PDF Oxu

Müxalifət

  • 13

Radikal müxalifət düşərgəsində nə baş verir?

Radikal müxalifət düşərgəsində nə baş verir?

Müsavat partiyasının pas atmış başqanı İsa Qəmbərov, AXCP (i)-nin xəyanətkar sədri Əli Kərimov, ADP sədri Sərdar Cəlaloğlu, "ACP" lideri Rəsul Quliyev tipdə (ağılda) olan digər "bəy"lərin başçılıq etdikləri partiyalarda (bunları partiya adlandırmaq özü belə günahdır) təmsil olunan gənclərdə Azərbaycana, vətənə, ölkəyə, millətə sevgi hissinin olmasına şübhə ilə yanaşıram.

Bu gənclər ki, İsa, Əli kimi "bəy"lərin ağılsız, məntiqsiz siyasətini dəstəkləyir, bu cür gənclərdən nə gözləyəsən? Düzdür, elə gənclər də var ki, bu çirkin siyasətə aldanıblar. Onu da demək lazımdır ki, radikal "bəy"lər bu gəncləri özləri ilə uçuruma aparırlar. Necə deyərlər, cəhənnəmə gedən özünə yoldaş axtarır. Bir məsələni də diqqətə çatdıraq ki, gəncləri öz çirkin siyasətinə qurban verən radikal müxalifət liderlərinin başında AXCP (i) sədri Ə.Kərimov durur. Ruslan Bəşirli kimi gəncləri öz çirkin siyasətinə qurban edən Əli Kərimov sonrakı dövrlərdə də bu siyasətini davam etdirdi. Bu ÇİRKİN SİYASƏT hələ də davam edir. Belə ki, bir neçə gün öncə AXCP (i) sədri "qurbanlıq" etdiyi gəncləri ətrafına toplayaraq, onları iğtişaşlar törətməyə çağırdı. Birincisi, normal partiya sədri (bu cür anormallardan söhbət getmir) heç vaxt ətrafındakı gəncləri iğtişaşlara sürükləməz, öz ölkəsində anarxiya, qarşıdurma yaratmağa yönəltməz. İkincisi, Ə.Kərimov bu cür gəncləri irəli verərək, öz siyasətinə qurban verir. Bəli, sonra da dünyaya car çəkir ki, bəs Azərbaycanda "azadlıq tələb edən gənclər"i həbs edirlər. Ancaq ya bilərəkdən, ya bilməyərəkdən Əli Kərimov anlamır ki, qanun hamı üçün birdir. Siyasi mənsubiyyətdən, cinsindən, yaşından asılı olmayaraq, bütün şəxslər qanun qarşısında eynidir. Yəni kim ki, ictimai asayişi pozur (xuliqanlıq edir), mütləq həmin şəxs və ya şəxslər öz cəzalarını almalıdır. Necə olur ki, digər vətəndaş cinayət etdikdə, o, cinayət məsuliyyətinə cəlb oluna bilir, amma bu, Əlinin qoçularına şamil edilə bilməz. Budurmu, radikal müxalifətin car çəkdiyi demokratiya, bərabərlik, sosial ədalət istəyi? Bir məsələni də xüsusi vurğulamaq yerinə düşər ki, Müsavat-AXCP (i) cütlüyü iğtişaşlar, anarxiya yaratmağa meyillidirlər. Hələ 20 il öncə onlar hakimiyyətdə olarkən hər kəs bu cür anarxiyanın şahidi idi. Şükürlər olsun ki, bu gün Azərbaycanda əmin-amanlıq, demokratiya, ictimai-siyasi sabitlik hökm sürür. Bunu gözü götürməyənlər (və ya qəbul etməyənlər) yalnız Azərbaycanın düşməni ola bilər. Müxtəlif xarici qrantlar hesabına xarici ölkələrə xüsusi təlimlər almağa gedən gənclərin orada hansı oyunlardan çıxdığını diqqətinizə çatdıraq. Düşərgədəki mənbəmizin verdiyi məlumata görə, müsavatçı, cəbhəçi gənclər xarici ölkərdə "təlim keçmək" adı altında həmin ölkələrdə pozğun işlərlə, narkotika qəbul etməklə məşğul olurlar. Elə AXCP (i) sədri Ə.Kərimovun təlimatı ilə Gürcüstana gedib erməni sağlığına konyak içən R.Bəşirli olayı dediklərimizə bir sübutdur. BUNLAR DANILMAZ FAKTLARDIR. Buradan bir neçə sual meydana çıxır.

Müsavatın "fəal" gənclərindən olan, adını yazıçı qoyan (adını çəkmək özü günahdır, yəni onlar üçün reklam olar) bir gənc Azərbaycan mentalitetinə xas olmayan Qərb adət-ənənələrinin ölkəmizdə tətbiq olunmasını istəyir. Bu cür İYRƏNC təfəkkürə malik gənclər radikal müxalifət düşərgəsində ola bilər. Ancaq buna təəssüflənmək lazımdır. Nə yazıqlar ki, Azərbaycanda belə gənclər var. Yəni bilərəkdən və ya bilməyərəkdən özünü çirkin siyasətə qurban edirlər.


ANAR

Digər xəbərlər