PDF Oxu

Müxalifət

  • 22

Eynulla Fətullayev AŞPA-da növbəti şouya hazırlaşır

Eynulla Fətullayev AŞPA-da növbəti şouya hazırlaşır

"Ermənipərəst Fətullayevin AŞPA-nın komitə iclasında məruzəçi qismində çıxışı və deyəcəyi yalanlar əhəmiyyət kəsb etmir"


Azərbaycan mətbuatının üz qarası hesab edilən və hazırda nəşr edilməyən "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetinin keçmiş baş redaktoru kimi təqdim edilən Eynulla Fətullayev boşboğazlılıq seriyasını daha geniş formada davam etdirməkdədir. Bu şəxsin Azərbaycanın milli və dövlətçilik maraqlarını qəpik-quruşa sataraq Xankəndində qondarma "DQR"-in rəhbərləri ilə müxtəlif pozalarda şəkillər çəkdirməsi hələ də saytların səhifələrində yer almaqdadır. Eyni zamanda, Xocalıda kütləvi qətliam həyata keçirən Serj Sarkisyan rejiminə E.Fətullayevin haqq qazandırmağa çalışması hələ də böyük qəzəb və nifrətlə mətbuatda qeyd olunmaqdadır. Bu üzdəniraq, simasız məxluq indi də "hüquq müdafiəçisi" kimi meydana çıxıb insan hüquq və azadlıqlarının müdafiəçisi qismində danışmağa başlayıb. Hətta ənənəvi ampluasından çıxış etməklə beynəlxalq təşkilatlarda Azərbaycan dövləti haqqında mənfi imic formalaşdırmağa böyük səylə çalışır. E.Fətullayev noyabrın 16-da Fransanın paytaxtı Parisdə keçiriləcək AŞPA-nın insan hüquq və haqları komitəsinin iclasında Azərbaycanla bağlı "siyasi məhbus"lar məsələsi ətrafında aparılacaq müzakirələrdə məruzəçi kimi çıxış etməyi planlaşdırır. Artıq indidən ermənipərəst mövqeli şəxsin Azərbaycan dövləti ilə bağlı necə böyük canfəşanlıqla şər və böhtan kampaniyası aparacağı hamıya bəllidir. Amma bir ermənipərəstin Azərbaycan əleyhinə ağ yalanlarla məruzə etməsi dövlətimiz üçün önəm daşımır. "Hüquq müdafiəçi"si kimi özünü təqdim edən Fətullayev artıq bütün kartlarını açıb oynayıb və geridə heç nə qalmayıb.

Politolq Rüstəm Məmmədov qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, E. Fətullayev kimi bir simasız, şərəfsiz xarici ağalarından, havadarlarından bir "malades" almaq üçün hər cür yaramazlığa, şərəfsizliyə və alçaqlığa getməyə hazırdır və gedir də. E.Fətullayev kimilərinin azərbaycanlı olmasına şübhələr var. E. Fətullayev kimi xəstə təfəkkürlü bir şəxsə yüksək tribunadan çıxış üçün söz verilməsi AŞPA-ya heç də başucalığı gətirməz: "E.Fətullayev özünün qərəzli və məkrli mövqeyi ilə gedib Azərbaycan əleyhinə çıxmaq niyyəti güdür. O məram da ona hörmət qazandırmayıb və heç vaxt da qazandırmaz. Qətiyyən inanmıram ki, E.Fətullayev kimi simasızların, şərəfsizlərin fikirlərinə, düşüncələrinə qiymət verən olsun. Hansı ki, müəyyən qüvvələr var, o cümlədən, AŞPA-da bəzi parlamentarilər məqsədyönlü surətdə E.Fətullayevdən istifadə etməyə çalışırlar. Azərbaycan demokratik, suveren, hüquqi bir dövlətdir və bütün məsələlər qanun çərçivəsində idarə olunur. Məqsədyönlü surətdə bu gün siyasi məhbus anlamını bizim mühitə gətirmək istəyənləri müəyyən dərəcədə üzə çıxarmalıyıq. İnsanlar çox yaxşı bilir və dərk edir ki, əgər hansısa bir şəxs cinayət törədirsə, o, cəzaya məhkum edilməlidir. Əgər onun cinayət əməli yoxdursa, öz əqidəsinə və ideyalarına görə qətiyyən həbsdə yatmaz. Tutduqları yol, əqidə və ideyaları dövlət əleyhinə, insanların yaşayışına, sağlamlığına qarşı yönəlibsə, təbii olaraq, onu həbsxana gözləyə bilər. Yəni burada başqa bir məntiq, demək olar ki, yoxdur. Və bunu sübut etməyə heç ehtiyac da yoxdur".


AYLANA RZAYEVA

Digər xəbərlər