseynov baş nazir, hərbidən başı çıxmayan, əlinə ömründə bir silah almayan Rəhim Qazıyev müdafiə naziri deyildimi? Hansını deyim, hansını yazım, birdimi, ikidimi?! Bütün iaşə obyektləri, sizin dilinizlə desək, fahişəxanalar o dövrdə açılmadımı? Həm də şəhərin düz mərkəzlərində. O vaxt mərhum Əbülfəz Elçibəydən müxbirlərdən biri soruşmuşdu ki, rüşvət baş alıb gedir, qarşısını almaq üçün tədbir alır, konsepsiya, Dövlət Proqramı, nəsə hazırlayırsınızmı? Gedənin dalınca danışmazlar, Allah rəhmət eləsin, cavab verdi ki, mən düz danışanam, rüşvət var, olub, olacaq. Həmin brifinqdə olan həmkarlarımdan biri, doğrudan da, bu əxlaqsızlıq yuvaları haqqında sual vermək istəyib, lakin yuxarıdakı cavabdan sonra abır-həyasını saxlayıb. Fikirləşib ki, budəfəki cavab eyni ilə belə olar: "Fahişəlik ən qədim peşədir, var, olub, olacaq..."

Qısası, mən başa düşürəm, cəmiyyətdə kəskin, guya obyektiv, rezonans doğuran yazılarla özünəməxsus fikirlər formalaşdırmaq istəyirsiniz. Amma hər şeyi çərçivə daxilində edin, ət tökməyin. Öz liderlərinizi, liderlərinizin ittifaqda olduğu adamları yaxşı-yaxşı analiz edin. Onların bu xalqın başına açdıqları oyunları götür-qoy edin. Xalqa çörək yerinə jımıx yedirmələrini, Qarabağın gündə bir rayonunun işğalına rəvac yaratmalarını, parlamenti bazara çevirmələrini, "bazarkom"a bənzəyən İsa Qənbərovun yüksək postda oturub xoruzun quyruğunu axtarmasını, bu minvalla gəlib Ə.Kərimovla niyə əməkdaşlıq etməsini, koalisiya yaratmasını, xeyirdə-şərdə birgə görünmələrini yaxşı-yaxşı süzgəcdən keçirin. A.Əhmədovun, Q.Zahidovun əməlləri gün işığına çıxdığı, fahişələrlə yaxalandıqları kimi, o məsələ də aydınlığa qovuşacaq. Çox darıxmayın, ürəyinizi sıxmayın. Ona-buna da çox sataşmayın ki, saysız-hesabsız ayıblarınız üzünüzə vurulub, başınıza qaxılmasın. Liderləriniz sizə yox, Hollandiyadakı sərbəst cinslərə yaraşdırılmasın və sairə və ilaxır. Yaxşı atın qamçı yeməməsi məsələsini tez-tez xatırlayın, yaddan çıxarmayın.

Lakin müqəddəs bir-iki şey saxlayın ki, hərdən-birdən mənəviyyatınız paklansın. Bunların başında vətənpərvərlik, milli ruh və yaralı yerimiz Qarabağ qoy öndə gəlsin.

Y.TURAN

Digər xəbərlər