PDF Oxu

Müxalifət

  • 12

2011-ci il “İctimai Palata”üçün son oldu

2011-ci il “İctimai Palata”üçün son oldu

Ölkədə parlament seçkilərindən sonra özünü demokrat adlandıran, ancaq reallıqda demokratik prinsiplərə əməl etməyən satqın qüvvələr tərəfindən yaradılan "İctimai Palata" ideyası iflasa uğramaq üzrədir. Daha dəqiq desək, 2011-ci il "palata" üçün son il oldu. Bu amil özünü cəmiyyətdə, ictimaiyyət arasında aparılan müşahidələrin nəticələrindən də bəlli etdi. Əvvəllər bir bir neçə radikal partiya təmsilçilərini öz ətrafında birləşdirdiyini iddia edən bu qurum indi, demək olar ki, AXCP (i) və Müsavat inhisarından kənara çıxmır ki, bu da orada olan inamın azalmasına gətirib çıxarıb. Artıq "palata" daxilində müəyyən qruplar qalmaqdadır ki, bu da həm Müsavat başqanı İsa Qəmbərov, həm də AXCP (i) sədri Əli Kərimovun yalan vədlərinə aldananlardır.

Bu da, reallıqdır ki, adıçəkilən qurumda qalan insanların böyük əksəriyyəti xarici anti-Azərbaycan meyilli qüvvələrlə, maliyyə donorları ilə əməkdaşlıq edir. Burada Müsavat partiyası daha çox canfəşanlıq edir. Sirr deyil ki, bu partiyanın maddi imkanları xarici qüvvələr tərəfindən təmin olunur. Xarici qüvvələrin dəstəyi ilə müəyyən aksiyalar təşkil edən Müsavat partiyası, belə bir dəstək olmadığı halda, anidən kənara çəkilir və susur.

AXCP (i)-nin imkanlarını isə aydınlaşdırakən, məlum olur ki, bu partiyada da bir sıra funksionerlər var ki, onlar xarici təşkilatlarla yaxından əməkdaşlıq edirlər. Təbii ki, bu əməkdaşlıqda da onların mövqeyi bir növ dəstəklənir. Bu gün "İctimai Palata"da ayrıca qüvvə kimi təqdim olunan radikal dincdir İlqar İbrahimoğlu da ölkədə dünyəvi təhsilə qarşı çıxanlar arasında yer alır. Bu da, onu deməyə əsas verir ki, bu şəxs də müəyyən xarici dini qüvvələrin təsiri altındadır. Onun indiki zamanda "palata" da yer alması da ona işarədir ki, bu qurum vasitəsi ilə o istəklərini reallaşdırmaq niyyətindədir.

Onu da qeyd edək ki, bir sıra AXCP (i) və Müsavat üzvləri qurumda bu kimi hallara etiraz olaraq artıq heç bir toplantılarında iştirak etmir. Səbəb kimi qurumun qarşıya qoyulan məsələlər ətrafında deyil, cəmiyyətdə baş verən hadisələrin süni şəkildə siyasiləşdirilməsi göstərilir. O da bildirilir ki, "palata", əslində, fəaliyyət göstərdiyi müddətdən bu yana heç bir uğur əldə etməyib. Bu da quruma olan inamı azaldıb. Ona görə də 2011-ci il "İctimai Palata"nın son ili kimi yadda qalacaq desək, yanılmarıq. Çünki bu qondarma qurum daha çox populizmlə məşğuldur. Yəni, ətrafında olan insanları saxlamaq üçün "İctimai Palata" idarə heyətinin bütün üzvləri pafoslu fərziyyələr irəli sürürlər, yalan vədlər verirlər. Həmin vədlərdən bezənlər isə, artıq qurumun tərkibindən çıxdıqlarını bəyan etməkdədirlər.


Rəfiqə

Digər xəbərlər