PDF Oxu

Müxalifət

  • 9

20 il öncə dəyişməyən Ermənistan

20 il öncə dəyişməyən Ermənistan

Azərbaycan diplomatiyasının uzun illərdəki gərgin işi nəticəsində Ermənistanın işğalçı olduğu və Azərbaycan ərazisinin 20 faizini zəbt etdiyi həqiqət dünya birliyi tərəfindən təsdiq, rəsmi Yerevan tərəfindən isə etiraf olunub. Bəs regionun ən zəif, ən gücsüz, ən çətin durumda olan ölkəsinin- Ermənistanın işğalçı siyasəti hardan qaynaqlanır və Qarabağ probleminin sülh yolu ilə həllinə mane olan səbəblər hansılardır?

Bu sualları cavablandıran politoloq Rüstəm Məmmədov "Səs" qəzetinə açıqlamasında bildirib ki, son 2 əsrdə Azərbaycan xalqına qarşı 86 soyqırımı aktı həyata keçirilib, yüz minlərlə insan vəhşicəsinə qətlə yetirilib, saysız terror aktları törədilib, yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından deportasiya edilib: "Sual edə bilərsiniz ki, ermənilər bu qədər gücü hardan alıblar? Həqiqətənmi, tarixən qorxaq, satqın, saxtakar tayfa kimi tanınan, adlarını dəyişib erməni qoysalar da, "hay"lıqlarında qalan bu vəhşi qəbilə bu qədər böyük prosesi həyata keçirmək gücündə olub? Düşünürəm ki, problemin yaranma səbəbləri və nəticələrinə nəzər salmadan fikir yürütmək düzgün olmazdı. Ona görə də bircə əsr qədər geriyə qayıtmaqla ermənilərin iç üzünün tam çılpaqlığı ilə açılması kifayət edər. Baxmayaraq ki, ermənilər indi yaşadıqları ərazilərin tarixi sahibləri olan azərbaycanlılara qarşı xəyanət və təcavüz prosesini əsrlər öncə başlayıblar. Riyakar Avropa mətbuatı hələ XIX əsrin sonundan "erməni problemini" öz sevimli mövzusuna çevirmişdi və şəhər tülküsü olan ermənilər özlərini himayə edən mətbuatın təbliğatından daha da çaşaraq xristianların əsrlərlə dağıtmaq istədiyi türk dövlətlərinin ərazilərində "dövlət" yaratmaq iddiasına düşdülər. Nə üçün belə oldu? Ona görə ki, tülki hiyləgərliyi olan ermənilərin problemi erməni məsələsi deyil, bu, varlanıb çaşmış bəzi dövlətlərin yeni ərazilər və müstəmləkələr arzusunun bir formasıdır. Bu arzular güclənəndə, erməni məsələsi ortaya atılır. Vurğulamaq istərdim ki, ermənilərin problemi, ümumiyyətlə, avropalıların xarici siyasətində yoxdur. Ancaq erməni amilindən öz məqsədləri üçün istifadə etmək niyyətləri var".

Politoloq onu da söylədi ki, "arxalı köpək qurd basar". Onlar bir ovuc olsalar da, himayədarları çox idi: "Ermənilərin Qafqazda ərazi iddialarına düşməsi Avropa dövlətlərinin sərhədləri təzələmək planları ilə bir vaxta düşürdü. Ermənistan sovet respublikasının gerbində Türkiyə ərazisində yerləşən Ağrı dağının əksi peyda oldu. Bolşeviklər rus imperatoru Nikolayı yıxandan sonra elan etmişdilər ki, sayından asılı olmayaraq, bütün xalqların öz müqəddəratını təyin etmək, yəni dövlət yaratmaq hüququ var. SSRİ dağılanda bu dəfə Qərb bu absurd prinsipi SSRİ ərazisində irəli sürdü: nəticədə Rusiyada 50 prezident ortaya çıxdı. Bunun ardınca isə balaca xalqların öz qonşuları ilə qədim düşmənçilikləri və ərazi davaları ortaya atıldı".

"Sovetlər Birliyindən Ermənistan müharibəyə hazırlıqlı, Azərbaycan isə hazırlıqsız çıxmışdı" fikirini deyən politoloq bildirdi ki, bu səbəbdən müharibədə rus ordusunun və Qərb ölkələrinin hərtərəfli dəstəyindən istifadə edən Ermənistan ordusu Qarabağı işğal edə bildi: "Ermənilər Azərbaycan ərazisindən 20 faiz, başqa sözlə, 15000 kvadratkilometr ərazimizi zəbt etdilər. Onu da deyim ki, ermənilərin ərazilərinin yarısı deməkdir. Belə bir durumda 1994-cü ilin mayında atəşkəs elan edildi. Lakin bu günə qədər də Ermənistan bu atəşkəsə də əməl etmir. Ümummilli Liderimiz Heydər Əliyev həmişə qəti bir xarici siyasət aparmaqla Ermənistanla münaqişənin ancaq bir şərtlə- Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilə biləcəyini elan etmişdi. Bu gün də həmin mütərəqqi və müdrik xarici siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir". R.Məmmədov Ermənistanın ağır iqtisadi-sosial böhran keçirdiyini vurğulayaraq, onu da bildirdi ki, bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi potensialı olmayan, xarici yardımlar hesabına dolanan bir ölkədə artıq anlamağa başlayıblar ki, belə siyasətlə məhv olacaqlar: "Bir sözlə, Azərbaycan işğalçı ölkəni bütün cəbhələrdə dalana dirəyib. Türkiyə-Ermənistan sərhədinin açılması isə, terrorçu dövlətin son anda xilas edilməsi ola bilər. Lakin qardaş Türkiyə tərəfi Dağlıq Qarabağın Ermənistan tərəfindən azad edilməyəcəyinə qədər işğalçı dövlətlə sərhədlərin açılmayacağını bildirib".

Beləliklə də genetik erməni xəstəliyi sağalana oxşamır. "Erməni problemi" isə hələ uzun müddət bəşəriyyətin qara yarası kimi insanlığa zərər vurmaqda davam edəcək kimi görünür.

Aytən Səmədova

Digər xəbərlər