PDF Oxu

Müxalifət

  • 9

Radikal müxalifət və sosial şəbəkə oyunbazları

Radikal müxalifət və sosial şəbəkə oyunbazları

2011-ci ildə dünyada baş verən bir çox olaylar yaşanan proseslərin əsil üzünü göstərdi. Zaman-zaman dünyaya demokratiya "ixrac edən" Qərb öz müstəvisində artıq buna dözümsüzlük göstərdi. Yəni Qərbin özündə elə hadisələr baş qaldırdı ki, bunun qarşısı zor gücünə alındı. Buna misal kimi, Böyük Britaniyada baş verən hadisələri xatırlatmaq mümkündür.

Maraqlısı isə odur ki, "demokratiyanın beşiyi" hesab edilən Böyük Britaniya və ABŞ bu dəfə məhz bu şəbəkələrin hədəfinə çevrilərək, onun "xeyirini" gördü. Lakin dünyanın müxtəlif ölkələrində, xüsusilə, ərəb dünyasında iğtişaşlara, inqilab və çevrilişlərə səbəb olan sosial şəbəkələr Qərb dövlətləri tərəfindən dəstəklənirdisə, İngiltərədə yaşanan olaylar zamanı nədənsə mənfi tərzdə qarşılaşdı. Belə ki, hələ 2011-ci ilin avqust ayının əvvəlində Mark Duqqan adlı qaradərili ingilis gəncinin Tottenhem şəhərində polis tərəfindən öldürülməsinə kütləvi etirazla başlayan nümayişlər birdəfəlik olaraq, idarədən çıxdı, necə ki, belə nümayişlər 2003-cü ilin 15-16 oktyabrında Bakıda nəzarətdən çıxmaq üzrəydi və necə ki, belə nümayişçlər Tunis, Bəhreyn, Misir, Liviya və Yəməndə də nəzarətdən çıxmışdı.

Digər bir məqam isə, demokratiyanın sual altına düşdüyü Qərbin özündən bu gün hətta internet missionerləri Ərəbistana gedərək, insanlara "Facebook" və "Twitter"in istifadəsi mövzusunda təlimlər keçmələridir. Vurğulamaq lazımdır ki, bu təlimlərin təsiri isə özünü çox gözlətmədi. Belə ki, ərəb ölkələrindən başlayan şəbəkə inqilabları, daha sonra digərlərinə - Liviyaya, Suriyaya keçdi. Bütün bunları dəstəkləyərək ərəb diktatorlarını tənqid edən ilk ölkələrdən biri də elə İngiltərə idi. Həmin dəstək və tənqid hazırda bu gün də davam edir. Lakin İngiltərədə qadağan edilməsi, bununla yanaşı, demokratiyanın mühafizəçisi hesab edilən dövlətlərin və beynəlxalq təşkilatların bunu susqunluqla qarşılaması məsələyə ikili standartlardan yanaşıldığını bir daha göstərir.


Azərbaycanın "ənənəvi

müxalifəti" də bundan

yararlanmağa cəhdlər göstərir


Bu cür hadisələr Azərbaycanda gənclər vasitəsilə sui-istifadə edildikdə istər radikal ölkə müxalifəti, istərsə də bir sıra Qərb dairələri tamamilə fərqli münasibət göstərir və guya demokratiyanın, insan hüquqlarının pozulması kimi qiymətləndirirlər. Onu da vurğulayaq ki, Qərb siyasətinin ikili standartları dəfələrlə Azərbaycana da tətbiq edilib. Belə ki, müxalifətin radikal qanadının icazəsiz aksiyaları zamanı, insanların asayişinin, rahatlığının, istirahətinin pozulduğu üçün dövlət tərəfindən qanunsuz hərəkətlərin alınmasını "anti-demokratik" addım kimi qimyətləndirirlər. Halbuki bu aksiyalar zamanı onlarla avtomobilə, mağazaya, iaşə obyektlərinə, ofislərə külli miqdarda maddi ziyan dəyib. Həmçinin, bir az da irəli gedərək, özündən razı bəzi Qərb dairələri sosial şəbəkələrdə dövlət çevrilişinə və ölkədəki sabitliyi pozmağa təhrik edən çağırışlara qarşı Azərbaycan hökumətinin, dövlətinin gördüyü müvafiq qanunauyğun tədbirləri də, öz təbirlərincə, qınayırlar. Bəs görəsən, Qərb İngiltərədə olanları görmədimi? Təbii ki, ikili standartların olduğu yerdə bu sualın verilməsi heç də düzgün sayılmaz. Belə ki, artıq hər kəsə məlumdur ki, Azərbaycan kimi regionda lider olan dövlətin ölkənin asayişini qorumaq məqsədilə atdığı qanunamüvafiq addımları bilərəkdən səhv qarşılanır. Ancaq hər halda, Azərbaycan ərəb ölkələri deyil. İstər demokratiya cəhətdən, istərsə insan hüquqlarının qorunması baxımından inqilab dalğasının bürüdüyü bu ölkələrdən bütün parametlərdə fərqlənir. Azərbaycan bugünkü İngiltərə, yaxud da ABŞ deyil. Ən azından bu ölkədə nə jurnalistlər tutulur, nə də internetə qadağalar qoyulur. Bu mənada, Azərbaycanda ictimai asayişin, sabitliyin pozulması ilə müşahidə olunan hadisələr baş verdikdə buna qarşı dövlətin müvafiq tədbirlərini normal qiymətləndirmək lazımdır. Azərbaycanda bəzi siyasi spekulyant "hüquq müdafiəçiləri" belə məsələlərdə dövlət maraqları ilə "maklerlik" edirlər. Bu, bütün mənalarda, xalqa, dövlətçiliyə yönəlmiş xəyanətdir. Ona görə də bütün hallarda normal cəmiyyətlərdə, necə ki, Azərbaycanda normal cəmiyyət bərqərar olub, baş verən hadisələrə eyni kriteyalar tətbiq edilməlidir. Şərqdə də, Qərbdə də hadisələr eyni dərəcədə qiymətləndirilməlidir.


RƏFİQƏ

Digər xəbərlər