PDF Oxu

Müxalifət

  • 6

Radikal müxalifətdə qarşılıqlı ittihamlar...

Radikal müxalifətdə qarşılıqlı ittihamlar...

Radikal müxalifət deyəndə, sözsüz ki, insanın ağlına ilk öncə satqınçılıq, siyasi oyunbazlıq, ikiüzlülük gəlir. Məhz radikal müxalifət "bəy"ləri ölkədə özlərinə bu cür imic formalışdırdıqları üçün düşərgədə də cərəyan edən hadisələr get-gedə söz müharibəsindən müstəviyə keçməkdədir. Bu barədə istər onlara məxsus mətbuatda, istər saytlarda, istərsə də kuluarlarda kifayət qədər məlumatlar yayılmaqdadır. Belə ki, heç bir söz sərhədi gözləməyən radikal siyasi təşkilat rəhbərləri son vaxtlar bir-birilərinin "kartlarını" açmaqla hədələyir, biabır edəcəkləri ilə şantajlar edirlər. Buna misal kimi, AXCP (i) sədri Əli Kərimovla Müsavat başqanı İsa Qəmbərovu, "Azadlıq" partiyasının sədri Əhməd Orucovla Pənah Hüseynovu, AMİP sədri Yusif Bağırzadə ilə "VİP" sədri Əli Əliyevi və digərlərini göstərmək mümkündür. Bütün bunlar isə, nəticə etibarı ilə düşərgənin dağılmasına 100 faizlik qarantiyadır. Daha dəqiq desək, yaxınlarda hər hansı savaşın baş verməsinin şahidi olsaq, dediklərimizin nə qədər həqiqətəuyğun olmasının şahidi olarıq.


Əli Kərimov mart ayından etibarən

Müsavatı dağıtmağa çalışacaq


Əli Kərimova yaxın adamlardan əldə etdiyimiz məlumatlara əsasən, AXCP (i)-də Müsavata zərbə endirməyin, konkret olaraq, İsa Qəmbərovun sıradan çıxarılmasının, maliyyələşməsinin qarşısının alınmasının yolları axtarılır. Məlumatda o da deyilir ki, artıq Müsavatı vurmağın yolları müəyyənləşdirilib. Hal-hazırda da AXCP (i) rəhbərliyi və şəxsən Ə.Kərimov üçün ən önəmli məsələ budur. Ə.Kərimov İ.Qəmbərovu vurmağın ən əsas detallarını S.Əkbərlə müzakirə edib və buna qərar verilib. AXCP (i) sədrinin müavini Fuad Qəhrəmanlı əvvəllər bu "plan"ın əleyhinə çıxsa da, sonradan o da razılaşıb.

Məlumatlara əsasən, Ə.Kərimov mart ayından etibarən Müsavata ilk zərbəsini vuracaq. Lakin Müsavatda nə olur-olsun, İ.Qəmbərovu elə də incitməz, təki maliyyə məsələləri öz qaydasında olsun. Çünki onun hər iki oğlu xarici qüvvələr tərəfindən himayə olunur, onlara biznes şəraiti yaradılıb. Yəni onların İ.Qəmbərova maddi yardımları təkcə partiya səviyyəsində məhdudlaşmır. Hər halda Ə.Kərimov bu məsələdə istədiyinə nail ola biləcək. Çünki Ə.Kərimov erməni kapitalistlərinin rəhbərlik etdiyi bu qurumların ən çox inandığı, etibar etdiyi adamdır. Amma onun sözü qismən eşidiləcək. Bütün bunlarla yanaşı, bu addım AXCP (i)-nin özünə də böyük ziyan vuracaq. Hər şeydən əvvəl, ona görə ki, AXCP (i)-də konkret adamlar var ki, orda baş verənləri, Ə.Kərimov planlarını hər gün ən incə detallarına qədər İ.Qəmbərova çatdırır.

Ümumiləşdirib bir sıra məsələləri analiz edəndə, görürük ki, İ.Qəmbərov Ə.Kərimovun planından xəbərsiz deyil. Yəni İ.Qəmbərov da ona adekvat cavab verəcək. Bütün bunlar nəticədə onlar arasında açıq müstəviyə keçəcək, hətta onlar arasında söyüş, dava-dalaşlar da ola bilər. Görünən reallıq o olacaq ki, hər iki partiya AXCP (i) və Müsavat parçalanmalara və istefalara məruz qalacaq.


Rəfiqə Hüseynova

Digər xəbərlər