PDF Oxu

Müxalifət

  • 16

AXCP (i)-nin Cəlilabad rayon təşkilatı buraxılıb

AXCP (i)-nin Cəlilabad rayon təşkilatı buraxılıb

Radikal müxalifət düşərgəsində baş verən ardıcıl hadisələr partiyalar daxilində aşkar şəkildə büruzə verilməkdədir. Belə ki, siyasi təşkilatların parçalanma və iflasa doğru yuvarlanmaları elə bir sürətli hal alıb ki, mərkəzi idarəçilikdən məhrum olan rayon təşkilatları avtomatik qaydada buraxılır. Belə təşkilatlardan biri də AXCP (i)-nin Cəlilabad rayon təşklatıdır.

Ümumiyyətlə, bütün siyasi olaylardan kənarda qalmış rayon təşkilatı, eyni zamanda, sədr Əli Kərimovun avtoritar idarəçilik sisteminə etiraz olaraq, ondan imtina edirlər. Bütövlükdə Cəlilabad rayon təşkilatı ilə birgə daha bir neçə rayonda AXCP (i)-nin qapısından qıfıl asılıb. Bu isə onu deməyə əsas verən faktordur ki, özünü "ana müxalifət" partiyasının sədri kimi cəmiyyətə sırımağa cəhd göstərən Ə.Kərimov əslində heç bir nüfuza, idarəçilik bacarığına malik olmayan qondarma siyasətbazdır. Müxtəlif üsullarla, siyasi manipulyasiya və dələduzluqlarla "möhtəşəm partiya" imicini formalaşdırmağa çalışan sədr bütün məqamlarda özünə dividend axtarmağa səy göstərir. Bu cür axtarışlar isə onun vəziyyətini daha da qəlizləşdirir.

Məsələnin digər nüansı da ondan ibarətdir ki, yalan və iftiralar bahasına dividend qazanmağa çalışan Ə.Kərimov və onun heç də ondan geri qalmayan əlaltıları dağılma prosesinə öz təbirlərincə don geyindirmək istəyirlər. Guya AXCP (i)-nin Cəlilabad rayon təşkilatının işində süni əngəllər yaradıldığını iddia edən Ə.Kərimov təşkilatın bu səbəbdən dağıldığını sərsəmləyir. Ancaq əsil həqiqəti gizlətmək ona müyəssər olmayıb. Belə ki, Cəlilabad təşkilatından çıxanlar bildiriblər ki, AXCP (i)-nin rayon təşkilatı heç də süni əngəllər hesabına fəaliyyətini dayandırmayıb. Təşkilat sadəcə öz funksiyalarını idarə edə bilmədiyinə görə bağlanıb. Həmçinin, orada çalışan üç-beş nəfər "cəbhəçi" də Ə.Kərimovun avtoritar idarəçiliyinə qarşı bu addımı atdıqlarını açıq şəkildə bəyan ediblər. Onlar bildiriblər ki, Bakıda oturub kef çəkən Ə.Kərimov, ümumiyyətlə, onların heç biri ilə maraqlanmayıb, lakin müqabilində onlardan davamlı olaraq müxtəlif hesabatlar tələb edib. Ancaq heç bir idarəçiliyi olmayan rayon təşkilatı fəaliyyətsizliyi ucbatından tələb edilən hesabatları vermək imkanında olmayıb. Əldə etdiyimiz məlumata görə, AXCP (i) sədri zaman-zaman rayon təşkilatında çalışan azsaylı elektorata qarşı həqarətlər yağdırıb, onları təhqir edib. Buna dözməyənlər isə öz partiya biletlərini cıraraq, siyasi qurumun tərkibindən istefaya getdiklərini bəyan ediblər.

Bu gün həmin olayları müxtəlif vasitələrlə malalamağa çalışan partiyanın "Azadlıq" adlı mətbuat orqanı baş verənləri gizlədir. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, guya əngəllər yaradıldığını bildirir. İctimaiyyət isə bu cür yalanlardan yetərincə görüb. Ona görə də bu cür qondarma əsaslandırmalara inanmayaraq, AXCP (i)-nin Cəlilabad rayon təşkilatının dağıldığını görür. Digər bir məlumata görə isə, bu günlərdə daha bir neçə rayon təşkilatı buraxıldığını bəyan edərək, Ə.Kərimovun yürütdüyü avtoritar idarəçiliyə qarşı çıxdıqlarını sərgiləyəcəklər.


RÖVŞƏN

Digər xəbərlər