"İctimai Palata"nın planlaşdırdığı aksiya, əvvəldən də məlum olduğu kimi, baş tutmadı. Belə ki, həm ictimaiyyət, həm də digər siyasi dairələr bunun mümkünsüzlüyünü proqnozlaşdırmışdı. Bakıda və regionlarda böyük coşqu və fərəh hissi ilə keçirilən Dövlət Müstəqilliyi bayramının möhtəşəm qeyd olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən bütün lazımi tədbirlər görülmüşdü. Belə bir fərəhli bayramda "İctimai Palata"nın küçələrə çıxaraq, üç-beş dənə şüar çığırıb-bağırması da onları daha gülünc vəziyyətə sala biləcəkdi. Yəni bütün mənalarda biabır olmuş qondarma siyasətbazlar-AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov özlərini pis vəziyyətdə qoymamaq üçün "yürüş" keçirilməsini "təxirə saldılar". Onlar, eləcə də, çox gözəl bilirdilər ki, "İctimai Palata"nın budəfəki hoqqasına daha heç kim qatılmaq istəmir və arzulamır.
Lakin uğursuz fəaliyyətlərini nala-mıxa vurmaqla öz boyunlarından atmağa çalışan radikal müxalifət ünsürləri qəzet səhifələrində ağıllarına gələn hər cür sarsaqlığı yazaraq laley-valey çəkirlər ki, bəs guya "hakimiyyət bunlara yürüş keçirməyə icazə verməyib". Maraqlıdır, bayramdan bir-iki gün öncəyə qədər danışanda ağızlarına "palanlı eşşək" yerləşmirdi ki, guya hakimiyyət bunlara icazə verməsə belə, icazəsiz yürüş keçirməyə cəhd göstərəcəklər. Amma bayram günü onlar nəinki icazəsiz yürüş, hətta icazəsiz iməkləmə, yaxud icazəsiz sürünmə belə keçirə bilmədilər. Çünki onların buna cürətləri çatmadı. Çünki bilirdilər ki, ətrafda bayram edən xalq onların üzlərinə tüpürüb alınlarına "HƏYASIZ" damğası yapışdıracaq. Məhz bu səbəbdən də çölə-bayıra çıxmayaraq, öz qınlarında qalmağı üstün tutdular.
Bir də ki, onlar həqiqətən də, Dövlət Müstəqilliyi bayramını qeyd etmək istəyirdilərsə, heç olmasa şəhərə çıxıb bağırmaq yerinə, paytaxt rayonlarında təşkil olunmuş canlı konsertlərə qulaq asıb, öz bədbinliklərini gizlədərdilər. Amma bunu da etmədilər. Ona görə etmədilər ki, radikal müxalifətin həyasız, satqın, xəyanətkar, xarici ağaları qarşısında köpəklər kimi itaətkar "bəyləri" Əli Kərimov-İsa Qəmbərov cütlüyü məhz öz iqtidarları zamanı Azərbaycanın Dövlət Müstəqilliyini şəxsi maraqlarına satmağa cəhd göstərdilər. Buna görə də onların ətraflarında nəinki yaxınları, heç uzaqları da toplaşmadı. Adını da qoydular ki, "hakimiyyət qoymur"... Sonda bir daha vurğulamaq yerinə düşərdi ki, bu tiplərin, tipajların sərsəmləmələri yalnız ziyanlarına işləyir. Bu ziyanın adı isə Azərbaycandan rədd olub getməkdir! Ona görə də bu ziyanın yarısından qayıtmaq nə qədər tez olsa da bunlar üçün gecdir, çox gec...
R.RƏSULOV