PDF Oxu

Müxalifət

  • 25

Qeyri-obyektiv məntiqsizlik

Qeyri-obyektiv məntiqsizlik

Artıq bir neçə müddətdir ki, özlərini beynəlxalq qurumlar timsalında təqdim edən bəzi xarici təşkilatlar Azərbaycana qarşı qərəzli mövqelərini sərgiləməkdə davam edirlər. Bu cür təşkilatların qərəzləri isə bilavasitə radikal müxalifət liderlərinin sərsəmlədikləri fikirlərlə üst-üstə düşür. Digər tərəfdən də, məlum olur ki, sözügedən təşkilatlar, əslində, heç bir sorğular, müəyyənləşdirilmiş tədbirlər çərçivəsində hesabatlar yazmırlar.

Daha dəqiq desək, belə qurumlar hər il öz yazdıqlarını yeniləyir və bununla da ictimaiyyətə hər hansı qondarma hesabat təqdim etdiklərini fikirləşirlər. Amma ortada başqa faktlar da dayanır ki, həmin faktların ən təəssüfedicisi diktatorluq və avtoritarizm siyasəti ilə idarə edilən Ermənistan mənbələrinin həmin hesabatlara istinad etmələridir. Bu isə, o anlamı verir ki, baş verənlərin arxasında məhz Azərbaycan xalqına və dövlətçiliyinə xəyanətkar, satqınçılıq mövqeyi sərgiləyən radikal müxalifət mənsubları dayanır. Onlar bu vasitə ilə həm də erməni aşnalarının dəyirmanlarına su tökür, müqabilində ikitərəfli murdar qazanclar əldə edirlər. Təkcə son dövrlər "Human Richts Watch", "Amnesty İnternational", "West Mister", "Transparency İnternational" kimi hesabatlar hazırlayan beynəlxalq qurumların qərəz dolu məlumatlarına nəzər yetirsək, deyilənlərin nə qədər həqiqətə uyğun olduğunun şahidlərinə çevrilərik. Və məhz onların ictimailəşdirdikləri bəyanatlarına istinad edən erməni mətbuatı, QHT-ləri beynəlxalq miqyaslara çıxaraq, guya ölkəmizdə anti-demokratiya ab-havası sürdüyünü sərsəmləyirlər. Bu əsnada ötən günlərdə "Transparency İnternational" adlı xarici təşkilatın yaydığı əsassız hesabatı da göstərmək mümkündür.

Azərbaycan hakimiyyəti isə ölkədə sağlam iqtisadi mühitin yaradılması üçün davamlı olaraq, bütün zəruri addımları atır. Ölkəmizdə korrupsiyanın qarşısının alınması üçün hüquqi və iqtisadi sistemlər təkmilləşib və buna heç kimin şübhəsi olmamalıdır. Azərbaycandan fərqli olaraq isə dünyanın ən qabaqcıl ölkələrində korrupsiyanın ayrı-ayrı elementləri açıq şəkildə özünü sərgiləyir. Və bu gün korrupsiyaya qarşı mübarizə ümumdünya səviyyəsində həyata keçirilir. Çünki trilyonlarla dollar məbləğində korrupsiyanın mövcud olduğu dünya ölkələri ilə müqayisədə Azərbaycanda bu problem çox aşağı, hətta yox səviyyəsindədir. Azərbaycan həm də iqtisadi islahatların aparılması reytinqinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir. O cümlədən, beynəlxalq maliyyə qurumları Azərbaycanı ən islahatçı dövlətlərdən biri hesab edir. Azərbaycanda korrupsiyanın qarşısının alınması üçün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət çox ciddi nəticələr verməkdədir. Korrupsiyanın qarşısının alınması üçün iqtisadi islahatların daha da dərinləşdirilməsi, bu istiqamətdə fəaliyyətin genişləndirilməsi zərurəti tam şəkildə Azərbaycanda öz yerini tapıb. Bu iqtisadi islahatlar yolu ilə ölkəmiz korrupsiya elementlərinin daha minimuma endirilməsi üçün geniş işlər görməkdədir. "Transparency İnternational"ın yaydığı hesabat isə, qeyd etdiyimiz kimi, qeyri-ciddi, qeyri-obyektivdir və birtərəflidir. Ona görə də bu cür məlumatları şişirdərək bundan hakimiyyətin siyasətini gözdən salmağa yönələn və bu istiqamətdə təbliğat aparan siyasi dairələr də, əslində, həmin təşkilat ilə eyni sırada dayanaraq milli dövlətimizin imicinə xələl gətirmək cəhdi göstərməkdədirlər. Bunun isə nəticəsizliyi gözlər önündədir. Çünki bütövlükdə Azərbaycan xalqı belə uydurmalara nağıl kimi baxır, ciddi qəbul etmir.


RÖVŞƏN

Digər xəbərlər