"Azadlıq" qəzetinin əsası olmayan, yalan və böhtan dolu yazılarının erməni mətbuatında geniş yayılması artıq ənənə şəklini almaqdadır. Belə ki, erməni qəzetlərinin və informasiya saytlarının "Azadlığ"ın yaydığı dezinformasiya xarakterli məlumatlarını olduğu kimi götürüb, erməni və rus dillərinə tərcümə etmələri bir daha sübut edir ki, radikal müxalifətə məxsus mətbuat orqanları bütövlükdə düşmən dəyirmanına su tökən xəyanətkar, şərəf və ləyaqətlərini şəxsi mənafelərinə satan toplumdur.
Lakin təəssüflər olsun ki, sanki Azərbaycan xalqı ilə qəsdi-qərəzçilik edən "Azadlıq" qəzeti və onun rəhbərləri bu cür mənfur əməllərinə son qoymaq yerinə daha da qızışaraq, pul müqabilində analarının əmcəyini kəsməyə belə hazır olduqlarını sübut edirlər. Hətta bu məlumatlar çap edildikdən sonra, qəzet "fəxrlə" iddia etdi ki, onlara təkcə erməni mətbuatı deyil, digər müxtəlif erməniyönümlü xarici nüfuzlu mətbuat orqanları da istinad edir. Yəni "Azadlıq" bu vasitə ilə qəzet özünü sığortalamağa cəhd göstərsə də, öz iç üzünü bir daha cəmiyyətə təqdim etdi. Və adıçəkilən qəzetdə belə faktlar o qədər çoxdur ki, onları yazmaqla qəzet səhifəsinə sığışdırmaq qeyri-mümkündür.
"AZADLIĞ"IN DAHA HANSI MURDAR MƏQSƏDLƏRİ VAR?
Ölkə torpaqlarımızın 20 faizini işğal etmiş, vətəndaşlarının 1 milyonunu qaçqın və məcburi köçkün vəziyyətinə salmış və əlinə fürsət düşən kimi cəbhə xəttində dinc sakinləri, uşaqları qətlə yetirmiş ermənilər bütün alçaldıcı vasitələrdən istifadə etməklə, dövlətimizin dünyadakı nüfuzuna ardıcıl zərbələr vurmağa cəhdlər göstərirlər. "Azadlıq" qəzeti isə onlara canı-dildən bu işdə nökərçilik göstərir. Bu cür ambisiyalarda erməni lobbisi vasitəsilə milyonlarla dollar vəsaitlər xərcləyən ermənilər, bu cür yollarla özlərinə daha çox sərf edən qaynaq əldə edə biliblər. Bu qaynaq isə "Azadlıq" qəzetidir. Göstərdikləri fəaliyyət istiqamətlərindən də bəlli olduğu kimi, erməni qardaşları ilə "Azadlığ"ın məqsədləri tamamilə üst-üstə düşür və onların arasında kifayət qədər anlaşmalar mövcuddur. Bir sözlə, bununla ermənilərin ölkəmizə qarşı daxildən mübarizə aparmaq üçün əlavə xüsusi qruplar formalaşdırmağa, əziyyətlər çəkməyə ehtiyacı qalmır. Sadəcə, "Azadlıq" qəzetinin dərc etdiyi şər böhtanları, şantajları erməni və rus dilinə tərcümə etməklə, ermənilər öz mətbuatlarında bunları ictimailəşdirirlər. Bununla da öz məqsədinə nail olmağa səy göstərirlər. Təbii ki, ölkəmiz, dövlətimiz tərəfindən aparılan "hücum diplomatiyası" nəticəsində mənfur düşmənlərimiz bütün istiqamətlərdə dalana dirənib və onların siyasi-ideoloji həmlələri qətiyyətlə məhv edilib. Lakin məsələnin məğzi onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin yaratdığı demokratik ab-havadan, söz, ifadə və mətbuat azadlığından sui-istifadə edən "Azadlıq" "düşmən dəyirmanına su tökür", eləcə də, həmin düşmənə-erməniyə "dayı" deyir...
Və belə olan halda, xalqımız da haqlı suallar verməyə başlayaraq, tələblər irəli sürür. Nə üçün "Azadlığ"ın erməni nökərləri bu qədər rəzilliyə imza atırlar? Ermənilərin anti-Azərbaycan təbliğatının ruporuna çevrilən "Azadlıq" qəzetinin burada daha hansı məqsədləri var? Əgər "Azadlıq", həqiqətən də, normal informasiya yayırsa, nə üçün onlardan erməni mətbuatı və xaricdə nəşr edilən ermənipərəst mətbuatlar istifadə edir? Nəyə görə "Azadlıq" qəzeti bütöv bir xalqa qarşı xəyanətkar mövqe tutub və s.
ERMƏNİLƏR KİMİ "AZADLIQ" DA "EUROVİSİON"-A QISQANCLIQLA YANAŞIR
Gəlin "Azadlıq" qəzetinin bu önəmli hadisə ilə bağlı yazdıqları məqalələrin başlıqlarına diqqət yetirək: "Azərbaycan "Eurovision"dan ziyanla çıxacaq", "Hakimiyyət "Eurovision"un ləğvindən narahatdır", "Hökumət "Eurovision"a 1 milyard dollar "siləcək", "Eurovision" İtaliyada keçirilə bilər" və s.
İndi isə erməni mətbuatının yazdığına nəzər salaq. "Times.am" yazır ki, Azərbaycanın bu yarışmanı keçirməyə qüdrəti yoxdur. "Panarmenian.net" bildirir ki, Azərbaycan hökuməti "Eurovision" yarışması boyunca böyük məbləğlərdə vəsaitlər siləcək . "Miacum.am" və digər erməni saytları da "Azadlığ"ın dərc etdiyi yalanlara dezinformasiyalara istinad edərək, qərəzli məlumatlar yayımlayıb. Bu məqamda isə yürüdülən fikir ondan ibarətdir ki, ortada olan faktlar bir daha "Azadlıq" qəzetinin yazdığı yalanları və böhtanları yalnız erməni mətbuatının dərc etdiyini sübut edir. Çünki bu günə qədər dünyanın hansısa nüfuzlu bir mətbuat orqanının bu qəzetin dezinformasiyalarına istinad etdiyini görməmişik. Burada ortaya çıxan həqiqət yalnız ondan ibarətdir ki, "Azadlıq" antimilli fəaliyyəti özünün məqsədi seçib və bununla da, qəzet ermənilərin anti-Azərbaycan təbliğatında əsas ruporlardan birinə çevrilib. Daha dəqiq desək, hazırda "Azadlıq" qəzetinin maddi vəsaitlərinin çox hissəsi xarici erməni lobbiləri tərəfindən ödənilir. Onlar da bu vəsaitləri rahatlıqla həzm-rabeələrindən keçirirlər. Çünki erməni çörəyi onlar üçün daha dadlı imiş...
Ancaq sonda daha bir məqamı xatırlatmaq yerinə düşərdi. Bu məqamın adını xalqın qəzəbinə tuş gəldiyini iddia etsək, heç də yanılmarıq. Çünki düşmən çörəyi yeyən "Azadlığ"ın erməni nökərləri bir gün həmin çörəyi burunlarından axıdacaqlar, özü də sel kimi!
RÖVŞƏN NURƏDDİNOĞLU