PDF Oxu

Müxalifət

  • 13

Sovet dönəmində aparılan siyasi mübarizə metodlarını müstəqil respublikamızda tətbiq etmək yersizdir

Sovet dönəmində aparılan siyasi mübarizə metodlarını müstəqil respublikamızda tətbiq etmək yersizdir

Radikal müxalifət dairələrinin Azərbaycanın əleyhinə fəaliyyət göstərən qüvvələrlə sıx əməkdaşlıq etdiyi heç kimə sirr deyil. Şübhəsiz ki, ifrat radikal müxalifətə "dayı"lıq edən antiazərbaycançı şəbəkə də bu "siyasi qüvvələr"dən alət kimi istifadə edir. AXCP (i) və Müsavat partiyası funksionerlərinin Azərbaycanda gedən uğurlu işlərlə bağlı qeyri-konstruktiv mövqe nümayiş etdirmələri və nəzarət altında saxladıqları mətbuat səhifələrində sərsəm bəyanatlar səsləndirmələri onların idarə olunduğunu bir daha sübuta yetirir. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu ifrat radikal dairələrin iç üzünü artıq xalq yaxşı tanıyır. Mitinq eyforiyasında olan bu destruktiv qüvvələrin xaricdən "əmr" aldıqları da deyilənləri təsdiqləyir. İcazəsiz aksiya və mitinqinin uğursuzluğu göstərdi ki, partiyaları daxilində demokratiya yarada bilməyən, qarşıdurmalar, intriqalar törədərək bundan öz maraqları naminə istifadə edən partiya sədrlərinin arxasınca heç kim getmir. Yenidən mitinq keçirmək istəyində olan və aksiya zamanı hakimiyyət orqanları ilə qarşıdurma yaradacaqlarını açıq şəkildə bəyan edən ifrat radikallar bir daha nəyə qadir olduqlarını göstərirlər.

Milli Dirçəliş Hərəkatının sədri Fərəc Quliyev də müxalifət həmkarlarının siyasi mübarizə metodlarını qəti olaraq yanlış sayır: "Özünü müxalifət hesab edən bu "qüvvələr"in siyasi mübarizə metodlarını normal qəbul etmirəm. Biz də müxalifət təşkilatıyıq. Hesab edirəm ki, sovet dönəmində aparılan siyasi mübarizə metodlarını müstəqil respublikamızda tətbiq etmək yersizdir. Həmin dövrdə SSRİ-dən ayrılmaq və müstəqillik uğrunda mübarizə aparırdıq. Bu gün isə müstəqil respublika olaraq ölkəmizi gücləndirmək və daha da inkişaf etdirmək istiqamətində çalışmalıyıq. Siyasi mübarizə, bir növ, yarış xarakteri daşımalıdır. Siyasi qüvvələr arasında intellekt mübarizəsi getməlidir. Söhbət müxalifətdə təmsil olunan qüvvələrin alternativ proqramlar ortaya qoymasından, potensial imkanlarına uyğun fəalyyət göstərməsindən gedir. Siyasi qüvvələr arasında gedən mübarizə də sivil, demokratik prinsiplərə uyğun olmalı, ölkənin milli maraqlarına cavab verməlidir. Müxalifət düşərgəsini təmsil edən şəxs kimi deyə bilərəm ki, Milli Məclisin tribunasından ölkədə həyata keçirilən işlərlə bağlı kifayət qədər fikirlərimi bildirmişəm. Bu yaxınlarda hökumətin hesabatı müzakirə edilən zaman ötən müddətdə görülən müsbət işlərlə yanaşı, çatışmazlıqlarla da bağlı fikirlərimi açıqladım. Bir daha qeyd edirəm ki, hansısa ölkədə dağıdıcılıqla, bölücülüklə müşahidə olunan proseslərin ölkəmizə transferini düzgün saymıram.

Bu gün özünü müxalifət hesab edən dairələr ölkədə sivil, demokratik siyasi mübarizə aparmaq əvəzinə inqilab tərəfdarı kimi çıxış edirlər. Hesab edirəm ki, ölkədə bütün proseslər yalnız sivil, demokratik qaydada həyata keçirilməlidir. Azərbaycanı istəməyən kifayət qədər xarici qüvvələr var ki, hər an qarşıdurma yaratmaqda maraqlıdırlar. Azərbaycanın milli maraqlarına zidd addım atan bu qüvvələrin əlinə əlavə imkanlar vermək olmaz. Antiazərbaycançı qüvvələr ölkəmizdə xaos, qarşıdurma yaratmaqda maraqlı olduqlarını heç gizlətmirlər də. Biz ölkəmizdə bütün sahələrdə davamlı inkişafın olmasında, insanların sosial rifah halının yüksəlməsi istiqamətində islahatlar aparılmasında maraqlıyıq. Ölkə başçısının bu istiqamətdə gördüyü işləri, xüsusilə də korrupsiya hallarının aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirirəm. Hansısa xarici dövlətdən örnək götürüb Azərbaycanda xaos yaradılmasının tamamilə əleyhinəyəm".


R.KAMALQIZI

Digər xəbərlər