PDF Oxu

Müxalifət

  • 10

Radikal düşərgədə qarşıdurmalar pik nöqtədədir

Radikal düşərgədə qarşıdurmalar pik nöqtədədir

Radikal müxalifət düşərgəsinin yaratdığı və hər zaman ictimai-siyasi asayişi pozmağa cəhd edən "İctimai Palata" elə yarandığı gündən ictimai qınaqla üzləşib. Əslində, bu cür oyuncaq qurumu yaratmaqda başlıca məqsəd güc nümayiş etdirməkdir. Yəni radikal düşərgədə təmsil olunan partiyalar bununla bir-birinə əzələ nümayiş etdirirlər. Belə ki, son zamanlar adıçəkilən palatada təmsil olunan Müsavatla AXCP (i) arasında nüfuz savaşı genişlənməkdədir. Bu, onsuz da gözlənilən idi. Biz bunun dəfələrlə şahidi olmuşuq. Şahidi olmuşuq ki, bir-birinə "həmkar", "dost" deyən "bəy"lərin ürəklərində biri-birilərinə qarşı DÜŞMƏNÇİLİK hissi var. Bu düşmənçilik hissi artıq özünü büruzə verməkdədir. Yəni adlarını çəkdiyimiz üzdəniraq partiyalar "İctimai Palata"nı öz nəzarətləri altına salmağa cəhd edirlər.


MÜSAVAT-AXCP (i) QARŞIDURMASI: KİM UDACAQ, KİM UDUZACAQ?


Xəstələrin yerləşdiyi palataya bənzəyən (onsuz da radikallar ağır xəstəliyə tutulublar) "İctimai Palata" uğrunda savaş iki şəxs arasında- Müsavat partiyasının başqanı İsa Qəmbərovla, AXCP (i) sədri Əli Kərimov arasında gedir. Bu haqda yazılar elə müxalifət qəzetlərinin özlərində də dolaşmaqdadır. Əslində, bu qarşıdurma çoxdan gözlənilirdi. Çünki adlarını çəkdiyimiz hər iki şəxs hər zaman bir-birilərinə qarşı mübarizə aparıblar. 2003-cü ilin prezident seçkilərində hər iki şəxs arasında ciddi fikir ayrılığı yaranmışıdı. Bu fikir ayrılığı, daha doğrusu, düşmənçilik indi də davam etməkdədir. Özü də daha kəskin, daha radikal formada. "İctimai Palata"da bir araya gələn Əli "bəy"lə İsa "bəy" mehriban düşmənçiliyi xatırladır. Budur, onların iç üzü, riyakarlığı. Üzdə bir cür, arxada başqa cür olan bu kimi insanlara xalq necə inansın? Radikallar neçə illərdir ki, həm özlərini, həm də xalqı aldatmaqla məşğuldurlar. Yəni "bəy"lərin siyasi fəaliyyəti ancaq bundan ibarətdir. Əslində, xalq daha onlara inanmır, daha doğrusu, heç əhəmiyyət vermir. Beləliklə, Müsavat partiyasının başqanı İ.Qəmbərovla AXCP (i) sədri Ə.Kərimov arasında gedən savaşda kim qalib gələcək? Təbii ki, heç biri. Çünki hər ikisi haqsızdır.


MÜSAVAT DAXİLİNDƏ GEDƏN SAVAŞLAR...


Özünü "ana" müxalifət adlandıran (görəsən, müxalifətin də "ana"sı, "ata"sı olur?) Müsavat daxilində neçə illərdir davam edən qarşıdurma daha da dərinləşməkdədir. İki qrup arasında davam edən qarşıdurmanın birinə Arif Hacıyev, birinə isə Rauf Arifoğlu başçılıq edir. Bir müddət öncə A.Hacıyev qruplaşması R. Arifoğlu qarşıdurmasını sıradan çıxara bildi. Bunun da nəticəsində "Yeni Müsavat" qəzetinin baş redaktoru R. Arifoğlu İsa "bəy"lə yollarını ayırdı. Ancaq indi vəziyyət tamamilə fərqlidir. Belə ki, Rauf "bəy" yenidən Müsavat daxilində mövqeyini möhkəmləndirə bildi. Adıçəkilən partiyada başqan seçkilərinin keçirilməməsinə də o səbəbkardır. Belə ki, A.Hacıyevin başqanlığa real namizəd olması qarşı tərəfi hərəkətə keçirdi. Artıq R. Arifoğluna yaxınlığı ilə seçilən Müsavat funksionerləri mətbuata açıqlamasında bəyan edirlər ki, 2013-cü ildə keçirilən prezident seçkilərinə qədər Müsavatda başqan seçkiləri keçirilməyəcək. Bütün bunlar, onu deməyə əsas verir ki, Müsavat daxilində, ümumiyyətlə, müxalifət düşərgəsində vəziyyət daha da gərginləşməkdədir.


ANAR

Digər xəbərlər