PDF Oxu

Müxalifət

  • 26

Cahit Kılıçın kəsərsiz “qılıncı...”

Cahit Kılıçın kəsərsiz “qılıncı...”

Oxucuların, yəqin ki, yadındadır, təxminən bir il bundan öncə Turqut Ər də soyuqlayaraq sayıqlamışdı. Azərbaycan hakimiyyətinin əleyhinə olmazın hədyanlarını yağdıran bu kəs indi quli-biyaban kimi qalıb ortada. Kimdənsə incimiş bu adama bənzər məxluq hirsini tamamilə ölkədən çıxmaq istədi, amma niyyəti şərəfi kimi ayaqlar altında qaldı.

Məncə, burda qış fəslinin də rolu az deyil. Bir balaca hava soyuyan kimi nədənsə ancaq qardaş Türkiyədə bəzi jurnalistlərin, yazarların başına hava gəlir. Özü də bir şeyə fikir vermişəm, belə sarsaq "yazar"ların nədənsə qarınları da yekə olur e.. Elə bil ki, zalımın qarnı bizim radikalların qarnıdır. Həm də erməni pulu ilə şişib qarpıza dönən belə "kenquru qarınlı insanlar"ın hamısının bığları da olur. Fikir versəniz bilərsəniz, Turqut Ərin, İsa Qəmbərovun, Arif Hacıyevin, Nurəddin Məmmədlinin və elə bayaqdan şəninə tərif deyəcəyim Cahit Kılıçın bığı və sairə. Bir il bundan öncə Turqut Ərin insan yazısına bənzər yazısını "Azadlıq" qəzeti çap elədi, amma bir dəstək-zad qazanmadı. Elə özü yazıb, özü də oxudu. İndi yenə də "erməninin corabını boynuna qalstuk edən" Cahit Kılıç başlayıb vızıldamağa. Qoy vızıldasın, əllə bir azca "irədd ol" deyən kimi itilib gedir. Bax, elə qamışlıqda gecə-gündüz vızıldayan milçəklər kimi. Bəndeyi-Cahiti həşərata-zada bənzətmirəm, inciməsin, amma o özünü bu cür göstərir.

Cahit Kılıçın mövqeyi hardan qaynaqlanır...?

Azacıq araşdırama kifayət elədi ki, Cahit Kılıçın kimliyi, kimlərə işlədiyi haqqda söz deyəsən. Bu "yazar" adlanan Cahitin Türkiyə mətbuatında nüfuz sahibi olan ermənilərlə və onların rəhbərlik etdiyi mətbu orqanlarla ciddi əlaqələri var. Onun ermənilərin rəhbərlik etdiyi bir sıra qəzetlərdə yazıları dərc olunur və onun mövqeyinə erməni jurnalistlər çox ciddi önəm verirlər. Lakin bu Cahitin ciddi adam olduğuna və ya doğru yol tutması anlamına gəlmir. O, sadəcə, ermənilərin mövqeyini bir növ dəstəkləyir. Onun hələ bir neçə il bundan öncə Türkiyədə öldürülən erməni jurnalist Hrank Dinklə də möhkəm "dostluq" əlaqələri var idi. Cahit Kılıç Ermənistan mətbuatında Azərbaycan əleyhinə gedən yazıların birbaşa tərəfdarı və istinad yeridir. Heç şübhəsiz, ermənilərə də məhz belə bir "türk düşməni" lazımdır ki, alət kimi istifadə etsinlər. Cahit Kılıçın "Azadlıq"da yerləşdirilən videosuna baxdım. Və açıq-aşkar görünür ki, bu adam özü Azərbaycandakı vəziyyətlə tanış deyil və ancaq cümlələrində işlədir ki, belə deyirlər... Ayağını Azərbaycana basmadan, araşdırma aparmadan Azərbaycan hakimiyyəti və dövlətçiliyi əleyhinə sərsəm fikirlər səsləndirmək "erməni qınından boylanmaq" kimi bir şeydir. Cahit bəyə bir neçə sualım olacaq, amma bir azdan... Lakin indi bir sual vermək istəyirəm, sənin Turqut Ərlə və ya Rəsul Quliyevlə münasibətin-zadın yoxdur ki? Mən bilən sənin Turqut Ərlə də "mədəni və vətənpərvər" əlaqələrin var. Nəyə görə soruşduğumu yəqin bildin. Yəqin sənin də yadındadır ki, Rəsul Quliyevin maliyyəsi, "krişalığı" hesabına, onun göstərişi ilə Turqut Ər kitaba oxşayan, əslində, zibil bir nəsnə yazmışdı. Təsadüfən sənin də Rəsul Quliyevlə əlaqən olmasın?!

Cahit Kılıçın təsviri...

Əvvəla mən kərgədana oxşayan, qarnında 80 kq zibil daşıyan, bığlarını erməni "dalı"nın şotkasına çevirən bir nakəsdən normal bir şey gözləmirəm. Odur ki, Cahit Kılıç gədəsinin ermənilogiya elminə əsaslanıb heyvanoloji formada yalanlarla dolu fikirlər səslədirməsinə təəccüblənmirəm və siz də təəccüblənməyin.

Cahit Kılıça azacıq sual...

"Əziz kərgədani-cahiti-dılğır", de görüm Türkiyəyə qarşı bu qədər böyük iddialarla çıxış edən erməni dostlarının sifarişi ilə niyə belə sərsəmləyirsən? Kimə yarınmaq və ya kimdən pul-para qoparmaq istəyirsən?

"Sevimli cahiti-şapşal", gəlib Azərbaycandakı vəziyyəti, sənin nəql elədiyin o "qəddar" durumu özün o kor olmuş gözlərinlə görüb, kar olmuş qulaqlarınla dinləmisənmi?

"Ey zati-pakini erməniyə ərə verən Cahiti zatsız", de görüm vaxtilə Azərbaycan dövlətçiliyinə xəyanət edib ölkəmizdən qaçan şəxslərdən belə məqalələr yazmaq üçün nə qədər pul almısan?

Yenə də nə isə... Belə adamların sarsaq çıxışları həm də Azərbaycan-Türkiyə dostluğuna xələl yetirmək üçün hesablanıb. Ona görə də belələrinə bir dəfə cavab vermək kifayətdir.


Samir FEYRUZOV


P.S. Bir neçə ay baş-beynimiz gedəcək, sonra yenə də hər şey nəticəsiz qalacaq. Və ermənilər yenə də bir gədəni tutut pul verib danışdıracaqlar. İnanmırsınızsa, gələn ilin bu vaxtını gözləyin..

Digər xəbərlər