PDF Oxu

Müxalifət

  • 12

İqbal Ağazadə istəyini həyata keçirmək üçün atmağa “adam” axtarır

İqbal Ağazadə istəyini həyata keçirmək üçün atmağa “adam” axtarır

Siyasətə qoşulduqları gündən radikal müxalifət partiya sədrləri rəhbərlik etdikləri siyasi təşkilatları bazar meydanına çeviriblər. Bir də neyləsinlər ki, bu bədbəxtlər özlərini siyasətdə hiss etsələr də, siyasətdən xəbərsizdilər. Görünür, bu yolla varlıqlarını nümayiş etdirmək istəyirlər. Elə götürək, AMİP "lideri" Etibar Məmmədovun biznesini, Müsavat başqanı İsa Qəmbərovun marketinq fəaliyyətini, AXCP (i) sədri Əli Kərimovun qrant əldə etmək fəaliyyətini, "VİP" sədri Əli Əliyevin ticari əlaqələrini, eləcə də, digərlərini göstərmək mümkündür.

Bu sıraya "Ümid" partiyasının sədri İqbal Ağazadəni də əlavə etsək, heç də yanılmarıq. İ.Ağazadənin avtomobil biznesi ilə məşğul olduğunu, hər kəs yaxşı bilir. Onu da deyək ki, "Ümid" sədri bu biznesinə vaxtilə ADP sədri Sərdar Cəlaloğlunu da cəlb edərək, iş birliyi görməsi təklifini də irəli sürmüşdü. Lakin məsələ bu adamların biznes fəaliyyətləri qurmasından getmir. Məsələ partiya sədrlərinin rəhbərlik etdikləri siyasi təşkilatları "bit bazarına" çevirmələridir ki, bu cür hallar qəbul edilmiş "Siyasi partiyalar haqqında qanunlar"a ziddir. Məgər onlar qanundan xəbərdar deyillərmi? Əlbəttə ki, xəbərdardırlar. Sadəcə, həmin tiplərə qanunlara hörmət edərək, ona riayət etmələri "xoş" görünmür.

Məsələnin başqa tərəfləri də mövcuddur ki, həmin mövcudluq birbaşa İ.Ağazadəyə aiddir. Onu da deyək ki, ADP sədri bilmirdi ki, İ.Ağazadə S.Cəlaloğluna biznes təklifi edərkən, ondan necə istifadə edəcəyini, ona necə və hansı yolla "atacağını" düşünürdü. Elə buna görə də, vaxtı çatanda istədiyini edən İ.Ağazadə sonradan S.Cəlaloğlunu "işlənmiş salfet" qismində kənara tulladı. Bu gün isə "Ümid" sədri özünə S.Cəlaloğlu kimi avam bir yeni "biznes ortağı" axtarır və həmin dırnaqarası ortağın kim olması, hələ ki, onun özü tərəfindən də müəyyənləşdirilməyib. Ancaq bu və ya digər hallarda İ.Ağazadə ilə yaxınlıq istəyən bir çox partiya funksionerləri mövcuddur ki, onlar müxalifət düşərgəsində yerlərini hələ də tapa bilməyən adamlardırlar. Məhz onlar İqbal Ağazadənin ətrafında ora-bura qaçışaraq, ondan pənah ummağa cəhd edirlər. Ancaq "Ümid" sədri, hələ ki, seçimini etməkdədir. Səbəbi də İ.Ağazadənin az-çox maddi durumu normal olan "qurban" axtarışına nail olması və zamanı gələndə, həmin "qurbanı" xüsusi olaraq "işlənmiş salfetka" vəziyyətinə salmaq istəyidir. Yəni S.Cəlaloğlunun vəziyyətinə düçar etməyə cəhd edir.


R.Hüseynova

Digər xəbərlər