PDF Oxu

Müxalifət

  • 10

Ortada qalan “Ümid”

Ortada qalan “Ümid”

Payız fəsli də radikal müxalifət düşərgəsinə düşərli olmadı. Belə ki, düşərgədə münaqişələr, qalmaqallar yenidən qızışmağa başlayıb. Ən maraqlısı isə, baş verən qalmaqal daha çox şou müğənnilərin gündəmdə qalmaları zamanı yaratdıqları şouya bənzəyir. Eynilə radikal müxalifət liderləri də bir-birilərini "xoruz səsi" eşidilməyən sözlərlə təhqir etdirməklə, siyasi meydanda özlərinə imic qazanmağa və gündəmdə qalmaq istəyirlər. Doğrudur, dünənə kimi, "birlik ideyası"nı ortaya atsalar da, hələ də bir nəticə hasil etməyiblər. Çünki yaxşı bilirlər ki, nə qədər "birlikdən" danışsalar da, heç vaxt birləşə bilməyəcəklər. Görünür, elə bu səbəbdəndir ki, 20 ildən artıq müddət ərzində vahid bir nöqtəyə yaxınlaşa bilməyən müxalifət bütün seçkilərdə biabırçı uğursuzluğa düçar olur. Çıxış yolunu növbəti qalmaqal yaratmaqda görən radikal müxalifət liderləri qanlı düşmənçilik və nifrət prinsipləri ilə köhnə ədavətlərini yenidən ortaya atır, necə deyərlər, "qaşınmayan yerdən qan çıxarmaq" istəyirlər.


Çürük təfəkkürlü münaqişələr yeni ampluada


Çürük təfəkkürlü münaqişələrin yenidən qızışması prosesi daha çox "ANİF"-in prezidenti Eldar Namazovla "Ümid" partiyasının sədri İqbal Ağazadə arasında daha çox hiss olunmaqdadır. Mətbuata açıqlama verən "ANİF" rəhbəri bildirib ki, parlament seçkilərində uğursuzluqdan xəcalət çəkmək əvəzinə, yenidən "birlik"dən danışan müxalifət liderləri bu dəfə susmalı idilər. Digər bir məqam isə, müxalifətin birliyinə həmişə ən böyük zərbə vuran "Ümid" partiyasının sədri İ.Ağazadə gah "İctimai Palata"da, gah da unudulmuş "Qarabağ" blokunda birləşmək istəyir. Bu, o İ.Ağazadədir ki, müxalifəti bir-birinə qatır, özü isə "tamaşaçı" rolunu oynayırdı. Xisləti ara qarışdırmaq olan İ.Ağazadə ötən 5 illik deputatlığı dövründə ancaq özünə layiq "ibrətamiz" sözlər demək və pafoslu çıxışlar etməkdən başqa bir şeyə nail olmayıb. O, nə vaxtdan siyasətçi və yaxud da "ideya" verən olub?"

"ANİF" rəhbərinin sözlərinə görə, İ.Ağazadə kimi danışığını və sözünü bilməyənlərin parlamentdə təmsil olunması təmsil olunduğu yerin seçicilərini təhqirdir: "İ.Ağazadənin xislətində ancaq dağıtmaq, pislik etmək, istənilən birliyi pozmaq halları başlıca yer tutur. Bundan isə, qürur duymaq lazım deyil. Qürur o şeydən duyular ki, birlik yaradasan. Bir də, düşərgədə təmsil olunanlar müxalifətdə olmaqları ilə "qürur" duyanlar bilməlidir ki, böhtan atmaq, hay-küy salmaq heç də güclülüyü təsdiqləmir. Siyasət "Ümid" partiyasının sədri İ.Ağazadə kimilərin yeri deyil. Bu tip simasızların, ikiüzlülərin və satqınların siyasətdə olması, bütünlüklə qəbuledilməzdir. Ancaq görünür, İ.Ağazadə kimilərin təmsil olduqları müxalifət düşərgəsində təmsil olunanlar da elə bu yolun yolçularıdır". E.Namazov sonda belə bir fikri də vurğulayıb ki, yuxarıda adı çəkilmiş siyasətbazların qarşılıqlı ittihamları çürümüş psixologiya, yanlış təfəkkür və düşmənçilik, eləcə də, "ideoloji" prinsipləri baxımdan düşərgədə daima gərginliyin, münaqişənin olmasını diqtə edir.


Rəfiqə

Digər xəbərlər