PDF Oxu

Müxalifət

  • 31

Qeyri-konstruktiv müxalifət

Qeyri-konstruktiv müxalifət

Azərbaycanda konstruktiv və qeyri-konstruktiv müxalifət mövcuddur. Yəni əsl siyasətlə məşğul olub, ölkədə baş verən siyasi proseslərdə aktiv iştirak edən müxalifət konstruktiv müxalifətdir. Təəssüf ki, ölkəmizdə üzdəniraq, siyasi proseslərdə iştirak etməyən, hər zaman məntiqsiz bəyanatlarla gündəmdə qalan radikal müxalifət partiyaları da mövcuddur.

Bu partiyaların siyahısına Müsavat partiyası, AXCP (i) , ALP, AMİP və "VİP" daxildir. Adıçəkilən partiyalar (bunları partiya adlandırmaq doğru deyil) yalnız Azərbaycanın uğurlarına kölgə salmaq üçün "fəaliyyət" göstərir. Maraqlıdır, əgər ölkədə baş verən siyasi və iqtisadi proseslərdə iştirak etmirsənsə, seçkilərə qatılmırsansa, nə üçün fəaliyyət göstərirsən? Bu suallar İsa Qəməbərov, Lalə Hacıyeva, Əli Kərimov kimi "bəy"ləri düşündürürmü? Belə partiya sədri olub, özümü biabır etməkdənsə, birdəfəlik bacara bilmədiyin siyasətlə vidalaşmaq ondan yaxşıdır. Hansı ölkədə özbaşınalıq, anarxiya və vətəndaş müharibəsi varsa, radikal müxalifət "bəy"ləri həmin məsələyə münasibət bildirərək, bunu "demokratiyanın təcəssümü" kimi qələmə verirlər. Görünür, bu kimi məsələlər onlara çox tanışdı. Axı AXC-Müsavat cütlüyünün dövründə Azərbaycan da belə problemlərlə üzləşib. Yəni radikal müxalifət partiyalarının sədrləri anarxiya, özbaşınalıq və hərc-mərclikdən ruhlanırlar. Həmçinin, ölkəmizdə də bu cür proseslərin getməsini istəyirlər. Bu cür üzdəniraq siyasətçilər öz ölkəsinin pis gününə sevinir və bundan öz siyasi ambisiyaları üçün istifadə edirlər.

Ölkəmizdə son illər keçirilən seçkilərdə radikal müxalifət partiyaları iştirak etmirlər. Lakin hər zaman da (hətta seçkilərdən öncə) bəyan edirlər ki, seçkilər qeyri-konsturiktiv keçirilib. Əslində, onlardan bu cür fikirlərdən başqa, nəsə gözləmək doğru olmazdı. Çünki radikallar özləri qeyri-konstruktivdir. Necə deyərlər, meymun güzgüyə baxıb, adını özgəyə qoyur. Fəaliyyətsiz, eyni zamanda, qeybət məclisinə çevrilmiş radikal müxalifət partiyaları, yaxşı olar ki, siyasi arenadan getsinlər. Vətənpərvərlik, millət sevgisi kimi hisslərdən uzaq olan "bəy"lər ölkəmizə qarşı qara yaxmaqla məşğuldular. Sanki bunlar azərbaycanlı deyil, ölkəmizə düşmən olan dövlətin vətəndaşlarıdır. Təəssüflər olsun ki, İ.Qəmbərov Ə.Kərimov kimiləri seçikilərdə iştirak edən, konstruktiv mövqe nümayiş etdirən müxalifət partiyalarına qarşı çirkin fikirlər səsləndiriblər. Niyə hər hansı bir siyasi partiya seçkilərdə iştirak etməsin?


ANAR

Digər xəbərlər