PDF Oxu

Müxalifət

  • 30

“İctimai Palata” və ictimai qınaq Radikallar ictimai qınaqla üzləşiblər

“İctimai Palata” və ictimai qınaq Radikallar ictimai qınaqla üzləşiblər

Radikal müxalifət liderləri neçə illərdir ki, iflic vəziyyətdədirlər. Onların bu vəziyyətə düşməsində, təbii ki, özləri günahkardır. Yeni siyasi mövqe nümayiş etdirə bilməyən "bəy"lər indi də nə etdiklərini bilmirlər. Müsavat partiyasının başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "ALP" lideri Lalə Hacıyeva və digərləri nə demokratik şəkildə fəaliyyətlərini qurmurlar, nə də demokratik düşüncələrə malik gəncələrin radikal müxalifət partiyalarının rəhbərliyinə gəlməsinə imkan yaratmırlar. Budur onların "demokratik" düşüncələri. Onlar boş xülyalarla yaşayırlar. Partiyalarından qırağa belə çıxmayan "bəy"lər hər zaman ölkədə gedən uğurlu inkişafa kölgə salmağa cəhd göstərirlər. Azərbaycanda gedən inkişafla barışmayan (bu inkişafı qəbul etmək istəməyən) bir ermənilərdir, bir də bizim üzdəniraq radikal müxalifətçilər. İnsan bu qədərmi öz ölkəsinə düşmən kəsilər? Bəlkə elə bu məqsədlərlə xarici sinyorlardan qrantlar alırlar. Axı onları maliyyələşdirən xarici qüvvələr də Azərbaycanı sevməyən qüvvələrdir. Bir el məsəli var "əl əli yuyar, əl də üzü", radikal "bəy"lər də anti-Azərbaycan xaricilərin dəyirmanına su tökməklə qazanc əldə edirlər. Sonra da ağız dolusu vətən-millət sevgisindən danışırlar. Xalqına, dövlətinə qarşı olduqları üçün bu gün xalq da onlardan üz çevirib, özü də birdəfəlik.

Siyasətçi, partiya sədri ancaq kabinetdə oturmaq demək deyil. Siyasi proseslərdə aktiv iştirak etməyən bir partiya (eyni zamanda, partiya sədri) gərək siyasətlə vidalaşsın. Məlumdur ki, radikal müxalifət partiyalarının liderləri neçə illərdir ölkəmizdə keçirilən seçkilərdə iştirak etmirlər, yəni baykot yolunu tutublar. Ancaq anlamırlar ki, onlar yalnız özlərini boykot edirlər. Çünki onların təbiri ilə desək, "boykot etdikləri" seçkilər hər zaman baş tutub. İstər yerli, istərsə də beynəlxalq müşahidəçilər bu seçkilərin ədalətli şəkildə keçirildiyini bildiriblər. Necə deyərlər, radikalların istəyi ürəklərində qalıb.

Hərdən "bəy"lər özlərini reklam etmək üçün heç bir təsir imkanlarına malik olmayan "birlik" yaradırlar. Ya "üçlük", ya "beşlik", ya da "İctimai Palata" şəkilində. Təbii ki, radikal müxalifətçilərin yaratdıqları bu cür mənasız 2-3 nəfərlik "birlik"lər ölkə ictimaiyyəti tərəfindən gülünc və narazılıqla qarşılanır. Belə ki, "İctimai Palata" adlı qurumun məqsədi yalnız ölkədə ictimai asayişi pozmaqdan ibarətdir. Bu isə, onu göstərir ki, artıq "bəy"lər bu cür yaratdıqları qurumlarla irəli gedə bilməzlər. Onu da qeyd etmək lazımdır ki, radikalların yaratdıqları bu "birlik"lərin ümumi qüvvəsi normal bir partiyanın qüvvəsindən də qat-qat azdır.

ANAR

Digər xəbərlər