PDF Oxu

Müxalifət

  • 33

Radikal müxalifət partiyaları birlik axtarışında uduzurlar

Radikal müxalifət partiyaları birlik axtarışında uduzurlar

"Müxalifət düşərgəsində konsolidasiya və birlik axtarışlarına, müxtəlif partiyaların birləşməyə cəhd göstərərək çeşidli qrup və strukturlar yaratmasının real perspektivləri yoxdur". Bu barədə fikri BAXCP yetkilisi Elçin Mirzəbəyli bildirib.

E.Mirzəbəyli, eyni zamanda, müxalifət düşərgəsində real birlik səylərinin olmadığını da xüsusilə vurğulayıb. Radikalların "fəallıqları" isə sadəcə müəyyən siyasi hadisələr dövründə müşahidə edilir ki, bu da onlarda çox süni alınır: "Adətən, belə proses seçkiöncəsi dövrdə olur. Partiyalar imkanlarını, potensiallarını yoxlayır, koalisiyalar yaradırlar. Seçkiyə qədər olan birliklər isə konkret effektə hesablanmadığından şou yaratmaq məqsədi güdür. Son nəticə etibarilə belə birləşmələr sonradan növbəti parçalanmalara aparıb çıxarır".

BAXCP səlahiyyətlisi onu da bildirib ki, hazırda təmsil olunduğu siyasi təşkilat müxalifət düşərgəsində hansısa qrupa birləşmək və ya qatılmaq fikrində deyil. Lakin partiyanın qurultayından sonra hər hansısa qərar qəbul edilə bilər: "Qurultaydan sonrakı dövrdə, yəqin ki, belə qərar qəbul oluna bilər. O da yalnız prinsiplərimizi bölüşən və Azərbaycanın gələcəyinə oxşar baxışları olan partiyalarla müzakirələr apara bilərik".

RƏFİQƏ

Digər xəbərlər