PDF Oxu

Müxalifət

  • 16

Muğam ifaçısı Qoçaq Əsgərovun konserti olacaq

Muğam ifaçısı Qoçaq Əsgərovun konserti olacaq

Fevralın 3-də İngiltərə paytaxtının ən nüfuzlu salonlarından birində - məşhur Kraliça Elizabet salonunda Azərbaycanın istedadlı muğam ifaçısı Qoçaq Əsgərovun və onun ansamblının konserti olacaq. Tədbir TEAS Avropa-Azərbaycan cəmiyyətinin maliyyə dəstəyi ilə BBC Radio-3 tərəfindən təşkil olunmuş "Sülh yolları" layihəsi çərçivəsində keçiriləcək. Konsertə Azərbaycan musiqi sənəti həvəskarları, Britaniya ictimaiyyətinin nümayəndələri dəvət olunublar.

Xatırladaq ki, Qoçaq Əsgərov öz ansamblı ilə birlikdə dünyanın bir sıra ölkələrində müvəffəqiyyətlə konsertlər vermiş, bir neçə kompakt disk buraxmış, TEAS cəmiyyətinin prodüseri olduğu "Mistik muğam melodiyası Montanaya gəlir" filminin qəhrəmanlarından biri olmuşdur.

Digər xəbərlər