Bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı rolu, ölkə quruculuğunda, eləcə də, dövlətçiliyin inkişafı istiqamətində aktiv fəaliyyəti cəmiyyət, sağlam düşüncəli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməkdədir.
Minlərlə gənc nəslin nümayəndələri ölkənin ictimai həyatında fəallıq göstərir, dövlətimizin inkişaf edərək, daha da çiçəklənməsinə dəstək verir, bir sözlə, dövlətimizin yaratdığı bütün imkanlardan maksimum və səmərəli şəkildə istifadə edirlər. Azərbaycan gəncliyi bu gün dünyanın ən fəal gəncidir desək, qətiyyən yanılmadığımızın şahidi olarıq.
Lakin təssüflə qeyd etməliyik ki, radikal müxalifətin, xüsusilə də AXCP (i) sədri Əli Kərimovun cəmiyyətdə formalaşmış sağlam fikirli gənclərdən istifadə edərək, onları öz mənfur niyyətlərinə cəlb etmək cəhdləri də özləri kimi iflasa uğramaqdadır. Müəyyən daxili-xarici anti-Azərbaycan qüvvələrin təsir altına düşərək icazəsiz aksiyalarda iştirak edən 5-10 gənci Azərbaycan gəncinin adı ilə bağlamaq, təbii ki, qeyri-mümkündür. Belə ki, hələ bu ilin əvvəllərində. Daha dəqiq desək mart və aprel aylarında həmin "gənclərin" hansı əməllərdən çıxmaları, eləcə də bu hərəkətlərinin nə ilə nəticələnməsi hər kəsə bəllidir.
Və başqa bir nüansa da diqqət yetirsək, görərik ki, radikal müxalifət deyilən düşərgədə təmsil olunan, Ə.Kərimov kimiləri tərəfindən "zəhərlənmiş" gənclər Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən daha bir neçə siyasi təşkilatların təsiri altına düşmüş insanlardırlar. Lakin zaman-zaman, həmin gənclər də hansı bəlaya düçar olduqlarını anlayaraq, necə deyərlər, ziyanın yarısından geri dönəcəklər. Necə ki, bu cür faktlar dəfələrlə öz təsdiqini tapmışdır.
Bu günlərdə AXCP (i) sədri Ə.Kərimovun xaricdən aldığı sifarişlər hesabına min-bir cür bəd əməllərdən çıxması, bu əməllərini gənclər vasitəsilə şəxsi ambisiyaları naminə istifadə etməsi onun nə qədər rəzil insan olduğunu bir daha təsdiq edir. Eyni zamanda AXCP (i) sədrinin başıpozuq gəncləri küçələrə səsləməsi arxasında daha hansı iyrənc mənafelərin dayanması ətrafında düşündürücü suallar yaradır.
Lakin bu gün Azərbaycan gəncləri 1990-cı illərin gəncləri deyillər. Gənclər dünyada gedən iqtisadi-siyasi proseslərdə yaxından iştirak etdiklərinə görə, Ə.Kərimov və onun kimiləri istəyirlər ki, cəmiyyətdəki həyatda fəal olan gəncləri ələ alsınlar, onları öz maraqları naminə potensial qurbana çevirsinlər. Lakin bu, onlarda alınmayıb və alınmayacaq da... Çünki özlərinin yardıma ehtiyacları var, çünki onların yürütdükləri "gənclər siyasəti" bütövlükdə süqut etdi və çünki Azərbaycanda gənclik böyük bir qüvvədir. Sağlam ruhlu azərbaycanlı gənc bir daha imkan verməz ki, Ə.Kərimov və radikal müxalifət partiyaları çirkin və xəyanətkar niyyətlərinə çatsınlar.
Eyni zamanda, radikal müxalifət düşərgəsinin zəhərinə mübtəla olmuş beş-on gənc radikallarla əməkdaşlıq edən erməni gəncləri tərəfindən də təsir altına düşənlərdəndirlər. Həmçinin, özlərini "lider" hesab edən kərimovlara, qəmbərovlara sual ünvanlamaq lazımdır ki, 90-91-ci illərdəki çağırışlarınız ucbatından küçələrə çıxaraq şəhid olan gənclərin ailələrindən xəbəriniz varmı? Heç olmasa, şəhid ailələrin qapısını döyüblərmi? Əlbəttə ki, yox! Çünki buna cəsatrətləri çatmır. Ona gərə də hər şeyin öz zamanı var desək, yanılmarıq. Belə yetişən zamanlardan biri də Ə.Kərimovun törətdiyi əməllərinin xalq qarşısında cavab verməsidir.
Rəfiqə