PDF Oxu

Müxalifət

  • 10

Radikalların aksiya keçirmək niyyəti...

Radikalların aksiya keçirmək niyyəti...

20 ilə yaxındır ki, fəaliyyət göstərən radikal müxalifət partiyaları bu illər ərzində nəyəsə nail ola bilməyiblər. Buna səbəb isə onların qrup maraqlarından çıxış etmələri və xarici qüvvələrin tələblərinə uyğun fəaliyyət yolu tutmalarıdır.

Radikal müxalifət partiyaları iddia edir ki, onlar bu ilin mart-aprel aylarında ölkədə 100 min nəfərin iştirakı ilə aksiya keçirəcəklər. Doğurdanmı radikal düşərgədə təmsil olunan qüvvələr aksiya keçirməyə gücünə malikdir? "Demokratik Sol Partiyası"nın sədri Elşən Manafov bizimlə söhbətində bildirdi ki, radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələrin heç bir gücü yoxdur ki, ölkədə xoşagəlməz halın yaranmasına səbəb olsun:" Əgər radikal müxalifət düşərgəsində təmsil olunan qüvvələr ölkədə kütləvi aksiyalar keçirməyi xaricdə olan havadarlarının dəstəyi və sifarişilə həyata keçirirsə, bu, heç də düzgün bir seçim deyil. Müxalifət təmsilçiləri tərəfindən ölkədə aksiyaların keçirilməsinin arxasında müəyyən konyektur maraqlar olduğunu demək olar. "İctimai Palata" hakimiyyət ilə daha çox dialoq məsələlərindən danışır. Halbuki hakimiyyət bu dialoqların keçirilməsinə hazırdır. Müxalifətin ölkədə həyata keçrilən islahatlara özünün özəl mövqeyi, münasibəti və konsepsiyası ola bilər. Təbii ki, bu konsepsiyada hakimiyyət və müxalifət arasında olan danışıqlarda müzakirə obyekti ola bilər. Amma bu, o demək deyil ki, müxalifətin bütün təklifləri hakimiyyət tərəfindən nəzərə alınmalıdır. Çünki ölkənin müqəddəratı üçün müxalifət ilə müqayisədə daha çox məsuliyyət daşıyan qurum məhz Azərbaycan iqtidarıdır. Burada ölkə müxalifətinin məlum qanadı ya bunu nəzərə almır, ya da xaricdən olan havadarlarının siyasi sifarişi ilə konyuktur maraqlardan çıxış edərək, ölkədə mövcud vəziyyəti çərçivədən çıxararaq, arzuolunmaz vəziyyətin yaranmasına çalışmaq istəyirlər.

Partiya sədrinin sözlərinə görə, radikal müxalifət qüvvələri tərəfindən ölkədə mart-aprel aylarında keçirmək istədikləri aksiyaların da reallaşması qeyri-mümkündür. E.Manafov bunu iddialı partiya sədrlərinin cəmiyyətdə nüfuzlarının olmaması ilə yanaşı, sosial dayaqlarını itirmələri ilə əlaqələndirdi. Bildiyiniz kimi, geridə qoyduğumuz 2011-ci ildə də radikal müxalifət qüvvələri ölkədə aksiyalar keçirmişdi. Yəni, adıçəkilən qüvvələr tərəfindən keçirilən aksiyaların heç biri ciddi nəticə vermədi. Radikal müxalifət təmsilçilərinin ölkədə aksiyalar keçirmək arzusuna düşməsi, bəzi ölkələrdə baş verən xoşagəlməz hadisələrlə bağlıdır. Bir sözlə, Azərbaycan dövlətində ölkə iqtidarının həyata keçirdiyi siyasət ölkədə yaşayan əhalinin fərəvan yaşamasına səbəb olur. Demək olar ki, Azərbaycan iqtisadi və sosial sahədə böyük inkişaf yolu keçib. Bunu beynəlxalq maliyyə institutları da təsdiq edir. Yəni radikal müxalifət düşərgəsində olan təmsilçilər bütün bu reallıqları nəzərə almalıdır. Amma təəssüflər olsun ki, müxalifət qüvvələri bu reallıqları nəzərə almır. Bir sözlə, radikal müxalifət düşərgəsində fəaliyyət göstərən təmsilçilər tərəfindən ölkədə hər hansı bir aksiyanın keçirilməsi reallığı özündə əks etdirmir.


GÜLYANƏ

Digər xəbərlər