PDF Oxu

Müxalifət

  • 26

Venesiya Komissiyasının yararsız “rəyi” və müxalifət mətbuatının şadlıq şousu

Venesiya Komissiyasının yararsız “rəyi” və müxalifət mətbuatının şadlıq şousu

Radikal müxalifət yenə "bayram" edir. Yox, bu dəfə Ştrasserin qondarma viza istəməsi məsələsi ilə bağlı deyil, başqa şeyə görə "bayram" edir. Yəni bu dəfə Avropa Şurası Venesiya Komissiyasının yararsız, heç bir məntiqə sığmayan "rəyi" bunların çiçəklərini çırtladıb və onlarda "bayram əhval-ruhiyyəsi" yaradıb.

Axı Venesiya Komissiyası haradasa onların dediklərini hansısa düşündürücü səbəbdən dəstəkləyib və deyib ki, "Siyasi partiyalar haqqında" qanun layihəsinə "mənfi rəy" verir. Ancaq bu "rəyin" nəyə görə mənfi olduğunu heç bir dəlillə əsaslandırmır. Çünki dəlili yoxdur, ona görə...

Ancaq ölkənin radikal müxalifət mətbuatı sevindiyindən şıllaq atır ki, "Venesiya Komissiyasının hakimiyyətin təqdim etdiyi layihəyə mənfi rəy verməsi razılaşmanın əldə olunmadığını deməyə əsas verir". Bu fikir isə həmin bu şıllaqatan radikal müxalifət mətbuatının düşük rəyidir. Sən demə, Avropa qurumunun həmin layihəyə "ciddi iradları" varmış (?!)

Sən demə Venesiya Komissiyası yalnız parlamentdə təmsil olunan partiyaların deyil, seçkilərdə iştirak etmiş bütün partiyaların (daha görə nə var!-R.) qazandıqları səslərə uyğun şəkildə dövlət büdcəsindən maliyyələşməsini optimal variant kimi görür. Maraqlıdır ki, əgər bir partiya seçkilərdə iştirak edərək 0,1 faiz səs toplayıbsa, dövlət ona nə qədər maliyyə vəsaiti ödəməlidir: 5-10 qəpik? Yox, əgər istəyirlərsə, gəlsinlər öz cibimdən həmin partiyalara ayda 50 qəpik maliyyə yardımı edim. Daha haray-şivən qoparmasınlar. Bir də ki, axı seçkilərdə iştirak edən bir "cırtdan" partiyanın elektoratı, sosial resursu, deputat seçiləcək qədər tanınmış siyasətçisi yoxdursa, ictimaiyyət tərəfindən tanınıb-qəbul edilmirsə, ona hansı dövlət vəsaiti ödənilməlidir?

Məhz bu səbəbdən də təqdim olunan qanun layihəsində nəzərdə tutulub ki, parlament təmsilçiliyi olan partiyaların maliyyələşməsi daha məqsədəuyğundur. "Yaranmış fikir ayrılığı Venesiya Komissiyasının layihəni qəbul etməməsi ilə nəticələnib"- ifadəsini şıllaq ata-ata yazan radikal müxalifət mətbuatı bir məsələni qanmalıdır ki, Venesiya Komissiyasının "rəyi" və ya nəyisə "qəbul etməməsi" Azərbaycan hökumətinə heç bir təsir edə bilməz. Yaxşı olardı ki, Venesiya Komissiyasında "rəy" verərək qırmızı rəngə çalan avropalı "başbilənlər" öz ölkələrinin partiya maliyyələşməsi məsələsini diqqətdən keçirsinlər. Məgər onların "demokratik" dövlətlərində parlamentdə fəaliyyət göstərməyən "cırtdan" partiyalara rəsmi maliyyə yardımları edilirmi? Əlbəttə, edilmir! Bu zaman daha hansı hap-gopu "ön görüb, rəy verirlər"?

Ancaq təəssüf ki, bu da son deyil. Yəni Venesiya Komissiyasının daha bir "tövsiyəsi" də var imiş. Bu "tövsiyə" isə partiyaların qeydiyyata alınması məsələsidir. Guya ölkədə fəaliyyət göstərən partiyaların qeydiyyata alınmasında problemlər yaradılır. Ancaq vallah, mən elə günü sabah Venesiya Komissiyasına müraciət etsəm ki, tutalım, bir "Avropa partiyası" yaratmaq istəyirəm, görəsən, mənim "partiyamı" elə həmin gün qeydiyyata alarlarmı?

Bu sualın cavabını hörmətli oxucuların öhdəsinə buraxıram...


RÖVŞƏN

Digər xəbərlər