PDF Oxu

Müxalifət

  • 7

Müsavatdan növbəti istefalara start verildi

Müsavatdan növbəti istefalara start verildi

Artıq ənənə şəkli almış istefalar dalğası bu dəfə də radikal düşərgənin onsuz da boş olmuş təməlini laxlatdı. Belə ki, növbəti istefa Müsavat partiyasında reallaşıb. Partiyanın başqanı İsa Qəmbərovun və onun yürütduyü "siyasətin", həqiqətən də, yararsız olduğunu anlayan Müsavat partiyası Füzuli rayon təşkilatının fəalı Muradov Əmrah Dadaş oğlu həmin "siyasətə" etiraz olaraq rəsmi şəkildə həmin siyasi təşkilatdan istefa verdiyini bəyan edib. Redaksiyamıza gələn eks-müsavatçı partiyanın təşkilat rəhbərliyinin istiqamət götürdüyü "siyasət" barədə bunları dedi: "Bu ilin mart və aprel ayında vaxtı ilə təmsil olunduğum partiyanın da dağıdıcılıq əməllərində iştirak etmişəm. Doğrudur, "İctimai Palata"nın və orada toplaşan dağıdıcı müxalifət ünsürlərinin törətməyə cəhd etdikləri qanunsuz aksiyalarının qarşısı müvafiq orqanlar tərəfindən qətiyyətlə alındı. Eyni zamanda, küçələrə çıxmış beş-on nəfər qaragüruhçunun vətəndaşların həyatlarına təhlükələr yaratmaqla, şəhərin müxtəlif yerlərində dağıdıcılıq əməllərini reallaşdırmağa səy göstərməklə, cinayət tərkibli hadisələrə rəvac vermələri Azərbaycan xalqında onlara qarşı kəskin və hədsiz nifrət hissinin yaranmasına səbəb oldu. Məhz bu baxımdan, mən də ölkə ictimaiyyətinə bəyan etmək istəyirəm ki, radikal müxalifətin səbatsız liderlərinə nifrət və ikrah hissimi bildirirəm".

Ə.Muradov onu di bildirdi ki, Füzuli rayonunda fəaliyyət göstərən və əslində, bu fəaliyyəti ilə xalqın haqlı narazılıqlarına hədəf olan Müsavat rayon təşkilatı, demək olar ki, bütövlükdə buraxılıb: "Vaxtı ilə partiyanın sıralarından istefa verən şəxslər də öz bəyanatlarında bildirirlər ki, onlar respublikada gedən inkişaf və tərəqqinin "İctimai Palata" və orada cəmləşən radikal müxalifət partiyaları tərəfindən göz yumulmasına etiraz edirlər".

Eks-müsavatçı həmin etirazlara qoşularaq bəyan edib ki, bundan sonra Prezident İlham Əliyevin siyasətini ürəkdən dəstəkləyərək, ölkənin inkişafı üçün radikal müxalifətə qarşı mübarizə aparacaq: "Ölkə başçısı İlham Əliyevin mükəmməl daxili və xarici siyasətini dəstəkləyirəm, bu baxımdan Yeni Azərbaycan Partiyasına üzv yazılmaq üçün həmin siyasi təşkilata ərizə ilə müraciət etməyi qərara almışam".


R.Kamalqızı

Digər xəbərlər