PDF Oxu

Müxalifət

  • 12

Radikal müxalifət indi nə istəyir?

Radikal müxalifət indi nə istəyir?

Son günlər "Azadlıq", "Yeni Müsavat" kimi radikal müxalifət qəzetləri qondarma "İctimai Palata"nın rəhbərliyində yenidən kütləvi etiraz aksiyalarına start verilməsi barədə müzakirələrin aparılması haqqında yazılar dərc etməyə başlayıblar. Düzdür, ortada heç bir fakt olmasa da, adıçəkilən qəzetlər guya kütləvi aksiyalar keçirməklə bağlı ümumi razılıq əldə olunduğunu ictimaiyyətə sırımağa cəhdlər göstərirlər. Ancaq təbii ki, sağlam düşüncəli ictimaiyyət bu kimi pafoslara çoxdan istehza xarakterində baxır, bu cür açıqlamaları qeyri-təbii, reallıqdan kənar hesab edir.


"Yəqin ki, qərar verməzdən əvvəlcə də yaxşı düşünüblər"


Onu da qeyd edək ki, hazırda radikal müxalifət düşərgəsində vəziyyət o həddə qədər ziddiyyətli hal almışdır ki, bu ziddiyyətlərin nəticəsi olaraq, ard-arda alternativ qurumlar yaranır. Və həmin qurumlar, əslində, şəxsi ambisiyalara xidmət etməklə, müxalifətdaxili hesablaşmalara köklənib. Məsələn, həmin qurumlardan birində təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc da gerçəkləri gizlətməyərək, əsil həqiqətləri dilə gətirib. Onun informasiya saytlarından birinə verdiyi açıqlamasından da bütün bu vurğulanan hadisələr özünü əks etdirir: " Mən "İctimai Palata"nın hər hansı qərarını geniş şərh etmək niyyətində deyiləm. Bu struktur bir neçə partiyanın və ayrı-ayrı şəxslərin təmsil olunduğu təşkilatdır. Yəqin ki, qərar verməzdən əvvəlcə də yaxşı düşünüblər. Buna görə də "İctimai Palata"nın qərarı barədə çox danışmaq məntiqi olmazdı".


"Müxalifət xalqın dəstəyini qazana bilməyib"


"Azadlıq" partiyası sədrinin fikrincə, əslində, ölkə müxalifəti indiyədək çox zəif və fəaliyyətsiz qaldığından xalqın dəstəyini qazana bilməyib: "Özlərini müxalifət düşərgəsinin aparıcı qüvvələri qismində təqdim edən partiyalar xalqın maraq və mənafelərindən yox, beynəlxalq təşkilatların maraqlarından çıxış edirlər. Bu səbəbdən də partiyalar mövqesiz duruma düşüblər. "İctimai Palata" ötən ilin aprelindən bəri aksiyalar keçirməsə də, hər dəfə aksiyalardan danışır".


RÖVŞƏN

Digər xəbərlər