PDF Oxu

Müxalifət

  • 10

Satqınlıq üzərində qurulmuş siyasi radikalizm

Satqınlıq üzərində qurulmuş siyasi radikalizm

20 ilə yaxındır ki, müxalifətçilik adı altında bir sıra xoşagəlməz hadisələrdə ad çıxarmış radikal müxalifət partiya rəhbərləri son vaxtlar dırnaqarası aktivlik göstərmək iddiasına düşüblər. Onlar məhz bir sıra amilləri özləri üçün əsas götürsələr də, əsil reallıqdan kənar qaça bilməzlər. Oktyabrın 18-nə olan niyyətləri də bundan xəbər verir.

Çünki 20 ilə yaxındır ki, radikal müxalifət ünsürləri öz adları ətrafında müəyyən şoular düzəldir, cəmiyyətin adından belə uydurma bəyanatlar verməyə cəhdlər edirlər. Amma bütün bunların müxalifətin, nəinki bir addım irəliyə doğru istiqamət almasına, əksinə, daha da geriyə çəkilməsinə imkanlar yaradıb. Başlaca səbəb isə müxalifətin sosial bazadan tamamilə məhrum olmasıdır. Zaman-zaman etmiş olduqları xətalar, atmış olduqları yanlış addımlar, vermiş olduqları uydurma bəynatlar məhz cəmiyyətin müxalifətə qarşı anti-simpatiyasının formalaşmasının əsaslarını təşkil edib. Bundan isə qurtulmağın yeganə yolu siyasi arenanı tərk etməkdən keçir.


Xəyanət və xalqın qanı üzərində hakimiyyət quran AXC-Müsavat cütlüyü


Çox güman ki, 1990-cı illərin əvvələrində xalqımızın başına gətirilən bəlalar, dövlətçiliyimizin tarixinin sınaq qarşısında qalmasını bugünkü müasir cəmiyyətimizin üzvləri unutmayıblar. Həmin dövrlər xalqın ağır durumu, yaşanan sosial-iqtisadi sarsıntı, daxili milli ədavət və kənar təcavüz Azərbaycan tarixinin ən çətin anlarından biri kimi qiymətləndirilir. Əgər əsrin əvvələrində, yəni 1905-1908-ci illərdə xalqımız dəhşətli soyqırımı siyasəti ilə üz-üzə qalmışdısa, bu, tarixi bədnam qonşularımız 1918-ci ildə də növbəti dəfə təkrar etmişdirlərsə, 1990-cı ilin əvvələrində AXC-Müsavat cütlüyünün yetkililəri Azərbaycan xalqını növbəti sınaq qarşısında aciz qoymuşdular. Çünki onlar xalq hərəkatı adı ilə millətin qanı üzərində hakimiyyətlərini təmin etmək üçün can atırdılar. 1992-ci ildə Azərbaycan xalqının başına növbəti soyqırımı faciəsinin gətirilməsi və cəbhəçilərlə müsavatçıların hələ 1990-cı ilin 20 Yanvardakı qanlı qırğından qazanmaq istədikləri siyasi dividend onların kreslo həvəsini reallığa çevirdi. Beləliklə də, xalq növbəti sınaq qarşısında, dövlətin heç bir dəstəyi olmadan tək qaldı. Nəticədə isə AXC-Müsavat cütlüyü "koalision" hökumət adlandırdıqları qondarma bir rejim yaratdı. Traktor sürücüsünü, icra hakimiyyətinə, tokarı Nazirlər Kabinetinə, çobanı isə öz sahəsindən ayırıb kresloya gətirdilər. Bunun da nəticəsi olaraq, hakimiyyətdə olduqları dövrdə xalqın, millətin düşmüş olduğu bütün çətinliklər onların yaddaşından, demək olar ki, silindi. Nəticədə, dövlət xəzinəsi vəhşicəsinə talandı, AXC-Müsavat cütlüyünün siyasi aqressiyası nəticəsində milli ayrı-seçkilik ortalığa çıxdı ki, bu da qardaş qanının axıdılmasına rəvac verdi. Görünür, dövlət müstəqilliyi qeyd ediləcək gün də radikallar özlərindən yeni hoqqa çıxarmağa cəhd göstərməklə, kimlərəsə yarınmağa cəhd göstərəcəklər.


RƏFİQƏ

Digər xəbərlər