Son günlər radikal müxalifət düşərgəsində təmsil olunan bir sıra partiya sədrləri yenidən "fəal siyasətçi" mövqeyi göstərmək iddiasına düşüblər. Bu sıradan AXCP (i) sədri, "Beynəlxalq mavilər hərəkatı"nın fəxri üzvü Əli Kərimovu xüsusilə qeyd etmək yerinə düşərdi. Belə ki, radikal müxalifətin əsrarəngiz "qoluboyu" Ə.Kərimov son günlərdə özünü radikal müxalifət düşərgəsində olanlardan daha "ağıllı" və daha "bacarıqlı" göstərmək üçün növbəti iyrənc metodlarından istifadə etməyə səylər göstərir. Artıq ona qarşı radikal müxalifət düşərgəsində təmsil olunan partiya funksionerlərinin tutmuş olduqları birmənalı mövqeləri də AXCP (i) sədrinin "iş"inə təsir göstərmir.
Çünki bu "şəxs" ancaq və ancaq öz şəxsi maraqları naminə istənilən murdar əmələ əl atmağa hazır olduğunu dəfələrlə nümayiş etdirib. Təkcə son günlər AXCP (i)-nin Cəlilabad və Saatlı rayon təşkilatlarında cərəyan edən və sədr Kərimov tərəfindən verilmiş sifarişli olayları nəzərdən keçirsək, onun həqiqətən də, "masmavi" olduğunu görmək kifayət edər. Yəni bütün imkanlarını itirən sonda isə şəxsi keyfiyyətlərini belə maraqları naminə hərraca çıxaran Ə.Kərimov üçün siyasət meydanı "qazanc" düşərgəsi kimi bir şeydir. Ona görə də, AXCP (i) sədrindən bundan sonra daha ilginc, daha açıq-saçıq, özünü bazara çıxaracaq qədər biabırçılıqlar gözləmək mümkündür. Ə.Kərimov üçün artıq heç bir kriteriya qalmayıb. O, indi öz çirkin məqsədləri üçün istənilən formada kiminlə olsa "getməyə" hazırdır.
Bu baxımdan da, Ə.Kərimovun tabeçiliyində qalmış olan iki-üç nəfərin cibinə pul basmaqla beş-on gün öncə metro stansiyalarının qarşısına göndərməsi onun hansı iyrənc işlərə əl atmasından xəbər verir.
Artıq heç kimə sirr deyil ki, Ə.Kərimov bütün imtiyazlarını gerçəkləşdirmək üçün xarici havadarlarından bərk-bərk yapışıb. Onun artıq növbəti dəfədir ki, özünü gülünc vəziyyətə salaraq qondarma siyasi cəhdləri də deyilənləri bir daha təsdiqləmiş olur. AXCP (i) sədri bir neçə ildir ki, bütün havadarlarından məhrum olmuş müxalifətin özü üçün yeni pul mənbəyi kəşfində də "öndə" gedənlərdəndir. Amma onun bu dırnaqarası uğurunun arxasında isə dövlətə, millətə, hətta Allahın ona verdiyi bədəninə xəyanəti dayanır.
Sadəcə olaraq, çox təəssüf doğuran bir məqam ondan ibarətdir ki, radikal müxalifət tabeçiliyində olan mətbu orqanlar AXCP (i)- uydurma aksiyalarını, rayon təşkilatlarındakı teatrlarını az qala "qəhrəmanlıq" səviyyəsində işıqlandırmaqdan ötrü dəridən-qabıqdan çıxırlar. Amma bütün bunlara rəğmən, normal cəmiyyət radikal müxalifətin bu cür eybəcərliklərinə birmənalı mövqe sərgiləməklə Ə.Kərimovun işlənilmiş və tullanılmağa layiq kirli salfet olduğunu çoxdan bilir. Hər halda, bir "qoluboydan" başqa hansı "hərəkəti" gözləmək olar axı?!
Sonda onu da deyim ki, axır zamanlar, ümumiyyətlə, AXCP (i) deyilən zaman, yəni AXCP (i)-nin adı gələndə ilk dəfə "mavi" sözü yada düşür. Yəqin ki, bu da "normal hal"dır...
RÖVŞƏN