Radikal müxalifətin riyakar və dağıdıcı ünsürləri yenidən düşmən dəyirimanına su tökməyə başlayıblar. Ərəb ölkələrində yaşanan dramatik olaylardan "vəcdə" gəlib, mitinq və ya piket, yaxud da "kütləvi aksiya" keçirmək istəyində olan radikal ünsürlər bunu necə edəcəklərini belə bacara bilmirlər. Çünki sosial baza, elektorat qıtlığı yaşayan bu anarxist qüvvələr birləşmək qalsın bir yana, hətta ayrı-ayrılıqda da bir "qələt" edə bilmirlər.
Məhz xarici təşkilatların əlində oyuncağa çevrilmiş müxalifət təmsilçiləri üçün istənilən iyrənc formada öz maraqları naminə addımın atılması mümkündür. Düşmənlə konyunuktur maraqlarla sıx münasibətdə olan AXCP (i) sədri Əli Kərimov və Müsavat başqanı İsa Qəmbərov bu dəfə də öz ənənəsinə sadiqlik nümayiş etdiriblər. Ə.Kərimov yenidən aktivlik göstərmək üçün İ.Qəmbərovla birgə radikal dini qruplaşmaların nümayəndələri ilə açıq danışıqlara başlayıb. Bir müddət mətbuatdan və ictimaiyyətdən gizlin saxlanılmasına baxmayaraq, "İctimai Palata"nın dini qruplaşmalarla görüşünün təfərrüatları üzə çıxıb. Sadəcə olaraq, maraqlısı isə odur ki, bu məlumatı kənar qüvvə tərəfindən deyil, məhz AXCP (i)-dən sızdırıblar. Həmin məlumatda açıq şəkildə AXCP-(i) yetkilisi bir neçə gün öncə Müsavat qərargahında Ə.Kərimovla İsa Qəmbərovun radikal-dini qrupların nümayəndələri ilə görüşü keçirildiyi qeyd edib. Bu görüşün isə Ə.Kərimova yaxınlığı ilə seçilən, İranın Qum şəhərində dini təhsil almış və bu ölkənin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olan Hacı İbrahim adlı şəxs tərəfindən təşkil olunduğu bildirilir. Bundan əlavə, Ə.Kərimovla dini radikalların görüşündə "İslam" partiyasının, Azərbaycanda son zamanlar fəallaşan İranmeyilli şiə məzhəbli dini qurumların, "Hizbullah" təşkilatının, Dağıstan və Çeçenistanda vuruşmuş vəhhabilərin, "Taliban" hərəkatına yaxınlığı ilə seçilən qrupların, nurçuların və digər dini qurumların nümayəndələrinin də iştirak etdiyi qeyd olunur. Görüşdə, həmçinin, yanvarın 30-da keçiriləcək müxalifətin qondarma etiraz aksiyasında xüsusi təşkil olunmuş radikal dini qrupların taktikası, şüarları, hərəkət istiqamətləri müzakirə olunub.
R.Hüseynova