PDF Oxu

Müxalifət

  • 35

Son vaxtlar radikal müxalifətin “aktivləşməsi” xarici sifarişdir Radikalların fəallıqlarının səbəbi...

Son vaxtlar radikal müxalifətin “aktivləşməsi” xarici sifarişdir Radikalların fəallıqlarının səbəbi...

Əslində, son vaxtlar radikal müxalifətin "fəallaşması", bəyanatlarla "çıxış etməsi" heç də o anlama gəlmir ki, bu müxalifətdə gedən demokratik proseslərlə bağlıdır. Tarixi təcrübə bunun əksini sübut edir. 2003, 2005, 2008 və 2010-cu illərdə keçirilən seçkilər ərəfəsində radikal müxalifət son dərəcə dağıdıcı bir "fəallıq" nümayiş etdirdi. Amma bu daxili amillərlə deyil, birbaşa xarici təşkilatların diqtə və göstərişi ilə bağlı idi. Məsələn, 2003-cü ildə Avropada fəaliyyət göstərən və erməni milyonçularının himayəsi, maliyyə dəstəyi ilə fəaliyyət göstərən təşkilatlar konkret olaraq Müsavat və AXCP (i)-yə külli miqdarda pul vermişdi. Bu pullar müxtəlif formalarda müxalifətə çatdırılmışdır.

2003-cü ildə radikal müxalifət funksionerlərinin bir-birilərinə qarşı 10 milyon dollarlıq iddia və satqınlıq suçlaması da bunu bir daha sübut edir. Elə bunun nəticəsidir ki, həmin ildə Müsavatda və AXCP (i)-də funksionerlər kütləvi formada bu partiyalardan getdilər. Onlar da anladılar ki, "lider"ləri saxtakardır və birbaşa ermənilərin nəzarət etdiyi xarici donor təşkilatlardan maddi vəsait alır. Burada əsas məqsəd isə Azərbaycanda təxribatçılıq etmək, anarxiya və xaos yaratmaq, milli qırğın törətməkdən ibarətdir. Bunu radikal "lider"lər başa düşsələr də, amma əməllərindən çəkinmirlər.


Bu günün və dünənin reallığı...


O da təsadüfi deyil ki, 2013-cü ildə Azərbaycanda keçiriləcək seçkilərlə əlaqədar artıq radikallar tapşırıq alıblar ki, lazımi addımları atsınlar və fürsət çatan kimi pullarını alacaqlar. Burada fərd olaraq söhbət İsa Qəmbərovdan gedirsə, onun əsas məqsədi hakimiyyətə gəlməkdir, özü dənə yol ilə olur-olsun. Fərq etmir ki, onun "qalibiyyət" məsələsini kim təmin edəcək. Əsas odur ki, "hakimiyyəti qazansın". Lakin hadisələr də sübut edir ki, ona ermənilərin dəstək nümayiş etdirməsi sərf edir və o, bu yoldan dönə bilməz. Əli Kərimov da, həmçinin. Ancaq xarici təşkilatlar Əli Kərimova daha çox "dəstək" nümayiş etdirməyə çalışırlar.


Köhnə və "yeni" cinayətlər...


Bununla belə, bu gün ortaya çox maraqlı faktlar çıxır. Məsələn, İsa Qəmbərovun erməni saytına müsahibə verərək, Azərbaycan əleyhinə fikirlər səsləndirməsi, Əlikram Hümbətovun Yerevanda təşkil olunan tədbirdə dövlətçiliyimiz əleyhinə bəyanatlar verməsi və sair. İsa Qəmbərovun erməni saytına müsahibə verəndə, azərbaycançılıq ideologiyasını hara soxduğunu ondan soruşmaq istəyirəm. Artıq Ermənistanda İsa Qəmbərovun fikirlərinə istinad olunur. Və qeyd olunur ki, Azərbaycanda biabırçılıqdır, ölkə dağılır və s. Bax, indi bu adama nə deməli olduğumuzu hamımız bilirik. Digər tərəfdən Əlikram Hümbətov Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) təşkil etdiyi tədbirdə Azərbaycan əleyhinə kifayət qədər gic-gic fikirlər səsləndirir. Bəs onu buna kim vadar edir? Əvvəla, Ermənistanda təşkil onunan belə tədbirlərdə azərbaycançııqdan söhbət gedə bilməz. Başqa tərəfdən Əlikram Hümbətovun MTX agenti olduğunu, yəqin ki, hamı bilir. Və onun missiyası da ondan ibarətdir ki, Azərbaycanda dini zəmində qarışıqlıq yaransın. Lakin o, unudur ki, Azərbaycan əvvəlki deyil və regionun ən qüdrətli ölkəsidir. Həmçinin, Azərbaycanda bütün milli azlıqlar, o cümlədən, talışlar son dərəcə demokratik və sakit şəraitdə yaşayır. Həm də Azərbaycanda bütün demokratik hüquqi aktlar burada yaşayan bütün milli azlıqlara da aiddir.


Məqsədə nail olma şansı...


Radikalların məqsədi yalnız hakimiyyətə gəlməkdir, demokratiya uğrunda çarpışmaq yox. Əgər belə deyilsə, Ruslan Bəşirli, Əlikram Hümbətov və başqa vətən xainləri niyə görə müdafiə olunur? Düzdür, bu müdafiə heç bir şeyə yarımasa da, ürək bulandırır. Heç bir sosial bazası olmadan, hətta dövlət qeydiyyatı olmayan partiya hansı məqsədlə mübarizə aparır? Həmçinin, nəyə görə ancaq şəxsi ambisiyaların müdafiəsi partiya maraqlarının müdafiəsindən öndə gedir. Və ya nə üçün ermənilərin pulu ilə övladlarına çörək alırlar və məhz bu yolla hakimiyyətə gəlmək istəyirlər? Suallar çoxdur.. Elə İsa və Əli "bəy"lərin partiyadan gizli pulları kimi...


Kəsiləcək ümidlər və yenidən əsəbilik...


Həmişə olduğu kimi, məsləhət görürük ki, radikallar bu dəfə də xalqdan əllərini üzsünlər. Yəni xarici havadarları onlara bu dəfə də yardım edə bilməyəcək. Çünki xalqın iradəsi hər şeydən üstündür. Çox qalmayıb, az vaxta sübut olunacaq ki, Azərbaycanda radikalizmə və dağıdıcılığa yer yoxdur.


Samir FEYRUZOV

Digər xəbərlər