Son zamanlar radikal müxalifətin ən çox danışılan mövzularından biri olan Qərb diplomatlarının müxalifət təmsilçiləri ilə görüşməsi mövzusu düşərgənin yeni dərdə düşməsinə səbəb olub. Məsələ ondadır ki, işlərini-güclərini (əslində, onların heç bir işi-gücü yoxdur) buraxıb, "Azadlıq", "Yeni Müsavat" və digərlər hansı xarici diplomatın onların yanına gələcəyini müəyyənləşdirən yetkililər bir daha təsdiq edirlər ki, bunlar, həqiqətən də, milli maraqlar üçün deyil, xəyanətlər üzərində qurulmuş maraqlar üzərində fərdi həyatlarını qurmaqla məşğuldurlar. Bu, açıq-aşakar göz qabağındadır. Çünki radikal müxalifət adlı qəzetlər də bu deyilənləri yetərincə isbatlayır...
Belə ki, adıçəkilən qəzetə açıqlamalar verən radikal müxalifət funksionerləri ABŞ dövlət katibinin müavini Uilyams Bornsun ölkəmizə etdiyi səfərinin təfərrüatlarına varıb və onun niyə bunlarla görüşə gəlməməsi müzakirə olunub. Aparılan müzakirələrdən bir daha aydın olub ki, dəymədüşər radikal müxalifət yetkililəri xarici qonaq sarıdan lap əldən gedirlər. Hətta lazım gəlsə, bunlar tumanlarını sataraq, xarici diplomatların qarşısında min oyundan çıxmağa da hazırdırlar. Təki "Azadlıq", "Yeni Müsavat" kimi qəzetlərin manşetində istədiklərini yazsınlar. Yazsınlar ki, ABŞ-ın filan fondu, Böyük Britaniyanın filan ictimai institutu müxalifətin "səsinə" səs verdi və s...
Amma hərdən bunları istəmədiyi də olur. Məsələ ondadır ki, Amerika dövlət katibinin birinci müavini bu dəfə Azərbaycana gələrək, müxalifətçilərlə görüşməyib. Və onunla radikallar yasa batıb. Onlar başlarına -dizlərinə döyürlər ki, Uilyam "qardaş" bizi görməmiş çıxıb getdi, bəs bizim taleyimiz necə olacaq?
Fəqət, az sonra onlar özlərinə təskinlik də verməyi unutmurlar. Məsələn, deyirlər ki, Bornsun bunlarla görüşməməsi ABŞ diplomatının Azərbaycan hakimiyyətindən yayınması anlamını daşıyır. Yəni bu "ağıllıların" düşük düşüncə tərzlərinə görə, ABŞ diplomatı müxalifətlə görüşməməklə, guya ABŞ-ın müxalifətə olan dəstəyini aşkara çıxarmaması məqsədini daşıyır. Nə deyəsən? Allah bunlara ağıl-fikir versin, yazıqdırlar...
Radikallar hətta dözməyərək, abırsız-abırsız ABŞ səfirliyinə zəng edib, bunun cavabını da istəyiblər.
Müsavat Məclisinin sədri Arzu Səmədbəylinin fikrincə, Borns görüşmədi, ondan sonra Azərbaycanda olan "Marşall" Fondunun nümayəndələri müxalifətlə görüşdü və guya həmin heyətdə Amerikanın nümayəndələri də var idi. Adama deyərlər ki, əşşi, ay arzularına çata bilməkdə aciz olan Arzu "bəy", ABŞ rəsmilərinin işi-gücü qurtarıb ki, hələ bir hansısa ictimai birliyin tərkibində Azərbaycana gəlib, müxalifətçilərlə görüşsünlər? Məgər onlar öz postları çərçivəsində Azərbaycana gələ bilməzlər? Bir də ki, "Marşall" Fondu nə karədir ki, gəlib ölkənin daxili siyasətinə burun soxsun, münasibət bildirsin?! Bəlkə A.Səmədbəyli digər radikal müxalifət təmsilçiləri ilə birlikdə yatıb-duranda, çörək yeyəndə, subaşına çıxanda da "Marşall" Fondu ilə məsləhətləşmələr aparır?
Bəlkə də, bəlkəsiz də belədir. Ölkənin üz qarası olan radikal müxalifət təmsilçiləri və onların "Yeni Müsavat", "Azadlıq" kimi işlənmiş tualet kağızları belə olmayanda onları əməlli-başlı dərd götürür.
R.RƏSULOV