PDF Oxu

Müxalifət

  • 38

Radikalların təxribatçı bəyanatları

Radikalların təxribatçı bəyanatları

Bir neçə gün öncə AXCP (i) sədri Əli Kərimovun sədrliyi ilə "İctimai Palata"nın koordinasiya şurasının (KŞ) iclası keçirilib. İclasda metroda gediş haqlarının 20 qəpiyə qaldırılması məsələsi müzakiə olunub. Çox maraqlıdır ki, bu məsələni o şəxslər müzakirə edib ki, nə özləri, nə də ailə üzvləri metrodan istifadə etmir. Azərbaycanı hər zaman qonşu ölkələrlə müqayisə edən radikal "bəy"lər, görəsən, bilmirlər ki, qonşu ölkələrdə (ümumiyyətlə, xarici ölkələrin hər birində) metropolitendə gediş haqqı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Görünür, bu dəfə də radiakal müxalifət "bəy"ləri öz siyasi ambisiyaları üçün belə məsələlərdən sui-istifadə edirlər.

Bu da tam əminlik yaradır ki, "bəy"lərin yaratmış olduğu "İctimai Palata" ölkədə ictimai asayişi pozmağı qarşıya məqsəd qoyublar. AXCP (i) sədri Ə. Kərimovun da çıxışında bu hiss olunub. Onu da qeyd edək ki, adıçəkilən qurumun KŞ-nin keçirilən iclasında qərara alınıb ki, dekabrın 3-də növbəti toplantı keçirilsin. Radikal düşərgədəki mənbələrimizdən aldığımız məlumata görə, növbəti toplantıda Bakıda pozucu yürüşlərin keçirilməsi müzakirə olunacaq. Bir neçə gün öncə Arzu Səmədbəylinin "Radikal müxalifət yüz min nəfərin iştirakı ilə mitinqə hazırlaşır" kimi fikirlər səsləndirməsi də düşərgədə təxribatçı planların olmasını bir daha təsdiqləyir. Həm də bu cür bəyanatlar səsləndirmək Müsavat və AXCP (i)-nin radikal müxalifət düşərgəsindəki rəqiblərinə qarşı yönəlmiş, yəni onlara güc nümayiş etdirməkdən irəli gəlir. AXCP (i) funksionerlərinin də "Liberal" partiyası, "VİP" və "KAXCP"yə qarşı səsləndirdiyi kəskin bəyanatlar da buna hesablanıb. Məhz bütün bunlara görədir ki, yuxarıda adlarını çəkdiyimiz partiyalar "üçlük" yaratmaq qərarına gəliblər. Yəni artıq Liberal, "VİP", "KAXCP" də AXCP (i)-Müsavata cütlüyünə qarşı mübarizə aparır. Onu da qeyd etmək lazımdır ki, bu məsələdən daha çox Müsavat partiyasının başqanı İ.Qəmbərov yararlanmaq istəyir. Özü də sudan quru çıxmaq istəyir. Müsavat başqanı bu məqsədlə həmkarı Ə. Kərimovu irəli verib. Nəzərə almaq lazımdır ki, son zamanlar "İctimai Palata" ilə bağlı bütün fikirləri, bəyanatları AXCP (i) rəsmiləri səsləndirir. Bütün bunlar, onu deməyə əsas verir ki, öz həmkarlarını çirkin siyasətinə qurban verən Müsavat partiyasının başqanı İ.Qəmbərovun hədəfində AXCP (i) sədri Ə.Kərimovdur. Yəni Müsavat başqanı öz siyasi ambisiyaları naminə dost dediyi Ə.Kərimovu qurban verir. Görünür, AXCP (i) sədri və adıçəkilən partiyanın digər funksionerləri İsa "bəy"in hiyləsindən baş tutmayıblar. Baş tutanda isə, artıq gec olacaq. Görəsən, Müsavat başqanı nə vaxta qədər belə hiylələrlə siyasətdə qalacaq? Təbii ki, onun həmkarı Ə.Kərimov da az aşın duzu deyil. Çünki AXCP (i) sədri də İ.Qəmbərov kimi neçə "dostlarını" öz çirkin niyyətlərinə qurban verib. Yəni özgəsinə quyu qazan Əli "bəy" özü də növbəti qurbana çevriləcək.


ANAR

Digər xəbərlər