PDF Oxu

Müxalifət

  • 13

Radikal müxalifət partiyalarının...

Radikal müxalifət partiyalarının...

- Mais müəllim, radikal müxalifət partiyaları iddia edir ki, onlar bu ilin mart-aprel aylarında ölkədə 100 min nəfərin iştirakı ilə aksiya keçirəcəklər. Sizcə, radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirmək gücünə malikdirmi?

- Radikal müxalifət düşərgəsində fəaliyyət göstərən qüvvələrin elə bir gücü yoxdur ki, ölkədə kütləvi şəkildə aksiyalar keçirə bilsin. Bu baxımdan, hesab edirəm ki, bu gün Azərbaycanda kütləvi mitinqləri keçirmək üçün yetərli qədər potensialı olan müxalifət partiyaları yoxdur.

- Müxalifət partiyalarının bu cür bəyanatlarla çıxış etməsi və iddialı tələblər irəli sürməsinin arxasında hansısa qüvvələrin dayandığını söyləmək olarmı?

- Elə hesab etmirəm ki, hansısa qüvvələr Azərbaycanda siyasi gücü olmayan siyasi partiyaları dəstəkləsinlər. Adətən, o qüvvələr ölkəmizdə sabitliyin pozulmasında və kütləvi aksiyaların keçirilməsində maraqlıdırlar. Ölkədə keçirilən seçkilər də göstərdi ki, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların xalq tərəfindən dəstəyi yoxdur. Hətta adıçəkilən partiyalar birləşsələr belə, kütləvi siyasi aksiyalar keçirməyə qadir deyil.

- Heç bir gücə malik olmayan radikal müxalifət partiyaları nə üçün bu cür bəyanatlar səsləndirirlər?

- Radikal müxalif qüvvələr bir müddət gündəmdə qalmaq üçün bu cür metodlardan istifadə edirlər. Bir sözlə, sözügedən qüvvələrin gündəmdə qalması üçün heç bir məşğuliyyətləri yoxdur. Ona görə də adıçəkilən partiyalar ölkədə icazəsiz aksiyalar keçirmək və reallığı əks etdirməyən bəyanatlar verirlər. Yəni, burada ictimai fikri çaşdırmaq bunların gündəmdə qalmaq üçün istifadə etdikləri əsas metod və vasitələrdən biridir.


GÜLYANƏ

Digər xəbərlər