20 ilə yaxındır ki, fəaliyyət göstərən radikal müxalifət partiyaları bu illər ərzində nəyə isə nail ola bilməyiblər. Bunun səbəbi isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır. Bu baxımdan, düşünmək olar ki, əgər müxalif partiyalar daxilində ciddi dəyişikliklər olunmasa, xüsusi ilə də, sədrlər yeniləri ilə əvəzlənməsə müxalifət düşərgəsində müsbət dəyişikliklərə ümid bəsləmək olmaz. Vəhdət partiyasının sədri Tahir Kərimli bizimlə söhbətində bildirdi ki, radikal müxalifət partiyalarına yeni demokratik düşüncəyə malik liderlər gələrsə, həmin düşərgədə müsbətə doğru bir çox dəyişikliklər baş verə bilər. T.Kərimlinin sözlərinə görə, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən partiya liderləri tamamilə səhv siyasət aparır. Onların bu cür səhv siyasət aparmalarının nəticəsidir ki, bu günə qədər ölkədə nəyə isə nail ola bilməyiblər. Demək olar ki, müxalifət partiyalarının ətrafında olan şəsxlərdə adıçəkilən qüvvələr tərəfindən aparılan səhv siyasəti başa düşmürlər. Ümumiyyətlə, əvvəldən radikal müxalifətin bünövrəsi səhv qoyulub. Bir mənalı şəkildə demək olar ki, radikal müxalifət partiyalarına rəhbərlik edən sədrlərin səhv siyasət aparmalarının nəticəsidir ki, həmin partiyalar bu gün irəliyə doğru hər hansı bir addım ata bilmirlər.
Partiya sədri qeyd edərək bildirdi ki, hər hansı bir partiyada heç bir sədr daimi olaraq fəaliyyət göstərə bilməz. Çünki radikal müxalifətdə fəaliyyət göstərən partiya liderlərinin yeniləri liderlə ilə əvəz olunmasına ehtiyac var. Burada hər hansı bir partiyaya rəhbərlik edən yeni sədr o vaxtı bu partiyalarda müsbətə doğru dəyişiklik edə bilər ki, həmin sədr konstruktiv mövqe tutsun. Yəni, sözügedən partiyalara rəhbərlik edən köhnə liderlərin apardığı əvvəlki siyasətdən əl çəkərək, yeni ideyalara malik olan siyasət ətrafında fəaliyyət göstərməlidir. Adıçəkilən partiyalara gələn yeni sədrlər radikal müxalifət düşərgəsində olan köhnə kursu dəyişə bilsələr, yəni bu partiyaların inkişaf etməsinə səbəb olan ağıllı kursu tutsalar, həmin partiyalarda müsbətə doğru bir çox dəyişiklik etməyə nail ola bilərlər.
T.Kərimli bir məsələyə də toxunaraq, bildirdi ki, radikal müxalifət partiyalarının xaricdə fəaliyyət göstərən qüvvələr tərəfindən maliyyələşməsi "Siyasi partiyalar haqqında" qanunun tələblərinə tamamilə ziddir. Çünki siyasi partiya, konstitusiyada siyasi hakimiyyətə gəlməyin siyasi alətidir. Konstitusiya siyasi partiyaların, siyasiləşmiş liderin və təşkilatın xaricdən maliyyələşməsini qadağan edir. Amma ölkədə fəaliyyət göstərən bir çox partiyalar var ki, həmin partiya rəhbərləri özləri üçün QHT-lər yaradılar. QHT-lərin vasitəsilə də xaricdən maliyyə yardımları alırlar.
Partiya sədri sonda onu da əlavə edərək bildirdi ki, radikal müxalifət düşərgəsində təmsil olunan partiyaların xarici qüvvələr tərəfindən maliyyələşməsi partiya sədrlərinə heç də baş ucalığı gətirmir.
GÜLYANƏ