PDF Oxu

Müxalifət

  • 7

İsa Qəmbərov bu dəfə türk düşməni Jirinovskiyə yalmandı

İsa Qəmbərov bu dəfə türk düşməni Jirinovskiyə yalmandı

Müsavat partiyasının başqanı İsa Qəmbərov radikal müxalifət mətbuatına verdiyi açıqlamasında bildirib ki, o, yaxın günlərdə Rusiyaya gedəcək. İ.Qəmbərov bu səfərini Vladimir Jirinovskinin lideri olduğu Rusiya Liberal-Demokratik Partiyasının keçirəcəyi tədbirlə əlaqələndirib. Müsavat başqanı "böyük fəxarət hissi" ilə deyib ki, onu şəxsən Jirinovskinin özü dəvət edib (?!) Lakin məsələ kimin, kimi harayasa dəvət etməyindən getmir, söhbət kimin kimə dəvət göndərməsindən və dəvət alanın bu dəvətdən xoşhallanmasından gedir...

Xatırlatmaq istərdim ki, RLDP-nin lideri Vladimir Jirinovski özünü siyasətçi kimi tanıdandan üzü bu tərəfə, dəfələrlə Azərbaycana və Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətmiş, hətta bir az da irəli gedərək, qudurğancasına Azərbaycan dövlətçiliyinə, nüfuzlu ictimai-siyasi xadimlərə, elm və incəsənət adanlarına həqarətlər etmişdi. Bununla yanaşı, nəinki Azərbaycana və onun xalqına, bütövlükdə türk dünyasına qarşı çıxan V. Jirinovski türkdilli ölkələrin keçirdiyi tədbirə "qoyunların yığıncağı" adı verərək, öz şərəfsizliyini yetərincə isbatlamışdı. Onu da xatırlatmaq yerinə düşərdi ki, bu "adam" Dağlıq Qarabağ problemində daim işğalçı Ermənistanın və separatçı rejimin tərəfini tutmuş, erməni qaniçənlərinin sırf tərəfdarı qismində çıxışlar etmişdir...

Burada V.Jirinovskinin alçaq və rəzilliyi barədə daha çox danışmaq olardı. Lakin digər bir rəzil "siyasətçi"- İ.Qəmbərov barəsində də heç nə söyləməmək olmur. Çünki Müsavat başqanı sözügedən açıqlamasında bildirib ki, o, V.Jirinovskiylə görüşməkdən qürur duyurmuş. Yəni başqan onun dəvətini qəbul edib və Rusiyada Jirinovskinin filan yerlərini "dəsmallayacaq" ki, bəs "çox sağ ol, ay Vladik, məni də "adam" yerinə qoymusan". Əslində, İ.Qəmbərovdan bunu da gözləmək lazımdır. Axı mənəviyyatsız, eləcə də, millətinə, xalqına, vətəninə qarşı bir dəfə, iki dəfə deyil, yüzlərlə, minlərlə dəfə xəyanətlər törətmiş bir "donqli siyasətçidən" başqa hansı əlamətləri gözləmək, ya da görmək olar?

Bir zamanlar "böyük türk dünyası"ndan, "turançılıq"dan, daha nə bilim ona yaraşmayan "milli-mənəviyyat statusundan" danışan İ.Qəmbərov həmin ifadələrini nə tez unutdu? Nə tez yadından çıxardın ki, V.Jirinovski Rusiyada prezident seçkiləri dönəmində bəyan etmişdi ki, əgər ölkə rəhbəri seçilərsə, dərhal qondarma "erməni soyqırımı"nı tanıyacaq və Rusiyayla yaxın münasibətdə olan hər bir dövlətə bunu tövsiyə edəcək. Düzdür, Jirinovski kimi bir başdanxarabın Rusiya kimi dövlətə prezident seçilməsi mümkün deyil və olmayacaq da. Ancaq hər halda onun az-çox nüfuzlu siyasi təşkilatın lideri olması həm ona, həm də ermənilərə qol-qanad verir. Fəqət, ermənilərlə yanaşı, Müsavat başqanının da erməniləşmiş qanı qaynayır. Görünür, buna görədir ki, İ.Qəmbərov V.Jirinovskiyə bu qədər simpatiya bəsləyir, onunla görüşdən fəxr hissləri keçirir. Hər halda ermənilərlə iş birliyinə gedən birisinin ernənilərə dəstək verənlə iş birliyi "yapması" təəccüblə qarşılanmamalıdır...


RÖVŞƏN RƏSULOV


P.S. Yazıq müsavatçıların başına ki, onların Jirinovskiyə pərəstiş edən İsa Qəmbərov adlı başqanları var...

Digər xəbərlər