PDF Oxu

Müxalifət

  • 12

Kimdir başqan?..

Kimdir başqan?..

Müsavat partiyası başqan dəyişikliyi ərəfəsindədir. Cərəyan edən hadisələr onu göstərir ki, əgər qurultayın vaxtı növbəti dəfə də dəyişdirilməsə, İsa Qəmbərovun tərəfdarları onu başqanlıqda saxlamağa çalışmasalar, mart ayında keçirilən qurultayda o öz postunu tərk etməlidir. Həmçinin o da bəllidir ki, İ.Qəmbərov başqanlıqdan gedəcəyini bəyan etsə də, məsələ arxasında bir çox məqamlar dayanıb. Hazırkı vəziyyətdən istifadə edən mərkəzi icra aparatının rəhbəri, həbsdə olan Arif Hacıyev bu gün başqan postuna ən şanslı namizədlərdən hesab olunur. Belə ki, A.Hacıyev demək olar ki, İ.Qəmbərovla bir vaxtda Müsavatı təsis etməmişdən öncə AXC-yə daxil olmuşdu. Hətta Elçibəy hakimiyyətində dövlət müşaviri vəzifəsini tutmuşdu. 90-cı illərdə isə AXCP-nin "Yurd" qanadı ilə savaşda A.Hacıyev İ.Qəmbərov-Pənah Hüseynov duetinin yanında olub. AXCP (i)-nin A.Hacıyevlə düşmən münasibətinin əsas səbəbi də məhz budur.

Eyni zamanda, az-çox söz demək imkanına görə, Müsavatda İ.Qəmbərovdan sonra başqanlığa A.Hacıyevin adı hallanır. Bu baxımdan A.Hacıyevin tərəfdarları arxayındırlar. Onlar İ.Qəmbərovun "başqan olmaq istəmirəm" sözündən tutub, yeni başqan seçimlərini təbliğ edirlər. Lakin belə getsə, başqan seçimləri ümumiyyətlə olmayacaq. Belə ki, məclis sədri Arzu Səmədbəyli, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, digər köhnə müsavatçılar - Adil Qeybulla, Vurğun Əyyubov başqan dəyişikliyini münasib bilmədiklərini qeyd ediblər. Bu zaman belə çıxır ki, Müsavat elitasında əksəriyyət başqan dəyişikliyini istəmir, nizamnamənin müvafiq maddəsinin dəyişdirilməsini istəyirlər. Bu adamların guya İ.Qəmbərovun istəyi ilə danışıqlara dair fikirləri real deyil. Eyni zamanda, dəfələrlə düşdüyü vəziyyətlərdə düzgün qərarlar qəbul edə bilməmiş, cəsarətsizlik göstərmişdir. Bu adam yeni dövrün tələblərinə uyğun siyasət qura bilmir və siyasətdən getsə yaxşıdır.

Eləcə də, İ.Qəmbərov "mən qalmaq istəmirəm" inadını göstərməsə, qurultayda tam xaos yaşanacaq. Təsəvvür edin ki, İ.Qəmbərov namizədliyini irəli sürmür, amma A.Hacıyevin başqan olmasını istəməyən qrup nizamnaməni dəyişməyə cəhd edir və ya başqanı seçmək səlahiyyətini məclisə verməyə çalışır. Bu halda A.Hacıyevin tərəfdarları ilə nizamnamə tərəfdarları birləşir və partiyada parçalanma yaranır. Başqanı seçmək səlahiyyəti məclisə verilərsə (yeri gəlmişkən, bu təşəbbüs Arzu Səmədbəyli qrupunun işidir. Onlar yaxşı bilir ki, A.Hacıyevin tərəfdarları daha çoxdur və qurultayda uduzacaqlar), Müsavat onsuz da olmayan imicini birdəfəlik itirəcək, təşkilat parçalanacaq. Buradan bir daha aydın görünür ki, Müsavat başqan dəyişikliyinə hazır deyil.


Rəfiqə Hüseynova

Digər xəbərlər