PDF Oxu

Müxalifət

  • 21

“Yeni Müsavat” niyə təlaşa düşüb?

“Yeni Müsavat” niyə təlaşa düşüb?

İctimaiyyət zaman-zaman radikal müxalifət qəzetlərində özündə heç bir həqiqəti sərgiləməyən, şantajçı xarakter daşıyan bir çox yazıların şahidinə çevrilməkdədir. Lakin düzgünlük və haqq-ədalət hər zaman öz yerini tapmışdır. Buna misal kimi yaxın keçmişdə "Xural" adlı reket qəzetini və onun baş redaktoru Əvəz Zeynallının törətdiyi əməllərinə görə çəkdiyi haqlı cəzasını göstərmək mümkündür. Məhz bu səbəbdən də, xüsusilə, vurğulamaq lazımdır ki, belə qəzet(lər)in arxasında "Yeni Müsavat" kimi yazılı mətbuat orqanları, eləcə də, müxalifətyönlü "Media Hüququ İnstitutu", "RATİ", "Redaktorlar Birliyi" kimi cəmiyyət tərəfindən qəbul olunmayan qərəzli təşkilatlar dayanır.

Özünü ifşa edən məqamlar


Belə ki, bu günlərdə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu təlaşa düşərək, bildirib ki, rəhbərlik etdiyi mətbuat orqanına qarşı sürülən ittihamlar, çıxarılan məhkəmə qərarları guya məqsədli şəkildədir və qəzetin bağlanmasına xidmət edir. Maraqlı cəhət isə, ondan ibarətdir ki, "Yeni Müsavat"a qarşı irəli sürülən ittihamların və çıxarılmış məhkəmə qərarlarının hər birində əsil həqiqətlər, yəni qəzetin iç üzü ifşa edilir. Diqqətçəkici nüanslardan biri də ondadır ki, "Yeni Müsavat" qəzetinin müdafiəçisi rolunu oynayan "Media Hüququ İnstitutu" adıçəkilən mətbu orqanın qarşılaşdığı məhkəmələrin sayını açıqlayıb. Belə ki, son beş il ərzində qəzet 50 dəfədən artıq məhkəməyə düşüb. Bu isə, onu deməyə əsas verir ki, "Yeni Müsavat" qəzeti beş il ərzində 50 dəfə (bəlkə də daha çox) dezinformasiya istiqamətli xəbərlər dərc edib və həmin xəbərlərin əksər çoxluğu şantajçılıq xüsusiyyəti daşıyıb. Çünki tərtib olunmuş siyahıya nəzər saldığımız zaman, məhkəmə iddiaçıları sırasında bir çox namuslu, şərəfli və dövlətçiliyə xidmət edən insanların adlarını görürük.

Başqa tərəfdən, əgər R.Arifoğlu bütün bunları həqiqətəuyğun hesab etmirsə, bu, onun öz şəxsi fikri ola bilər. Ancaq reallığa nəzər saldığımız zaman bir faktora söykənən sual çıxır: Yaxşı, ay R.Arifoğlu, qoy sənin məhkəmə iddialarına qarşı bir, iki, üç, hətta dörd və beş etirazın olsun. Bəs yerdə qalanı? Axı bütün iddiaların hamısı əsassız ola bilməz! Ona görə də bütün hallarda həm "Media Hüququ İnstitutu"nun, həm də, bilavasitə, R.Arifoğlunun boş yerə səs-küy salmasına ehtiyac duyulmur. Yəni haqq-ədalətin qarşısından heç cür qaçmaq mümkün deyil...


Həm qorxur, həm də...


Belə bir atalar sözü var, it qorxusundan hürüyər. Bu gün "Yeni Müsavat"ın baş redaktoru məhkəmələr qarşısında cavab vermək əvəzinə, ən azından qəzetində təkziblər üçün bir-iki səhifə ayırmaq yerinə, üzr istəmək əvəzinə, daha da azğınlaşaraq məntiqsiz bəyanatlar səsləndirir. Məsələn, "qürrələnərək" deyir ki, "bu iddialar bizim qürurumuz sayıla bilər. Ölkədə başqa heç bir media quruluşunun üzərində bu sayda və bu cür rekord məbləğdə məhkəmə iddiaları yoxdur" (?!)

Buna psixologiya terminində "antipsixoattak simptomu" deyilir. Yəni R.Arifoğlu bütün məqamlarda rəhbərlik etdiyi qəzetinə qarşı sürülən haqlı ittihamları öz daxilində qəbul edir, hətta bundan bərk və ciddi narahatçılıqlar keçirir. Özü də dərin peşmançılıq hissi ilə. Ancaq zamanında yediyini yeyib və indi də geri qaytarmağa utanır. Ona görə də ən əlverişli situasiyadan, içindəki təlaşını gizlədərək, guya "qorxmamasından" dəm vurur. Ona görə də belinə yükləndiyi məhkəmə iddialarının rekord həddə olmasından "fəxr duyur, həmin yükü "həzzlə" daşıyır, üstəlik, qorxusundan da quduzlaşıb bu kimi bəyanatlar səsləndirir. Ancaq belə bəyanatların zamanı çoxdan ötüb. "Media Hüquqları İnstitutu" bu qədər R.Arifoğlunu çox istəyirsə, getsin xarici ağalarından 2-3 milyon dollar borc alsın və gəlib R.Arifoğlunun borclarını ödəsin. Hər halda, pis məsləhət deyil...


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər