PDF Oxu

Müxalifət

  • 20

Radikallar tarixin arxivinə atılır

Radikallar tarixin arxivinə atılır

Siyasi fəaliyyətə qoşulduqları zamandan radikal müxalifət liderləri heç bir ictimai dəstək əldə edə bilməyiblər. Səbəb isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Bu baxımdan, düşünmək olar ki, əgər müxalif partiyaları daxilində ciddi dəyişikliklər olunmasa, xüsusilə də, sədrlər yeniləri ilə əvəzlənməsə, müxalifət düşərgəsində müsbət dəyişikliklərə ümid bəsləmək olmaz. Vəhdət Partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyalarına yeni demokratik düşüncəyə malik liderlər gələrsə, həmin düşərgədə müsbətə doğru bir çox dəyişikliklər baş verə bilər.

T.Kərimlinin sözlərinə görə, Azərbaycanda bəzi ictimai və beynəlxalq təşkilatlar ölkəmizə qarşı təzyiqlər göstərmək üçün əllərindən gələni etsələr belə, bu gün dünyada öz sözünü demiş bir çox dövlətlər Azərbaycanın apardığı siyasəti, birmənalı şəkildə, dəstəkləyirlər. Radikal müxalifət partiyalarında təmsil olunan liderlər də görür ki, bütün dünya dövlətləri ölkəmizlə çox sıx əməkdaşlıq edərək münasibət qururlar. Şübhəsiz ki, radikal müxalifət də bundan narahatlıq hissi keçirir. Çünki hansısa bir xarici təşkilatın müxalifətlə işbirliyi etməsi, o demək deyil ki, həmin təşkilatlar həlledici faktora malikdir. Demək olar ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların elə bir gücü yoxdur ki, onlar nəyə isə nail ola bilsinlər. Sadəcə olaraq, sözügedən partiya sədrləri qəzet səhifələrində müxalifətçilik etməklə məşğul olurlar. Bir sözlə, radikal müxalifət olan partiya liderlərinin sosial bazası onları aktiv şəkildə müdafiə etmir. Təbii ki, belə olan halda da sözügedən müxalifətçilər ölkədə heç bir kütləvi tədbirlər keçirə bilmir. Sadəcə olaraq, sözügedən müxalifətçilərin işi yalnız qəzet səhifələrində gündəmdə qalmaqdan ibarətdir. Bir sözlə, radikal müxalifət liderlərinin bir-biri ilə işdə və əməldə yola getməməyi, təbii ki, özlərinin zəifliyindən irəli gəlir. Digər tərəfdən də, sözügedən müxalifət liderlərinin xalq tərəfindən də heç bir dəstəyi yoxdur. Ona görə də, müxalifət liderləri bir araya gələ bilmirlər.

Partiya sədrinin fikrincə, radikal müxalifət liderlərinin yeniləri ilə əvəz olunması müxalifət düşərgəsində bir çox müsbət nəticələr verə bilər. Çünki sözügedən partiyalara rəhbərlik edən köhnə liderlər müxalifətçilik siyasətini düzgün şəkildə apara bilmirlər. Ümumiyyətlə, müxalifət liderləri fəaliyyət göstərdiyi bu illər ərzində heç nəyə nail ola bilməyiblər. Müxalifət sədrləri çox gözəl bilərək və dərk edirlər ki, onların xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur. Belə olan halda, sözügedən düşərgəyə yeni nəfəsli liderlərin gəlməsinə ehtiyac var. Bir sözlə, radikal müxalifət partiyalarına yeni liderlər gələrsə, sözügedən düşərgədə müsbətə doğru bir çox dəyişikliklər olar. Bu da həmin partiyaların fəaliyyətinə müsbət təsir edər.

T.Kərimlinin sözlərinə görə, "Siyasi partiyalar haqqında" Qanuna əsasən, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar xaricdən maliyyələşə bilməz. Çünki Azərbaycanın siyasəti xarici təşkilatlardan asılı vəziyyətdə qalmamalıdır. Siyasi partiyalar qruplaşan zaman heç vaxt xarici maliyyə dəstəyindən yararlanmamalıdır. Təbii ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların xarici təşkilatlar tərəfindən maliyyə dəstəyi olması, "Siyasi partiyalar haqqında" Qanunun tələblərinə ziddir. Radikal müxalif partiya rəhbərləri QHT-lərin vasitəsi ilə xaricdən maliyyə dəstəyi alır.


GÜLYANƏ AĞAKƏRİMOVA

Digər xəbərlər