PDF Oxu

Müxalifət

  • 24

“Şər-böhtan yolu tutan mətbu orqanların məhkəmələrə çəkilmələri düzgün addımdır”

“Şər-böhtan yolu tutan mətbu orqanların məhkəmələrə çəkilmələri düzgün addımdır”

İnsan hüquq və azadlıqlarının tərkib hissəsi olan söz və mətbuat azadlıqları Azərbaycanda ən yüksək səviyyədə təmin olunub. Bunun nəticəsidir ki, əgər 1998-ci ildə cəmi 200 qəzet və jurnal çap olunurdusa, bu gün artıq onların sayı 4500-ə çatıb. Əlavə olaraq qəzetlərin maddi-texniki bazasının təmin olunması, qəzet redaksiyalarına birdəfəlik maliyyə yardımlarının göstərilməsi, jurnalistlərin müxtəlif dövlət mükafatları ilə təltif olunmaları mətbuata dövlət qayğısının nümunəsi hesab olunur. Amma təəssüf doğuran hal ondan ibarətdir ki, yaradılan şəraitdən bəzi müxalif mətbu orqanlar sui-istifadə edirlər. Xüsusilə də, radikal müxalifətin təbliğat maşını olan " Yeni Müsavat", "Azadlıq", "Bizim yol" və bu kimi qəzetlər sifariş əsasında xalqını sevən, dövlətinə bağlı olan insanlar haqqında şər və böhtan xarakterli yazılar dərc edirlər. Bu da təbii olaraq nəticədə məhkəmə çəkişmələrinə gətirib çıxarır. "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bizimlə söhbətində bildirdi ki, şər və böhtan yazan müxalif mətbu orqanlar öz məsuliyyətlərini dərk etmirlərsə və qanun pozuntusuna yol verirlərsə, əlbəttə ki, digər hüquqi şəxslər kimi, həmin qəzetlərin məhkəməyə çəkilmələri tam qanunauyğundur: "Qanun hər bir kəs üçün qanundur. Təbii ki, hər bir şəxs etdiyi əmələ görə, qanunauyğun şəkildə cavab verməlidir. Əgər hər hansı vətəndaşın hüquqları pozulursa, həmin vətəndaşın öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etməyə hüququ var".

E. Mirzəbəyli Mətbuat Şurasının "Yeni Müsavat" və "Azadlıq" kimi qəzetlərə qarşı nəyə görə susduğunu anlaya bilmədiyini söyləyib." Demək olar ki, bu məsələlərlə bağlı, mütəmadi olaraq, MŞ-nin toplantılarında məsələ qaldırılıb. Bu qəzetlərin qeyri-qanuni fəaliyyətləri ilə bağlı açıq danışan mətbuat nümayəndələrindən biri də mənəm. Bir mətbuat işçisi olaraq, həmişə qeyd etmişəm ki, kiçik yırtıcı balıqlarla mübarizə əvəzinə, böyük köpək balıqları ilə mübarizə aparmaq daha məqsədəuyğundur. Hesab edirəm ki, Azərbaycan mətbuatında ciddi problemlər gündəlik yayımlanan mətbu orqanların neqativ fəaliyyətindən qaynaqlanıb yaranır".


GÜLYANƏ

Digər xəbərlər