PDF Oxu

Müxalifət

  • 21

Azərbaycan müxalifətinin “birlik” sayıqlaması

Azərbaycan müxalifətinin “birlik” sayıqlaması

Radikal "bəy"lər yenidən bir araya gələrək, birləşmək istədiklərini bəyan ediblər. Hansı qüvvə ilə birləşəcəklər, bunu heç özləri də bilmir. Yəni ayaqlarını yorğanlarına görə uzatmırlar. Görünür, son zamanlar havaların soyuq keçməsi radikallara da təsirsiz ötüşməyib. Yəni "bəy"lərin başına soyuq dəyib. Yoxsa birdən-birə "birlik" qərarına gəlməzlər. Onu da qeyd etmək lazımdır ki, müxalifət düşərgəsində hər dəfə bu ideya otalığa atılanda, "bəy"lər arasında yenidən savaş başlayır. Təbii ki, bu dəfə də belə olacaq... Artıq bunun ilkin sindromları görünməkdədir. Həmişə radikal müxalifət düşərgəsində aranı qarışdıran Müsavatla AXCP (i) olur.

Bu, onların çoxdankı peşəsidir. Belə ki, XX əsrin 90-cı illərinin əvvələrində hakimiyyətdə olan müsavatçılarla cəbhəçilər ölkədə aranı qarışdırmaqla, ictimai-siyasi vəziyyəti gərginləşdirməklə məşğul idilər. O illərə nəzər saldıqda, görünür ki, respublikamızda ədalət, ədalətsizlik, anarxiya hökm sürürdü. Bu cür ənənələrlə yaddaşlarda qalan radikal müxalifətçilər yenidən "birlik" yaradaraq, hakimiyyətə gəlmək istəyirlər. Necə deyərlər, utanmasan oynamağa nə var? "Bəy"lər utanmaq hisslərindən məhrumdurlar.

Yuxarıda qeyd etdiyimiz kimi, radikal düşərgədə yenidən qarşıdurmalar yaranmaqdadır. Növbəti qarşıdurmanın mərkəzində Müsavat partiyası ilə AXCP (i) dayanır. Belə ki, adları çəkilən partiyalar digər radikal müxalifət partiyalarına qarşı hücuma keçiblər. Bu, İ.Qəmbərovla Ə.Kərimova xas xüsusiyyətdir. Bir zamanlar Müsavat başqanı ilə AXCP (i) sədri hiyləyə əl ataraq, AMİP lideri Etibar Məmmədovu öz tələlərinə sala bildilər və onu siyasətdən sıxışdırıb, aradan çıxarılmasına nail oldular. Yəni bu gün E.Məmmədov siyasi baxımdan iflic vəziyyətdədir.

AXCP (i)-nin sədr müavini Fuad Qəhrəmanov mətbuata açıqlamasında qeyd edib ki, Müsavatla AXCP (i)-nin iştirak etmədiyi birlikdən söhbət gedə bilməz. "İki partiyanın gücünün görünmədiyi birlik modelinin yaranmasından söhbət gedirsə, həmin birlik müxalifətin konsolidasiyası yox, kiçik bir adacıqdır. "Liberal" partiyası, "KAXCP" və "VİP"-in bir araya gələrək, "üzlük" yaratmasına müsbət yanaşmırıq"-deyə, AXCP (i) funksioneri vurğulayıb. F.Qəhrəmanov onu da qeyd edib ki, bütün radikal müxalifət partiyaları "İctimai Palata"da birləşməlidirlər. Beləliklə, Ə.Kərimovun sözlərindən belə məlum olur ki, İ.Qəmbərovun başçılıq etdiyi Müsavatla Ə.Kərimovun başçılıq etdiyi AXCP (i) müxalifət düşərgəsini öz nəzarəti altında saxlamaq istəyirlər. Sonra da "bəy"lər demokratiyadan danışırlar. Sözsüz ki, radikallardan ağıllı nəyisə gözləmək düzgün olmazdı. Çünki onlar həm hakimiyyətin ünvanına şər-böhtan atmaqla, həm də biri-birilərinin didib-parçalamaqla məşğuldular.


ANAR

Digər xəbərlər